Regional idarəetmə təkmilləşdirilməlidir

 

Hadi Rəcəbli: "Regional idarəetmədən daha səmərəli şəkildə istifadə etmək olar"

 

- Son vaxtlar Azərbaycanın vilayətlərə bölünməsi barədə təkliflər ara-sıra mətbuatda gündəmə gətirilib. Bu məsələnin reallaşması dərəcədə arzuolunandır?

- Gürcüstanda və ya Rusiyada olduğu kimi, Azərbaycanda da idarəetmənin yaxşılaşdırılması, təkmilləşdirilməsi istiqamətində bir addım olaraq ölkənin vilayətlərə bölünməsi yönündə səslənən fikirlərə münasibət bildirərkən, bu yerdə dövlət başçısının Azərbaycan üçün modernləşmiş dövlət quruculuğu addımlarını vurğulamaq mütləq gərəkdir. Azərbaycanda demokratik cəmiyyət quruculuğu prosesi gedir, həm iqtisadiyyatda, həm cəmiyyətin özündə İlham Əliyev dövlət quruculuğu modelinin mühüm modernləşmə elementləri var. Bu modernləşmənin bir qolu regional iqtisadi idarəetmədir. İkincisi, proqramlarla sahələrdə idarəetmədir. Üçüncüsü, hadisələri qabaqlamaqdır, səbəblə mübarizə aparmaqdır, nəticəylə yox! Məsələn, biz sutəmizləyici qurğular qururuq. Bildiyiniz kimi, bizdə gemodializin bir əməliyyatının dəyəri ən ucuz halda 50 dollardır. Görün, bu gün Azərbaycanda 12 bölgədə həmin gemodializ qurğuları qurulub əməliyyat mərhəmət xarakteri daşıyır. Bu əməliyyat insanı sağaltmır, insan son nəticədə ölür. Buna qoyulan milyonlarla vəsaitin əvəzinə min manatlara ölçüləcək vəsaiti yönəldirik sutəmizləyici qurğuların qurulmasına.

Nəticədə suyun tərkibi təmizlənir və bununla da insanın böyrəyində bir sıra xəstəliklər də aradan qalxır. Bütün bunlar əhalinin sosial müdafiəsini təmin edir, rifah halını gücləndirir. Bax, budur ölkə Prezidenti İlham Əliyevin dövlət quruculuğu modeli, siyasəti. Bu gün mərkəzi-kliniki xəstəxanalar tikilir ki, profilaktik tədbirlər həyata keçirilsin. Uşaq - idman məktəbləri, kompleksləri tikilir ki, uşaqlar böyüklər sağlam olsun. Məktəblərdə kompüterləşmə gedir ki, savadlı nəsil yetişsin, insanlar müasir ruhda böyüsün. Gənc ailələrin sosial müdafiəsinə fikir verilir ki, cəmiyyətdə ailə sağlam olanda, bütövlükdə, cəmiyyət özü sağlam olur sair. Yəni demək istəyirəm ki, bu proseslərin özünün içərisində regional idarəetmənin elementləri var. Vaxtilə Azərbaycanda vergi inspeksiyaları demək olar, hər rayonda var idi. Rayonun rəhbəri vergiyə müdaxilə edirdi. İndi həmin vergi inspeksiyaları, idarələri zona, regional vergi idarələrinə çevrilib. Artıq onlar zona, regional idarələr olduğu üçün heç kim onların işinə müdaxilə edə bilmir.

Onlar konkret nazirliyə tabedirlər, öz işlərini görürlər. Ekologiya ilə bağlı bu gün regional idarələr mövcuddur, kənd təsərrüfatı ilə bağlı regional idarələr var. Yəni, idarəetmədə regional elementlər indi həmin qurumları yerli, primitiv məmur təzyiqindən xilas edib. Belə olanda, işlərimiz bir az da yaxşı gedir. Bu baxımdan, ola bilər ki, gələcəkdə təhsil şöbələri regional şöbələrə çevirilsin. Maliyyə şöbələri, səhiyyə şöbələri həmçinin. Bunun nəyi pisdir ki? Təsəvvür edin, hər rayonda prokurorluq da, digər hüquq-mühafizə orqanları da mövcuddur. Hər rayonun bir prokuroru, bir polis rəisi, bir məhkəmə sədri sair var. O gedir bundan şikayət edir, bu gedir ondan şikayət edir. Ona görə , gələcəkdə ola bilər ki, bu istiqamətdə regionallaşma, zonallaşma getsin. Son illər uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramı da bunun ilk addımı, başlanğıcıdır. Deməkdə məqsədim odur, yəni, mümkündürmü ki, gələcəkdə bu məsələ bir az da inkişaf etsin, bir az da püxtələşsin? qədər məmur azdır, o qədər rüşvət azdır, qədər məmur azdır, o qədər bürokratiya yoxdur, qədər məmur azdır, bir o qədər get-gəl yoxdur, olmayacaq. Məmurları azaltmaq üçün regional idarəetmədən daha səmərəli şəkildə istifadə etmək olar.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 16 fevral.- S. 6.