Astarada Təhsil Nazirliyi və Avropa İttifaqının
birgə seminarı keçirilib
Respublika Təhsil Nazirliyi və Avropa İttifaqının
birgə layihəsi çərçivəsində Astara rayonunda seminar keçirilib. SİA-nın cənub bürosunun məlumatına
görə, layihədə
ölkə üzrə
20 məktəb iştirak
edir. Astara rayonundakı Maşxan kənd orta məktəbi də həmin təhsil ocaqları sırasındadır.
Seminarın təlimçisi Rövşən Bağırov
bildirib ki, layihənin keçirilməsində
məqsəd Qafqaz respublikalarında milli azlıqların mövcud olduğu ərazilərdə,
kənd yerlərində
yaşayan müəllimlərin
və şagirdlərin
demokratiya ilə bağlı maarifləndirilməsidir.
Səs.- 2011.- 11 fevral.- S. 7.