Azərbaycan televiziyasının 55 yaşı tamam olur

 

Dünən Azərbaycanda televiziyanın yaranma günü idi. SİA-nın verdiyi xəbərə görə, 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda Bəxtiyar bədii filmi nümayiş etdirilib. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından orada işləməyə radio, qəzet teatr əməkdaşları dəvət ediliblər. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçib. 1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılıb.

1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda onun ətrafında baxmaq mümkün idi. Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başladı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verildi. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə Teleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV - Up-link stansiyasını quraşdırdılar.

İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird" "SESAT", Şimali Amerikaya "Galaxy 25", Asiyaya "Turksat 1C" peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülüb. Az-Tv 55 illik tarixi olan Azərbaycan teleefir məkanının, televiziya mütəxəssislərinin formalaşmasında mühüm rol oynayıb. İndi Azərbaycanın efir məkanında AzTv-dən başqa bir neçə özəl televiziya kanalı, ictimai televiziya, eləcə 10-dan artıq regional televiziyalar fəaliyyət göstərir.

 

 

Səs.- 2011.- 15 fevral.- S. 7.