Dövlət siyasəti Heydər Əliyev Fondunun əməli fəaliyyətində reallaşır

 

"Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində yeni məktəb binası inşa olunur

 

Azərbaycan milli-mənəvi dəyərlərinə xüsusi önəm verən Heydər Əliyev Fondu xeyriyyəçilik ənənələri, humanizm prinsipləri ilə fəaliyyətini davam etdirir. Fəaliyyəti dövründə  təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraq "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi istiqamətində mühüm işlər görür.

Fondun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın "Təhsilə dəstək" layihəsi isə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi dərs ləvazimatı ilə təmin olunmasına kömək edir. Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr coğrafi baxımdan geniş ərazini əhatə edir. Azərbaycanlılar yaşayan ərazilərdə yeni məktəblərin tikilməsi, təmir bərpa olunması, dərs vəsaitləri ilə təmin olunması daim fondun diqqətindədir. Bu görülən işlərin davamı olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində yeni məktəb binasının tikintisinə başlanılıb. Qaracalar kəndindəki məktəb binası üçmərtəbəli olacaqdır. Burada müasir tipli fənn kabinetləri idman meydançası da tikiləcəkdir. Müasir tələblər səviyyəsində tikilən bina 2011-ci ilin yeni dərs ilinədək istifadəyə veriləcəkdir. Qaracalar məktəbinin binası Heydər Əliyev Fondunun bilavasitə maliyyə dəstəyi ilə inşa olunur. Fond Gürcüstandakı soydaşlarımızın sosial-iqtisadi durumunun yaxşılaşdırılması ilə yanaşı, təhsilin səviyyəsinin yüksəldilməsinə ciddi diqqət yetirir. Onu da qeyd edək ki, son illər Gürcüstan azərbaycanlılarının yığcam məskunlaşdığı bölgələrdə çoxlu sayda məktəb binaları təmir olunmuş, yeni binalar tikilib, təhsil ocaqları lazımi kitablar, avadanlıqla təmin edilib. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda üç Azərbaycan məktəbinin açılış mərasimi olub.

Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəki 3 nömrəli Azərbaycan məktəbi Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına verilib.

Ötən il Gürcüstanın paytaxtında 150 şagirdin təhsil aldığı M.F.Axundzadə adına 73 nömrəli orta məktəbdə aparılan yenidənqurma işləri nəticəsində qəzalı vəziyyətdə olan təhsil ocağında müasir standartlara uyğun tədris üçün hər cür şərait yaradılıb. Məktəb binasının bünövrəsində bərkidilmə işləri aparılaraq, dam örtüyü dəyişdirilib, tədris otaqları, kitabxana, yeməkxana digər otaqlar yüksək səviyyədə təmir olunaraq, müasir avadanlıqla təmin edilib. Məktəbdə yeni kompyuter otağı yaradılıb.

 Qardabanidəki 3 nömrəli Azərbaycan məktəbi 1600 şagird üçün nəzərdə tutulub. Əsaslı təmir işləri zamanı məktəbdaxili təmirlə yanaşı, təhsil ocağının fasadı yeni kirəmidlə örtülüb, idman meydançası yaradılıb, həyətyanı sahə abadlaşdırılıb, avadanlığın əsas hissəsi yenilənibdir.

 Layihə çərçivəsində Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbində yenidənqurma işləri zamanı binada bərkidilmə işləri aparılıb, sinif otaqları, dəhlizlər, kitabxana, yeməkxana, idman zalı tam təmir olunub, yeni akt zalı, fənn kabinələri kompyuter otağı yaradılıb. Təhsil ocağı yeni avadanlıqla təmin olunub. Hazırda fondun xətti ilə respublikanın şəhər rayonlarında, ucqar yaşayış məntəqələrində irimiqyaslı layihələr həyata keçirilir, təkcə son illərdə ölkəmizdə 200-dən artıq yeni məktəb binası əlavə korpuslar tikilib istifadəyə verilib bu davam etdirilir. Bütün bu qayğı diqqət azərbaycanlıların təhsilə yiyələnməsinə, savadlı sağlam düşüncəli nəslin yetişməsinə təsirini göstərməkdədir.

Prezident İlham Əliyevin qonşu ölkələrlə, o cümlədən, Gürcüstanla münasibətlərin daha da genişlənməsinə, təhsil digər sahələrdə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyindən Heydər Əliyev Fondu da bu sahədə  əməli tədbirlər görür.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 15 fevral.- S. 4.