“Zərif imzalar"
Müasir Azərbaycan qadını hər sahədə özünün potensial imkanlarından yararlanaraq, cəmiyyətin aparıcı
qüvvəsinə çevrilmişdir.
Şərq intellektindən,
dəyərlərindən bəhrələnən
Azərbaycan qadını
müasir həyatımızda
Qərb dünyasına
inteqrasiya olduğumuz zaman da dəyərləri qoruyub saxlayır. Avropanın insan düşüncəsinə
müsbət təsiri
olan ölçüləri,
təcrübəni əxz edərək, bəşəri düşüncələrin
fövqündə özünü
təsdiqləyir. Bu dəyərlər Azərbaycan
qadınında tarix boyu formalaşmışdır.
Yaşadığımız illərin
tarixində Azərbaycan
qadınının nəyə
qadir olması hər kəsə bəllidir. Elə bir sahə yoxdur
ki, Azərbaycan qadını kişilərlə
bərabər işləməsin.
Azərbaycan qadınının
fəal rolu müxtəlif əsrlərdə
öz əksini tapıb. Burla Xatun, Selcan xatun, Nüşabə, Nigar xanım, Məshəti Gəncəvi,
Heyran xanım, Xurşidbanu Natəvan, Həcər xanım, Nigar Şıxlinskaya, İzzət Orucova, Ədilə Şaxtaxtinskaya, Püstəxanım
Əzizbəyova, Fatma
Muxtarova, Şövkət
Məmmədova, İzzət
Seyidova, Gülnaz Salamova, Ceyran Topçubaşova,
Aynur Sofiyeva, Zemfira Meftaheddinova və onlarla belə qadınlarımız
müxtəlif sahələrdə
liderlik məktəbi yaradaraq, novatorçu kimi tarixə iz salmışdılar. Bu gün də
onların məktəbinin
davamçıları yetişməkdədir.
Bu yaxınlarda çapdan çıxan
"Zərif imzalar"
ensikopediyası da məhz dünyada ən ağır və məsuliyyətli sənətlərdən biri
olan jurnalistikaya - Azərbaycan jurnalist qadınlarına həsr olunub. Zərif çiyinlərində böyük bir məsuliyyəti gəzdirən
Azərbaycanın jurnalist
qadınlarının fəaliyyətindən
bəhs edən nümunədə saysız
insan təxəyyülü
və onların istedad, bacarıq və intellekti ilə tanış oluruq.
Kitabın tərtibçisi olan Sevil Yusifovadır. Ensiklopediya Azərbaycan
Jurnalist Qadınlar Assosiasiyasının layihəsi
əsasında hazırlanmışdır.
Belə bir layihənin həyata keçirilmə
ideyası 2009-cu ildə
keçirilən Azərbaycan
Qadın Jurnalistlər
Forumunda qərara alınmışdır. Kitab milli
mətbuat tariximizdə
ilk dəfə olaraq nəfis tərtibatla işıq üzü görmüşdür. "Zərif imzalar"ın ikinci cildi tərtibçi
tərəfindən çapa
hazırlanır.
Ensiklopediya Azərbaycanın tanınmış
ziyalılırı olan
Fatma Abdullazadə, Leyla Əliyeva, Sona Vəliyeva, Elmira Axundova, Ayna Sultanova, Lalə Kazımova, Mailə Muradxanlı, Fəridə
Ləman kimi fəaliyyəti, imzası
ilə cəmiyyətdə
tanınan insanlarla tanışlıqdır. Bu tanışlığın coğrafiyası
genişdir. Belə bir
ideyanın reallaşmasında
əsas məqsəd Azərbaycan mətbuatının
zərif imzalarını
beynəlxalq aləmdə
tanıtmaqdır. Eyni
zamanda, cəmiyyətə
örnək olan xanımların fəaliyyət
dairəsi ilə yetişən nəsli
Artıq Amerika, Türkiyə,
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 12 fevral.-
S. 12.