Ölkəmizdə iqtisadi inkişaf göstəriciləri
artmaqdadır
Qax rayonunda keçirilən müşavirədə
sosial-iqtisadi yekunlar müzakirə olunub
Dünən Qax rayonunun 2010-cu ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən
işlərə yekun
vurularaq, 2011-ci il üçün qarşıda
duran vəzifələrin
müzakirəsi ilə
bağlı geniş tədbiri keçirildi. Tədbir iştirakçıları
ilk öncə rayonun mərkəzində
ucaldılan Ümummilli
Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə əklil və tər çiçək
dəstələri düzdülər.
Sonra tədbir iştirakçıları rayonda
aparılan sosial-iqtisadi
inkişaf və abadılıq işləri
ilə bağlı filmə baxıblar. Sonra hesabat yığıncağında
məruzə ilə çıxış edən
Qax rayon icra hakimiyyətinin başçısı Musa
Şəkiliyevin ötən
il Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
altında respublikanın
sosial-iqtisadi inkişafı
sahəsində əldə
olunan nailiyyətlər
barədə məlumat
verdi. Ölkəmizdə
davam edən inkişaf tendensiyasının Qax rayonunun sosial-iqtisadi inkişafında da özünü göstərdiyini
vurğulayan icra hakimiyyətinin başçısı
rayonda ümumi daxili məhsul istehsalının 73 milyon
19 min manat olduğunu, bunun əvvəlki illə müqayisədə 8 faiz çox təşkil etdiyini söyləyib:
"2010-cu ildə rayonda
3 milyon 551 min manatlıq sənaye, 31 milyon 512 min manatlıq kənd təsərrüfatı
məhsulları istehsal
edilmişdir. Əhalinin pul gəlirləri 13 milyon 703
min manat artaraq 57 milyon 120 min manat olmuşdur. Əsas kapitaldan tikinti-quraşdırma
işlərinə yönəldilmiş
investisiyaların məbləği
18 milyon 832,7 min manat olmuşdur. Bu, əvvəlki illə müqayisədə 30,1 faiz çoxdur. Regionların 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafına
dair ikinci Dövlət Proqramında
nəzərdə tutulan
tədbirlərin icrası
nəticəsində ötən
il rayonda,
300-ü daimi olmaqla,
363 yeni iş yeri açılmışdır.
Əsas kapitala yönəldilmiş investisiya
qoyuluşundan əlavə,
2010-cu ildə rayonda 3
milyon 803 min manatlıq
əsaslı və cari təmir, abadlıq və fərdi tikinti işləri aparılmışdır.
Hesabat ilində şəhərin Heydər
Əliyev prospektində
dövlət vəsaiti
hesabına inşa olunan İdman Kompleksinin tikintisi davam etdirilmiş, DSMF rayon
şöbəsi üçün
yeni inzibati binanın tikintisinə başlanılmış, Fövqəladə
Hallar Nazirliyi tərəfindən Qax şəhərində qəzalı
vəziyyətdə olan
5 və Əlibəyli
kəndində 2 fərdi
ev tikilərək istifadəyə verilmişdir".
Məruzə ətrafında
çıxış edən
Eyvaz Orucov, Vəfa İmamova, Bəylər Abbasov, Nadir Aşurov, Varabion Babacanaşvili, Arzuman Məmmədov və başqaları 2010-cu ildə
Qax rayonunda gedən sosial-iqtisadi inkişafdan, aparılan tikinti-abadlıq işlərindən
danışaraq, hasabat
ilinin rayonumuz üçün uğurlu
il olduğunu qeyd etdilər.
Yığıncaqda Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
məsul işçisi
Məhərrəm Quliyev
və Milli Məclisin deputatı Azər Kərimli çıxış edərək,
2010-cu ilin Azərbaycan
üçün çox
əhəmiyyətli il
olduğunu və iqtisadiyyatımızın 5 faiz
artdığını qeyd
edərək, vurğulayıblar
ki, Ulu Öndərimizin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu
siyasət nəticəsində
xalqımızın həyat
səviyyəsi yuksəlmiş
və ölkədə
vətəndaşların firavan
yaşayışı təmin
edilmişdir.
Sonda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə yığıncaq
iştirakçıları adından müraciət qəbul olunub.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2011.- 16 fevral.- S. 7.