" bayraqlar" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub

 

Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı tərəfindən məşhur gürcü yazıçısı Nodar Dumbadzenin " bayraqlar" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olmuşdur. Tamaşadan əvvəl teatrın direktoru Qoça Kananadze çıxış edərək Nodar Dumbadzenin əsərlərinin Azərbaycan, Rusiya, Gürcüstan başqa ölkələrin teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulduğunu bildirmiş, bu quruluşun tamaşaçıları qane edəcəyinə əminliyini vurğulamışdır.

Quruluşçu-rejissoru Namiq Valehoğlu olan tamaşanın premyerası uğurla keçmişdir. Aktyorlardan Namiq Musayev, Anar Rafiqoğlu, Binəli İslamoğlu, Aslan Məmmədov, Vüqar Maşov başqaları rolları məharətlə ifa etmiş çıxışları alqışlarla qarşılanmışdır. Bu əsərin səhnələşdirilməsinin təşəbbüsçüsü Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzi, sponsoru isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsidir.

 

 

Zümrüd

 

Səs.- 2011.- 16 fevral.- S. 12.