Mübariz Əhmədoğlu:
"İran İKT-də
ermənipərəst, antiazərbaycan
təbliğatı aparmaq
öhdəliyi götürüb"
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu
bildirib ki, səfir Saqiyan Dağlıq Qarabağ münaqişəsi tipli münaqişələrin tənzimlənməsində
ərazi bütövlüyü
prinsipi ilə xalqların öz müqəddəratını təyinetmə
prinsipini bərabər
tutub. Eyni zamanda, o, insan azadlığına daha çox üstünlük verdiyini
rəsmi Tehran adından belə deyib, Sudanın parçalanmasına gətirib
çıxaran referendumu
bariz nümunə kimi göstərib. Ən azı, Ermənistan mətbuatı
bu barədə məlumat yayıb və indiyədək də təkzib yoxdur: "Bu çıxış, rəsmi
Tehranın mövqeyində
inqilabi dəyişiklikdir.
Əgər insan
azadlığı, hətta, xalqların öz
müqəddəratını müəyyən etmə
hüququnadək əsas götürülürsə,
demək, İrandakı bəluclar, kürdlər və
azərbaycanlılar seçim qarşısındadırlar. Ya onlar sübut etməlidirlər ki, insan deyillər, yox, əgər insandırlarsa, onların da öz müqəddəratlarını
azad təyin etmək hüququ var. Çünki rəsmi Tehran belə arzulayır. Əks təqdirdə, səfir Saqiyanın "Amerikanın casusu" kimi danışması Tehranın din xadimlərinin nəzərindən yayınmazdı.
İranın ölkədaxili
mətbu orqanları işə düşməli
və İran üçün müjdə
hesab olunan bu məlumatı onlara çatdırmalıdır".
Mübariz
Əhmədoğlunun sözlərinə görə,
Dağlıq Qarabağ münaqişəsinin dini xarakterli
olması da Azərbaycandan deyil, Ermənistandan asılı
məsələdir. Azərbaycanın
dini rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin
bəyanatları və
addımları bunu dəfələrlə sübut
edib. Ermənistan rəhbərliyinin addımları
isə onların münaqişəsinin dini
xarakterli olmasında maraqlı olduğunu sübut edir. "Ermənistan prezidenti Serj Sarkisyan Kaliforniyada ermənilərlə
görüşündə Ermənistanı cənubda
"ən son xristian qalası" adlandırması bunun üçün tutarlı
dəlil olsa da, yeganə deyil. Erməni təbliğatı Avropanı
Ermənistanın "unikal
coğrafi mövqeyi"nin olmasına inandırıb. Heç bir iqtisadi və
kommunikativ mahiyyəti
olmayan Ermənistanın
coğrafi mövqeyi yalnız xristian missionerliyi prizmasından dəyərləndirilə bilər.
"Avropanın taleyinin Dağlıq Qarabağda həll olunması" da xristian parametrli
ideyalardan biridir. Ermənistan Apostol
Kilsəsi orta mövqedən katolisizmə
meyllənib.
Çünki katoliklərdə dini missionerlik daha güclüdür. "Ermənistan
qeyri-xristian dövlətlərin
əhatəsində yeganə
xristian dövlətdir"-
tezisi Ermənistanın
dini doktrinasıdır.
Katolisizmə görə pravoslavlıq
da xristian dini hesab olunmur",
Mübariz Əhmədoğlu
deyib. Politoloqun fikrincə, Ermənistan
qonşu Gürcüstan,
Türkiyə, Azərbaycan
və İran ərazisindəki kilsələri
katolik kilsələr kimi Vatikana təqdim
etməklə gələcəkdə
bu əraziləri dini münaqişə ocağına çevirmək
niyyətindədir. Gürcüstan
istiqamətində bu proses aktiv aparılır.
Avropada dini missionerliyin səviyyəsini göstərən
mühüm faktorlardan
biri Azərbaycandan aldığı qazın müqabilində belə Avropa Birliyinin Qarabağ məsələsində
ədaləti və ya haqqı müdafiə
edə bilməməsidir.
"Səfir S.Ə.Saqiyanın Dağlı
Qarabağ münaqişəsinin
dinlə əlaqəsinin
olmaması ilə bağlı fikirlərinə
İranın Ermənistan
qarşısında götürdüyü
öhdəliyi yerinə
yetirmək kimi baxmaq daha düzgündür.
İran İslam Konfransı Təşkilatında ermənipərəst,
antiazərbaycan təbliğatı
aparmağı öhdəlik
götürüb. İran İslam
Respublikasının Ermənistandakı
səfirliyinin və şəxsən səfir S.Saqiyanın Bakıda fəaliyyət göstərən
İran İslam Mədəniyyət Mərkəzinin
rəhbəri Ocaq Necatın kurasiyasında olduğu bizim üçün sirr deyil".
Səs.- 2011.- 12 fevral.-
S. 5.