Narkomaniyaya qarşı mübarizə gücləndirilir

 

Səbail rayon icra hakimiyyətində bu sahədə görülən işlər barədə iclas keçirilib

 

Dünən Səbail rayon icra hakimiyyətindəNarkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının məhv edilməsi üzrərayon komissiyalarının 2010-cu il ərzində gördüyü işlər barədə  hesabat xarakterli  iclas keçirilmişdir.

Giriş sözü ilə qonaqları salamlayan Səbail rayon icra hakimiyyəti başçısının müavini Qəzənfər Novruzov bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli, 2271 saylı Sərəncamı ilə təsdiq ediimişNarkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsi narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramının icrası ilə bağlı məsələlər 2010-cu il ərzində rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanmış, Səbail rayonunda bir sira tədbirlər həyata keçirilmişdir: Cari ilin iyun ayının 2-də rayon rəhbərliyi, rayonun təhsil müəssisələrinin, hüquq-mühafizə orqanlarının, bələdiyyə rəhbərlərinin iştirakı iləNarkomanlığa narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrərayon komissiyasının gördüyü işlər RİH başçısı yanında şura iclasında müzakirə olunmuş proqramdan irəli gələn vəzifələrin icrası ilə bağlı zəruri tədbirlərin görülməsinin davam etdirilməsi komissiyaya tapşırılmışdır”.

Sonra söz Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev çıxışında bildirdi ki, narkomaniya bəşəri problem olaraq bütün dünyanı əhatə etməkdədir ki, bunun da çox təhlükəli fəsadları ola bilər: “Ümumiyyətlə bu bəlaya qarşı mübarizə çox ağır məsuliyyət tələb edən bir işdir. Məhz bu səbəbdən Azərbaycanda narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsas məsələlərindən biri kimi hesab olunmaqdadır. Ümummilli Lider Heydər Əliyev vaxtında zamanında Dövlət Komissiyasının yaradılması haqqında vacib Sərəncam imzalamışdı. Bu gün ölkədə görülən ciddi tədbirlərin nəticəsində sözügedən problemin həlli ilə bağlı ciddi tədbirlər görülməkdədir.  Prezident İlham Əliyevin narkomaniyaya qarşı mübarizənin dövlət səviyyəsində aparılması barədə verdiyi xüsusi tapşırıqlar həyata keçirdiyi tədbirlər bu deyilənləri təsdiqləməkdədir.”

Rayon gənclər idman idarəsinin rəisi Vüqar Mürsəlov da bu bəşəri problemlə mübarizəni daha da gücləndirmək təklifi ilə çıxış etdi. Bunun üçün seminarların, debatların digər tədbirlərin keçirilməsini xatırladan Vüqar Mürsəlov həmin tədbirlərdə tanınmış idman xadimlərinin, məktəb direktorlarının yaxından iştirakını bildirdi.

Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Namiq Qəmbərov hesabat xarakterli çıxışında rəqəmlərə müraciət edərək qeyd etdi: “2010-cu il ərzində narkotiklərlə bağlı Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində 64 cinayət faktı üzrə 8 kq 212,66 qram narkotik vasitə götürülərək dövriyyədən çıxarılmışdır ki, bunun da 2 kq 861,4 qramı - heroin, 1 kq 535,7 qramı - tiryək 3 kq 815,56 qramı marixuana olmuşdur. 2010-cu  il  ərzində  Xaş-xaş  - 2010” şərti  adı  altında   rayon   Polis   İdarəsi   əməkdaşları tərəfindən Səbail rayonu ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi yabanı halda yayılması faktları aşkar olunmamışdır. Hal-hazırda Bakı şəhər narkoloji dispanserində Səbail rayonu üzrə 436 nəfər qeydiyyatdadır. Rayonun ərazisində aptek digər tibbi müəssisələrdə narkotik tərkibli dərman preparatlarının qanunsuz satışı faktları aşkar edilməmişdir. Aşkar olunmuş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələr məhkəmə hökmlərindən sonra Səbail rayon icra hakimiyyəti başçısı aparatının, rayon hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət xüsusi komissiya tərəfindən müntəzəm olaraq məhv edilir protokollaşdırılır.

Daha sonra çıxış edən 49 saylı İntellekt Məktəb-Liseyin direktoru, əməkdar müəllim Təhminə Əsədova, 7 saylı orta məktəbin direktor müavini Elmira İbrahimova, 160 saylı Klassik Gimnaziyanın psixoloqu Vahidə Bağırova da ümumbəşəri narkomaniya problemi ilə bağlı həyəcan təbilinin çalınmasının vaxtı çatdığını mübarizənin davamlı aparılmasının vacibliyini vurğuladılar.

 

 

RÖVŞƏN RƏSULOV

 

Səs.- 2011.- 12 fevral.- S. 10.