Mətbuat dövlət
qayğısı ilə
əhatə olunur
Akif Aşırlı:
"Reket" jurnalistikası
bir cinayət hadisəsidir"
- Akif müəllim,
qəzetlərin maddi-texniki
bazasının möhkəmləndirilməsi
üçün reklamın
olması vacibdir. Qəzetlər üçün ciddi problem olan bu məsələnin həlli yolunu nədə görürsünüz?
- Biz dünya
praktikasına nəzər
yetirsək, görərik
ki, burada qəzetlərin özünü
maliyyələşdirmə prinsipi bundan ibarətdir ki, qəzetlərin ümumi gəlirinin 30 faizi həmin qəzetlərin satışından əldə
olunur. Yerdə qalan 70 faiz isə reklamdan gəlir. Düzdür, ölkəmizdə qəzetlərin satış
göstəricisi müəyyən
mənada var. Ancaq burada ən əsas məsələnin
qəzetlərdə reklamının
olmamasıdır. Yəni, yazılı
mediada reklam zəifdir. Reklam olsa belə,
qəzetlər o, reklamdan
gələn gəlirin
5 faizi miqdarında öz xərcini ödəmək imkanında
deyil. O baxımdan
da yazılı mediada reklam gəlirlərinin artırmalı,
ölkədə iqtisadi
inkişafa mane olan amillər aradan qaldırılmalıdır. Bunun üçün
də, Prezident İlham Əliyevin atdığı addımlar,
ayrı-ayrı sənədlərə
istinadən verdiyi tapşırıqlar, korrupsiya
və rüşvətə
qarşı mübarizə
strategiyası sahibkarlığın
inkişafına çox
münbit şərait
yaradıb. Yəni, ölkədə
fəaliyyət göstərən
şirkətlər bəzən
deyirlər ki, vergi orqanları qəzetlərə verdiyimiz
reklama görə bizi qınaq obyektinə çevirirlər.
O baxımdan, indi vergi və digər
strukturlarda şəffaflıq
prosesinin artırılması
ümid yaradır ki, istehsal müəssisələri
öz məhsullarının
təbliğatını aparmaq
və reklam etmək üçün qəzetlərə üz tuta biləcək. Çünki fəaliyyət
göstərən şirkətlər,
istehsal müəssisələri
və sahibkarlar üçün də yazılı media münasibdir.
Cənab
Prezident İlham Əliyev də Mətbuat Şurasının
binasının açılışı
zamanı etdiyi çıxışında bildirmişdi
ki, qəzetlərə
reklam verilməsi problemləri aradan qaldırılmalıdır. Elektron media ilə yazılı media arasında reklam balansı yaradılmalıdır.
Çünki elektron media, əsasən
də, televiziya reklamın böyük bir hissəsini götürürlər. O baxımdan, Mətbuat Şurası da müəyyən mənada
bu sahədə fəal olmalıdır. Eyni zamanda, sahibkarlar əmin olmalıdır ki, qəzetlərdə yerləşdirdiyi reklamlardan
onlara xeyir dəyəcək. Yəni, onların
məhsulları, xidmətləri
reklam olunur və cəmiyyətə çatdırılır.
- Mətbuat Şurasının
"reketçiliklə" bağlı apardığı
mübarizəni effektli
hesab etmək olarmı?
- "Reket" jurnalistikası bir cinayət hadisəsidir. Bu cinayət
faktı və bu faktın da təkcə mətbuat qurumları, peşəkar jurnalistlər
aparmamalıdır. Ümumiyyətlə,
bu iş ilə hüquq-mühafizə
sistemi məşğul
olmalıdır. Təbii ki,
Mətbuat Şurasının
da bu sahədə
apardığı işlər
müsbətdir, təqdirəlayiqdir.
Ancaq bunun birtərəfli qaydada aparılması o qədər effekt vermir. Çünki ildə iki-üç bu tip "reket" jurnalistin həbs edilməsi heç nəyi dəyişmir. Bu iş müntəzəm və profilaktik şəkildə həyata
keçirilməlidir. İkinci bir
tərəfdən "reket"
jurnalistikasının kökü
gedib reket məmuruna çıxır.
Mən bütün məmurları
bu məsələyə
aid etmirəm. Ancaq bu
"reket" jurnalistikanın
yaşamağında bilavasitə
"reket" qəzetlərinin
şantajından, hədəsindən
qorxan məmurlar var. Çünki o məmurlar
yerlərində deyil.
Bu tip jurnalistikanı yaşadan
məmurlar tədricən
sıradan çıxarılmalıdır.
Bunların yerinə daha
ədalətli və prinsipial gənclər gətirilməlidir. Yəni, vəzifədə
peşəkarların çoxalması
vacib amildir. Hesab edirəm ki, son dönəmlər aparılan
dövlət siyasəti,
məmurların sağlamlaşmasına
gətirib çıxaracaq
ki, bunun nəticəsində "reket"
jurnalistikasının kəmiyyət
və keyfiyyətcə
aşağı düşdüyünün
şahidi olacağıq.
- Sizcə, jurnalistlər
mənzil üçün
KİV-lərin İnkişafına
Dövlət Dəstəyi
Fonduna, kollektiv şəkildə, yoxsa fərdi qaydada müraciət etsələr,
daha məqsədəuyğun
olardı?
- Mənzillə
bağlı olan məsələlərə qarışmaq
istəmirəm. Çünki bu və ya
digər fikri deyən zaman, belə hesab edirlər ki, bizim burada maraqlarımız
var. Biz o, maraqlara uyğun
şəkildə fikir
ifadə edirik. Təbii ki, KİVDF-yə təqdimat baş redaktorun razılığı
əsasında olmalıdır.
Çünki baş redaktorun özü bilir ki, redaksiyasında
kimlərin daha çox mənzillə ehtiyacı var. Ancaq bütün bunlarla yanaşı, kim
istəyirsə fərdi
qaydada öz sənədlərini həmin
yerə təqdim etsin. Hər halda KİVDF-də
də bu məsələlərə baxan
bir ekspert şurası və yaxud bir qrup
formalaşacaqdır. Düşünürəm ki, dövlətin verdiyi imkanlardan biz maksimum dərəcədə
səmərəli istifadə
etməliyik. Elə istifadə
etməliyik ki, burada həqiqi jurnalist qeyri-peşəkardan
fərqlənsin. Yəni, jurnalistika
sahəsində peşəkar
tərzdə öz fəaliyyətilə hörmət
qazanan və həqiqətən də,
evə ehtiyacı olan jurnalistlərimiz mənzillə təmin olunsun.
GÜLYANƏ
Səs.- 2011.- 16 fevral.- S. 10.