Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində

 

Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyində "Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində" mövzusunda növbəti təlim-seminar təşkil olunub.

Seminarda muzeyin şöbə müdiri Aygün Abbasova təlim-seminarın məqsəd vəzifələri barədə məlumat verib. Bildirilib ki, tədbir Mədəniyyət Turizm Nazirliyi, YUNESKO-nun Moskva Bürosu Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyi ilə birlikdə hazırlanmış "Azərbaycan xalçaçılıq ənənələri bədii sənət sahələrinin saxlanılması təbliği məqsədi ilə muzey təhsili proqramlarının inkişafı" layihəsinə əsasən təşkil edilib.

Təlim-seminarın əsas məqsədi Azərbaycanın milli-mədəni irsinin təbliğinə təkan vermək məktəbliləri muzeylərlə tanışlığa cəlb etmək, xalça sənətinin tarixi haqqında onlarda aydın fikir formalaşdırmağa nail olmaqdır.

Qeyd olunub ki, Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi milli xalçalarımızın tarixini tədqiq edən, yaşadan gələcək nəsillərə ötürən bir məbəddir. Azərbaycan xalçasının dünyada layiqli surətdə tanıtdırılması istiqamətində uzun illər gərgin işlər aparılmışdır bu istiqamətdə tədbirlər bu gün davam etdirilir. Muzey YUNESKO ilə bir neçə irimiqyaslı layihələr işləmiş, nəşrlər hazırlamışdır. Bu əməkdaşlığın ən böyük uğurlu nəticəsi olaraq Azərbaycan xalçaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Təlimdə 15-dən çox şəhər rayonu təmsil edən tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak ediblər. Onlar hazırda təmsil etdikləri muzeylərdə görülən işlər məktəblilərin muzeyə cəlb olunması istiqamətində atdıqları addımlardan danışıblar.

 

 

Zümrüd

 

Səs.- 2011.- 15 fevral.- S. 12.