2011-ci ilin "Turizm ili" elan olunması turizm sektorunun inkişafını daha da sürətləndirəcək

 

Azərbaycan Turizm İnstitutunda təşkil olunan tədbir "Turizm ili"nə və təhsil ocağının fəaliyyətə başlamasının beş illiyinə həsr edilmişdi

 

Azərbaycan Turizm İnstitutunda 2011-ci ilin "Turizm ili" elan edilməsi, eləcə , təhsil ocağının fəaliyyətə başlamasının beş illiyinə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə çıxış edən institutun rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixinə, fəaliyyətinə bu müddət ərizində əldə olunan nailiyyətlərə toxundu. Qeyd olundu ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncamı, o cümlədən, 2011- ci ili "Turizm ili" elan etməsi ölkəmizdə turizm sənayesinin infrastrukturunun daha da inkişafına və möhkəmləndirilməsinə təkan verəcək. Belə ki, dövlət başçısının Sərəncamına müvafiq olaraq, turizm sahəsində dövlət bələdiyyə orqanlarının əlaqəli fəaliyyəti daha da güclənəcək.

Turizmdə təhlükəsizlik sığorta işlərinin həyata keçirilməsi yeni xarakter alacaq. Müxtəlif turizm sahələri üzrə infrastrukturun yenilənməsi yaradılması xarici turistlərin respublikamıza marağını artıracaq. Bunun müqabilində xarici valyutanın ölkəyə axını güclənəcək. Bu da, öz növbəsində, iqtisadiyyata bilavasitə müsbət təsir edəcək.

  Rektor institutun yaranma tarixinə gəlincə bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il Sərəncamına əsasən, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin nəzdində Azərbaycan Turizm İnstitutu yaradılmışdır.  İnstitut 5 illik fəaliyyəti dövründə turizm təhsili sahəsində bir sıra problemlərin həllinə səy göstərməklə yanaşı, xarici təcrübənin öyrənilməsi, yerli ərazidə turizm potensialının tədqiqi, xidmət səviyyəsinin yüksəldilməsi üçün ikinci təhsilin həyata keçirilməsi peşəyönümlü qısamüddətli kursların təşkili, bələdçi-tərcüməçilərin hazırlanması, Avropa ölkələrində ATİ-nin diplomunun tanınması üçün istiqamətində bir sıra uğurlara imza atmışdır.

Azərbaycan Turizm İnstitutu xarici təcrübənin öyrənilməsinə xüsusi önəm verir. Eləcə , institutda yerli xarici mütəxəssislərin iştirakı ilə blok seminarlar təşkil edilir. Xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə ATİ-də bir sıra turizm sahələri, o cümlədən, bələdçi-tərcüməçi, səyahət agentliyi otel menecerləri, aşpaz restoran xidmətləri, mehmanxanada qeydiyyat servis  üzrə qısamüddətli kursların təşkili ilə bərabər, turizm müəssisələrinə təşkilati, konsultativ, elmi-metodiki xidmət göstərilir. Eyni zamanda, "Turizm otelçilik" ixtisası üzrə ikinci təhsil həyata keçirilir. Bütün bunlar ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük təsir edəcək, Azərbaycanımızın dünyada təkcə neft ölkəsi kimi deyil, eyni zamanda, böyük turizm potensialı mədəniyyətinə malik olduğunu sübut edəcəkdir.

Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev ATİ-nin beşillik fəaliyyətini yüksək qiymətləndirərək, turizm sahəsində əldə olunan yeniliklərə nəzər saldı. O bildirdi ki, bu ali təhsil müəssisəsi ölkəmizdə turizm sektorunun inkişafına kifayət qədər töhfələr vermişdir. Nazir tədbirdə onu da diqqətə çatdırdı ki, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili" elan olunması turizm sektorunun inkişafını daha da sürətləndirəcəkdir. Yeni turizm obyektləri inşa olunacaq, bir sıra layihələrə imza atılacaqdır. Nazir son illərdə ölkəmizə turist axınının artdığını, onların ümumi sayının 1 milyon 900 mindən çox olduğunu bildirdi. Bu göstərici artıq ölkədə turizm bazasının formalaşdığını ifadə edən rəqəmdir.

İnstitutun inkişaf yolundan danışan nazir bildirdi ki, beş il əvvəl cəmisi 3 ixtisas üzrə fəaliyyətə başlayan ATİ-də hazırda tələbələr 11 ixtisas üzrə təhsil alırlar. Bu ali təhsil müəssisəsinin digər bir üstünlüyü onun ikili diplom təcrübəsindən istifadə etməsindədir. Ötən il institutu bitirmiş 74 bakalavrdan 14-ü Avstriya Krems İMC Tətbiqi Elmlər Universitetinin diplomunu almışdır. Sevindirici haldır ki, artıq ATİ-nin əksər məzunları ixtisaslarına uyğun işlə təmin edilmişlər. Nazir institutun bundan sonrakı illərdə daha böyük uğurlara imza atacağını bildirib, 5 illik yubileyini təbrik etdi.

Tədbirdə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova çıxış edərək, müasir dövrümüzdə turizmin inkişafında ixtisaslı kadrların hazırlanmasında institutun rolunu vurğulayıb, kollektivi yubiley münasibətilə təbrik etdi.

Tədbirdə ATİ-nin bir qrup əməkdaşına Mədəniyyət Turizm Nazirliyinin diplomları AMİHİRK-nin fəxri fərmanları təqdim olundu.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 16 fevral.- S. 8.