Yeni Azərbaycan Partiyası ilə QazaxıstanınNur OtanPartiyası geniş əlaqələrə malikdir

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadənin yap.org.az-a müsahibəsi

 

- Aydın müəllim, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin tərkibində Qazaxıstanın hakimNur OtanPartiyasının qurultayında iştirak etmək məqsədilə bu ölkənin paytaxtı Astanada səfərdə olmusunuz. İstərdik ki, səfər haqqında ətraflı məlumat verəsiniz...

 - Bildiyiniz kimi, YAP nümayəndə heyəti olaraq mən partiyanın Siyasi Şurasının üzvü, deputat Mirkazım Kazımov Qazaxıstanın hakimNur OtanPartiyasının 13-cü qurultayında iştirak etmək üçün fevralın 9-dan 13-dək Astana şəhərində olduq. Qeyd edim ki, YAP iləNur OtanPartiyası arasında 2009-cu ildə əməkdaşlıqla bağlı saziş imzalanıb. Həmin sazişə qədər ondan sonra da hər iki partiyanın nümayəndə heyətləri qarşılıqlı surətdə bir-birilərinin ali partiya tədbirlərində, qurultaylarında iştirak edirlər. Bu partiya yarandığı dövrdən Qazaxıstanın hakim partiyasıdır. Parlamentdə mütləq çoxluq məhzNur OtanPartiyasına məxsusdur. Partiyanın sədri isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir. Fevralın 11-də keçirilən tədbirdə 600 nümayəndə 15-ə qədər ayrı-ayrı siyasi partiyaların təmsilçiləri iştirak edirdilər. Qeyd edim ki, keçmiş postsovet məkanından qurultayda qonaq qismində RusiyanınYedinaya Rossiya Azərbaycanın Yeni Azərbaycan Partiyasının nümayəndələri iştirak edirdilər. Qurultay Astananın mərkəzi saraylarından birində keçirildi. Qurultayda partiya sədri Nursultan Nazarbayevin yenidən Qazaxıstan prezidentliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edildi. Qeyd edim ki, qurultayNur OtanPartiyasının ölkəsinin ictimai-siyasi həyatında aktiv iştirak etdiyini, partiyanın cəmiyyətdə böyük nüfuza malik olduğunu nümayiş etdirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, tanınmış ziyalılar bu partiyanın üzvüdür. Partiya ümumxalq partiyası kimi fəaliyyət göstərir öz sıralarında Qazaxıstan cəmiyyətinin bütün təbəqələrindən müxtəlif yaş qruplarından olan insanları birləşdirir. Partiyanın bu qurultayı münasibətilə tədbirdə Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən göndərilmiş təbrik məktubu oxundu. Bu məktubda Azərbaycan ilə Qazaxıstan, eyni zamanda, YAP iləNur OtanPartiyası arasında çox sıx dostluq əlaqələrinin olduğu bir daha vurğulanırdı, Nursultan Nazarbayevin siyasi fəaliyyətinə çox yüksək qiymət verilirdi hər iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra da davam etdirilməsinə əlaqələrin daha da yüksələcəyinə böyük inam ifadə olunurdu. Cənab İlham Əliyevin qurultaya təbrik məktubu sədarət tərəfindən səsləndirildi bu təbrik qurultay iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Bundan başqa, mən nümayəndə heyətinin üzvü kimi Qazaxıstanın bir sıra telekanallarına aparıcı KİV-lərinə fikirlərimi bildirdim. YAP nümayəndələri olaraq biz partiyalarımız arasında yüksək dostluq tellərinin mövcudluğundan, Nursultan Nazarbayevin bizim ölkəmizdə böyük nüfuza malik bir şəxsiyyət olmasından, Qazaxıstanın inkişafının hər zaman bizim diqqətimizdə olduğunu bir daha vurğuladıq. Mənim müsahibəm Qazaxıstanın aparıcı telekanalı olanXəbərTV-də gün ərzində bir neçə dəfə işıqlandırıldı.

- YAP nümayəndə heyətiNur OtanPartiyasının nümayəndələri ilə ikitərəfli görüşlər keçirdimi?

- Bəli, bu partiyanın mərkəzi aparatının rəhbərliyi ilə görüş keçirdik. Eyni zamanda, partiya sədrinin birinci müavini Nurlan Niqmatulinə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun ölkəmizə dəvət məktubunu təqdim etdik. Onlar dəvəti məmnuniyyətlə dəvəti qəbul edərək, münasib vaxtda Azərbaycana səfər edəcəklərini bildirdilər. Görüşlərdə biz ölkələrimiz arasında dostluğun bugunkü səviyyəsindən razı olduğunu bildirdik. Bunun həm bir kökdən, tarixdən gəldiyini qeyd etdik, eləcə , prezidentlərimizin dostluq münasibətinin əhəmiyyətini vurğuladıq. Bu münasibətlərin bundan sonra da davam etdirilməsinə maraqlı olduğumuz vurğulandı. Qərara gəlindi ki, partiyalar bundan sonra da bir-birlərilə sıx əlaqədə olsunlar, tədbirlərdə iştirak etsinlər, ölkələri haqqında qarşılıqlı surətdə məlumat yayılmasında maraqlı olsunlar. Həmçinin, partiyalarımız arasındakı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi partiyalar səviyyəsində ölkələrimizin dostluğunun möhkəmləndirilməsi zərurəti görüşlərimizdə bir daha vurğulandı.

- Səfər çərçivəsində daha hansı görüşlər keçirildi. Ümumiyyətlə, Qazaxıstanın inkişafı ilə bağlı təəssüratınız necədir?

- Səfər zamanı fürsətdən istifadə edərək biz Qazaxıstanın inkişafı ilə bağlı bir sıra məsələlərlə maraqlandıq. Ölkənin parlamentində İqtisadi Siyasət Komitəsinin üzvləri ilə görüşdük. Bundan başqa, Qazaxıstanın aparıcı iqtisadi təşkilatlarından sayılanQazaxatomsənayeşirkətinin rəhbərliyi tərəfindən bizə böyük diqqət göstərildi, onların rəhbərliyi ilə görüşdük. Astananın müxtəlif görməli yerlərində olduq. Qeyd etmək istəyirəm ki, Astana son illərdə güclü inkişaf edib, yeni inzibati binalar, yeni yaşayış kompleksləri şəhəri daha da gözəlləşdirib, müasirləşdirib. Ən çox diqqəti cəlb edən məsələlərdən biri isə ötən il Astanada Nursultan Nazarbayev adına Universitetin açılması olub. Bu universitet elm həyatına böyük bir ideya ilə daxil olub gələcəkdə nəinki ölkəsinin, dünyanın ən nüfuzlu universitetlərindən birinə çevrilməyi qarşısına məqsəd qoyub. Bu şəhərdə əhalinin yaşayışı üçün ucuz binaların tikilişinə, ipoteka kreditlərinin verilməsinə diqqət göstərilir. Aydın oldu ki, Qazaxıstan güclü inkişafa malikdir, qonşuları ilə yaxşı əlaqələri var, onlarla xoş münasibət saxlayır. Ümumiyyətlə, Qazaxıstan nüfuzlu bir ölkə statusundadır, Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Görüş keçirdiyimiz bütün qurumlar şəxslər tərəfindən Azərbaycanın ünvanına xoş sözlər eşitdik. Bütün insanlar Azərbaycan ilə Qazaxıstan arasında dostluğun daha da inkişaf etdirilməsində maraqlı olduqlarını xüsusilə vurğuladılar.

- Qazaxıstanda Nursultan Nazarbayevin prezidentlik müddəti ilə bağlı təklif edilən referendumla əlaqədar ictimai mövqe necə idi?

- Nursultan Nazarbayevin siyasi xadim kimi ölkəsində nüfuzu həddindən artıq yüksəkdir. Ölkə konstitusiyasında prezidentin seçimi ilə bağlı hər hansı bir qadağa yoxdur. Amma Qazaxıstanda xalq tərəfindən prezident seçkisi yox, referendum keçirərək 10 il müddətində Nursultan Nazarbayevin səlahiyyətlərinin artırılması ilə bağlı hərəkat başlamışdı. Bu məsələ parlamentdə müzakirə edilmişdi müvafiq qərar qəbul edilmişdi. Bununla belə, Nazarbayevin özü buna razı olmadı. Bununla belə, o, cəmiyyətdə özünün siyasi reytinqini yoxlamaq məqsədilə növbədənkənar prezident seçkilərinə getməyi təklif etdi. Artıq Nursultan Nazarbayevdən başqa digər şəxslərin prezidentliyə namizədliyi irəli sürülüb. Ümumilikdə, N.Nazarbayev ölkə konstitusiyasının müddəalarına hörmətlə yanaşdığını özü üçün hər hansı bir əlahiddə bir tələb irəli sürmədiyini bir daha göstərdi.

- Aydın müəllim, bəs Qazaxıstanda yaşayan azərbaycanlılar bu ölkənin həyatında hansı səviyyədə iştirak edir?

- Qeyd edim ki, 16 milyon əhalisi olan Qazaxıstanda yüz minə qədər azərbaycanlı yaşayır. Bu insanlar müxtəlif dövrlərdə müxtəlif səbəblərdən-deportasiya ya başqa səbəblər üzündən bu ölkəyə gəliblər. Onlar ölkənin icitami-siyasi həyatında çox yüksək səviyyədə iştirak edirlər. Bu ölkədə Azərbaycan diasporu ən fəal milli icmalardan sayılır. Qeyd edim ki, “Nur OtanPartiyasının 600 nəfərlik qurultay nümayəndələrinin arasında iki azərbaycanlı nümayəndənin olması bizi sevindirdi.

 

 

Səs.- 2011.- 17 fevral.- S. 6.