Azərbaycan mətbuatı dövlət qayğısı ilə əhatə olunur

 

Mətbuat Şurasının "reketçiliklə" bağlı apardığı mübarizəni effektli hesab etmək olarmı? Mətbuat Şurasının qəzetlərin mövcud problemlərinin həll olunması mətbuat-cəmiyyət münasibətlərinin tənzimlənməsi baxımından səlahiyyətlərinin genişləndirilməsi dərəcədə müsbət nəticələr verə bilər? Bu suallarla mətbuat nümayəndələrinə müraciət etdik.

 

Cəmaləddin Quliyev, "Paritet" qəzetinin baş redaktoru:

 

-  Bildiyiniz kimi, Mətbuat Şurası hər il "reket" qəzetlərin adlarını açıqlayır. Yəqin ki, bu il adları "qara siyahı"ya düşən qəzetlərin adlarını açıqlayacaqdır. Hər il Mətbuat Şurasına "reket" jurnalistikası ilə bağlı çoxlu sayda müraciətlər olunur. Mətbuat Şurası "reket" jurnalistikanın siyahısını açıqlamaqla prinsipial mövqe ortaya qoyub.

Jurnalistlərin mövcud problemləri parlamentdə müzakirə edilirdi bunlar əsasən jurnalist peşəsinə malik deputatlar tərəfindən səsləndirilirdi. Amma mətbuatın mövcud problemlərinin həlli üçün sonradan başqa mexanizmlər tapıldı. Burada, ilk növbədə, söhbət mətbuatda olan maddi problemlərdən gedir. Yəni, jurnalistlərin maddi problemlərinin yaxud da mətbuatda reklamla bağlı olan məsələnin həllindən gedir. Bildiyiniz kimi, artıq üç ilə yaxındır ki, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıbdır. Yəni, bilavasitə, jurnalistlərin bu ya digər problemlərinin həlli ilə məşğul olan dövlət orqanı statusunda yaradılan bir təşkilatdır. Yaradılan bu fond kifayət qədər uğurla fəaliyyət göstərir. Fond fəaliyyət göstərdiyi müddət ərzində bir neçə dəfə həm jurnalist təşkilatları, həm qəzetlər üçün layihə, müsabiqələr elan edir çox da uğurlu icra olunur. Yəni, bu da xeyli dərəcədə maddi-texniki bazaların möhkəmlənməsinə səbəb olubdur. Eyni zamanda, reklam elanlar şurasının yaradılması ilə bağlı müzakirələr son mərhələdədir. Yəni, verilən açıqlamalardan belə görsənir. Bir sözlə, o məsələ müsbət həll olunacaqdır. Bundan başqa isə, jurnalistlərin mənzillə bağlı olan problemi idi. Bildiyiniz kimi, bu da öz həllini tapdı. Jurnalistlərin peşəkarlığı ilə bağlı problem var ki, Mətbuat Şurası bu sahədə təşəbbüs göstərib. Bildiyiniz kimi, artıq jurnalistika institutunun yaradılması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, bunun yaradılması istiqamətində hansısa addımlar atılacaqdır. 

 

Aydın Quliyev,

"Bakı Xəbər" qəzetinin baş redaktoru:

 

- Hesab edirəm ki, Mətbuat Şurasının sərt qərarları "reket" jurnalistikası üçün tam effektli bir mübarizə üsuludur. Düzdür, tamamilə "reket" jurnalistikasının kökü kəsilməyib. Amma hər halda "reket" jurnalistikasının fəaliyyət dairəsi, yəni, "reketçiliklə" məşğul olan qəzetlərin jurnalistlərin sayı getdikcə xeyli dərəcədə azalıb. Düşünürəm ki, "reketçiliyə" qarşı aparılan bu mübarizəni davam etdirmək lazımdır.

MŞ-nın səlahiyyətinin genişləndirilməsinə ciddi ehtiyac var. Ümumiyyətlə, indiyə qədər bu sahədə Mətbuat Şurasının atdığı addımlar müsbət nəticə verib. Bir çox hallarda əgər lazımi nəticələr əldə edə bilməmişiksə, o, şuranın səlahiyyətlərinin müəyyən qədər məhdudluğu ilə bağlı olub. Ona görə , bunu genişləndirmək lazımdır. Hətta mənim bildiyim qədər, bununla bağlı müəyyən sənəd layihələri hazırlanıb lazım orqanlara təqdim olunub.

 

 

GÜLYANƏ

 

Səs.- 2011.- 17 fevral.- S. 10.