“Mədəniyyət"
telekanalı fəaliyyətə
başladı
Dünən Muğam Mərkəzində Azərbaycanda
yeni "Mədəniyyət"
kanalının fəaliyyətə
başlaması münasibətilə
mərasim keçirilmişdi.
Dövlət və hökumət rəsmilərinin,
Milli Məclis deputatlarının, tanınmış
alimlərin, mədəniyyət
və incəsənət
xadimlərinin iştirak
etdikləri mərasimin
əvvəlində Azərbaycanın
dövlət himni səslənmişdir.
Mərasimdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri,
AMEA-nın müxbir üzvi Nizami Cəfərov, Yazıçılar
Birliyinin sədri, Xalq Yazıçısı
Anar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru,
Xalq Artisti Fərhad Bədəlbəyli, Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənov
"Mədəniyyət" kanalının yaranmasında
göstərdiyi dəstəyə
görə Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
bildirmiş, bu hadisəni dövlətimizin
mədəniyyətə,
incəsənətə göstərdiyi
böyük diqqət
və qayğı kimi səciyyələndirmişlər.
Belə bir əminlik ifadə edilmişdir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında
fəaliyyət göstərəcək
yeni kanalın verilişləri rəngarəng
və zəngin olacaq, milli mədəniyyətimizin
inkişafı və təbliğində mühüm
rol oynayacaqdır.
Çıxış edənlər xüsusi
vurğulamışlar ki,
ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin,
incəsənətinin, milli
mənəvi dəyərlərimizin
qorunması, inkişafı
və gələcək
nəsillərə çatdırılması
istiqamətində gördüyü
əvəzsiz işlər
uğurla davam etdirilir. Son illər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Azərbaycan mədəniyyətinin
təbliği sahəsində
çoxsaylı layihələr
həyata keçirilmişdir.
Əli Həsənov vurğulamışdır
ki, Azərbaycanda mədəniyyətimizin, incəsənətimizin
ən yaxşı nümunələrinin yaşadılması,
bunun əsasında yeni nəslin tərbiyəsi, dünyada
yayılması və
beləliklə, millətimizin
tanıdılması siyasəti
həyata keçirilir.
Bu siyasətin əsasını
qoyan ümummilli liderimiz Heydər Əliyev həmişə
deyirdi ki, millətin mədəniyyətini
qorumaq təkcə mədəniyyət xadimlərinin,
təkcə bu sahədə işləyən
insanların, ziyalıların
işi deyil, eyni zamanda, dövlət rəsmilərinin, bütün
dövlət strukturlarının, qurumlarının
vəzifəsidir. Mədəniyyət millətin vizit kartıdır. Əgər
bir millətin mədəniyyəti yoxdursa,
onun mədəniyyəti
bu və ya digər proseslərin
təsiri altında məhvə məruz qalırsa, o millətin gələcəyindən
söhbət gedə bilməz.
Bu kanalın iki əsas vəzifəsi
olacaqdır. Birincisi, ən gözəl
mədəniyyət nümunələrini
vətəndaşlarımıza və dünyada yaşayan soydaşlarımıza
çatdırmaq, ikincisi
isə ölkəmizin
mədəniyyət nümunələrinin
salnaməsini yaradaraq,
gələcək nəsillərə
ötürməkdən ibarətdir.
Natiqlər qarşıda çox ciddi və məsuliyyətli bir iş gözləyən
"Mədəniyyət" kanalının kollektivinə
uğurlar arzulamışlar.
Xatırladaq ki, Azərbaycanın yeni televiziya kanalına Əməkdar İncəsənət
Xadimi Cəmil Quliyev rəhbərlik edəcəkdir.
Sonra 3-cü televiziya muğam müsabiqəsi başlanmışdır.
Heydər Əliyev Fondunun, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun
layihəsi və Azərbaycan Televiziyasının
təşkilatçılığı ilə keçirilən müsabiqədə 20 nəfər
gənc ifaçı
iştirak edir. Müsabiqənin gedişi
"Mədəniyyət" kanalı ilə canlı yayımlanacaq, ifaçıların
çıxışları ustad sənətkarların
və mütəxəssislərin
daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Səs.- 2011.- 15 fevral.- S. 7.