“Azərbaycanda
korrupsiyaya qarşı
mübarizədə əsas
məqsəd inkişafa
mane olan neqativ halları aradan qaldırmaqdır”
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin
aparılmasında əsas
məqsəd ölkənin
inkişafına mane olan neqativ halları
aradan qaldırmaqdır.
Bunu cümə günü Trend-ə müsahibəsində Prezident
Administrasiyasının (PA) İctimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənov bildirib. "Azərbaycanda
korrupsiyaya qarşı
mübarizənin aparılmasında
əsas məqsədlərdən
biri də ölkənin daxili və xarici imicinə xələl gətirən məsələləri
birdəfəlik aradan
qaldırmaq, ölkəmizdə
həm əhalinin narazılığına səbəb
olan amillərə son qoymaq, həm
də iş adamlarının fəaliyyətinə mane olan halların qarşısını almaqdır",
- Həsənov deyib.
PA rəsmisi bildirib ki,
korrupsiyaya qarşı mübarizə kampaniya deyil. "2010-cu ilin yekunları
ilə bağlı yanvarın 14-də Prezident
İlham Əiliyevin keçirdiyi Nazirlər Kabinetinin genişlənmiş
iclasında bu məsələ cənab Prezident tərəfindən
irəli sürüldü
və qeyd olundu ki, Azərbaycan
2010-cu ildə və müstəqillik dövründə bütün sahələrdə
ciddi irəliləyişlər
əldə etdiyi, dinamik inkişafa nail olduğu, daxili, xarici siyasətdə mühüm
uğurlar əldə
etdiyi halda bəzi məsələlər
var ki, onlara
nail ola bilməmişik. Onların sırasında
da cənab prezident xarici siyasətdə və beynəlxalq münasibətdə
Dağlıq Qarabağ
problemini, daxili siyasətdə isə hələ də sahibkarlığa mane olan halların mövcudluğunu, ölkədə
sahibkarlıq obyektlərinin
qeyri-qanuni yoxlamalara məruz qaldığını,
ölkənin işguzar
imicinə mənfi təsir göstərən
korrupsiya və rüşvət hallarının
mövcud olduğunu bəyan etdi və bu hallara
qarşı ciddi mübarizəyə çağırdı.
Həmin
müşavirədən sonra ölkə
başçısının tapşırığına
müvafiq olaraq bir çox tədbirlər, o
cümlədən Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiyanın müvafiq toplantısı,
nazirliklərin, komitələrin və digər orqanların
mərkəzləşmiş kollegiya toplantıları,
yoxlayıcı təşkilatların fəaliyyətinin
təkmilləşdirilməsi məqsədilə Nazirlər
Kabineti və digər qurumların müvafiq toplantıları
keçirildi və bu toplantılar davam etdirilir", -
Həsənov deyib.
Səs.- 2011.- 12 fevral.- S. 4.