Alt Komitənin fəaliyyətinin bərpa olunması AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin ciddi uğurudur

 

Rəfael Hüseynov: "Dağlıq Qarabağ üzrə Alt Komitənin mövcudluğu son dərəcə əhəmiyyətlidir"

 

- Rəfael müəllim, AŞPA-nın qış sessiyasında, qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsini yeni rəhbəri - ispaniyalı parlamentari Jordi Çukla Kosta təyin edildi onun iştirakı ilə toplantı keçirildi. Komitənin işini effektiv etmək üçün Azərbaycan nümayəndə heyəti hansısa təkliflər planını hazırlayırmı?

- Dağlıq Qarabağ üzrə Alt Komitə fəaliyyətini bərpa etdisə, bu, həm Azərbaycan nümayəndə heyətinin, həm Azərbaycan dövlətinin apardığı siyasətin, həm AŞPA-nın bugünkü rəhbərliyinin ciddi uğuru sayılmalıdır. Çünki Alt Komitə AŞPA-nın 2005-ci ildəki məlum 14/16 saylı qətnaməsinin icrası ilə əlaqədar yaradılmışdı mərhum Lord  Rassel Consonun fəaliyyəti müddətində sözügedən qurum səmərəli fəaliyyət göstərir, üstəlik, ardıcıl da görüşlər keçirirdi. O Alt Komitənin əsas vəzifələrindən biri birincisi 14/16 saylı qətnamənin icrasına nəzarət etmək, digər tərəfdən isə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar ortaya çıxa biləcək başqa fəsadların aradan qaldırılması, onların qarşısının alınması üçün mümkün səylərini ortaya qoymaqdır. Lord Rassel Consonun vəfatından sonra bu Alt Komitə fəaliyyətini dayandırmış ermənilər ciddi cəhdlərlə bunun qarşısını almağa çalışmalıdırlar ki, bu komitə fəaliyyətini bərpa, davam etdirməsin.

- Konkret olaraq, nəyə görə?

- Ona görə ki, bu komitənin onun mərhum sədri Lord Rassel Consonun vaxtilə fəaliyyəti onları qane etmir, razı salmırdı. Eyni zamanda, AŞPA-nın prezidenti Mövlud Çavuşoğlunun bu istiqamətdə səylərindən sonra Ermənistan nümayəndə heyəti bir sənəd hazırlamış, çıxışlar da etmişdilər, sözügedən şəxsi məhz türk olduğu üçün bu addımı atmaqda ittihamlamışdılar. Lakin ötən ilin aprel ayında mən Makedoniyada AŞPA-nın Daimi Komitəsinin toplantısında iştirak edərkən bununla bağlı ayrıca bir sənəd hazırladım, Avropanın ən müxtəlif ölkələrindən olan deputatlar həmin sənədə imza atdılar o sənəddə birbaşa göstərildi ki, həmin Alt Komitənin fəaliyyətinin bərpa olunması bir zəruriyyətdən irəli gəlir. O cümlədən, AŞPA-nın sədri məhz bu qurumun rəhbəri olduğu üçün- hansı millətdən olmasından asılı olmayaraq - Alt Komitənin fəaliyyətini bərpa etməlidir. Ermənistan tərəfinin məsələyə bu cür yanaşması rasist yanaşmadır bu yanaşma heç cür qəbul edilə bilməz.

- Rəfael müəllim, Alt Komitə münaqişənin həllinə hansı yeniliklər gətirə biləcək?

- Əvvəl quruluş, format bundan ibarət idi ki, həmin Alt Komitənin tərkibinə onun sədrindən əlavə Azərbaycan Ermənistan nümayəndə heyətlərindən iqtidarla müxalifəti təmsil edən deputatlar daxil idi. Lakin format indi bir qədər genişləndirilib, həm Ermənistan tərəfinin, həm Azərbaycan tərəfinin problemlərini araşdıran - hər iki ölkə monitorinq altında olan ölkədir - həmməruzəçilər həmin Alt Komitənin iclaslarında iştirak edəcəklər. Yəni, həm Azərbaycan, həm Ermənistan tərəfinin nümayəndə heyətinin üzvləri, eləcə , hər iki ölkə üzrə həmməruzəçilər bu komitənin iclaslarına qatılacaqlar. Təbii ki, Avropa Şurası rəhbərliyi, onun ayrı-ayrı strukturlarının nümayəndələri arzuolunan halda bu Alt Komitənin iclasında iştirak edəcəklər. Həmin Alt Komitənin ümumi varlığı, daimi fəaliyyət göstərməsi artıq özü böyük uğur sayılmalıdır. Ona görə ki, bu komitənin varlığı o deməkdir ki, Dağlıq Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzü problemi daimi olaraq Avropa Şurasının gündəliyindədir. Bu məsələ bu qurumun daimi hədəfindədir yalnız bu qurum keçmişi araşdırmaq məqsədi  daşımır, həm problemlə əlaqədar yeni məqamlar, fəsadlar ortaya çıxanda, o da həmin Alt Komitənin gündəliyinə gələcək. Yəni, sırf  hərbi məsələlər olmaya bilər, təcavüzün törətdiyi hansısa dağıntılar, yanğınlar, yaxud, atəşkəsin pozulması faktları olmaya bilər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 15 fevral.- S. 11.