Dağlıq Qarabağ azad olunacaq

 

İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü bütün dünya dövlətləri tərəfindən tanınmışdır"

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibə verib. Həmin müsahibədə dövlət və hökumət qarşısında dayanan bir çox prioritet məsələlərə toxunulmaqla yanaşı, yeni seçilmiş parlament deputatlarına görüləcək işlər barədə Prezidenti tərəfindən verilən tövsiyə və tapşırıqlar müzakirə olunmuşdur. Müsahibədə, eyni zamanda, iqtisadiyyat, siyasi islahatlar, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər mühüm faktor  kimi önə çəkilmişdir.

 

Azərbaycanda parlamentin rolu güclənmişdir

 

2010-cu il noyabrın 29-da Milli Məclisin  dördüncü çağırış birinci iclasında deputatlar qarşısında çıxış edən Azərbaycan  Prezidenti İlham Əliyev millət vəkilləri qarşısında bir sıra mühüm , əsas vəzifələr qoydu, öz tövsiyə tapşırıqlarını verdi. Bu tövsiyə tapşırıqlardan biri ölkə  iqtisadiyyatının bundan sonra daha sürətlə inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi, ölkənin modernləşdirilməsi kimi önəmli məsələlərdir. Çıxışında bu barədə vurğulayan dövlət başçısı İlham Əliyev qeyd edib ki,  son illərdə bu istiqamətdə çox işlər görülmüş, o cümlədən, parlamentin fəaliyyəti kömək etmişdir ki,  bu məsələlər çox operativ şəkildə həll edilsin, zəruri qanunvericilik bazası yaradılmasına nail olunsun: "Beləliklə, Azərbaycanda parlamentinin rolu güclənmişdir. Ən başlıcası isə, qəbul edilmiş qərarlar qanunlar bizim nəzərdə tutduğumuz strategiya məcrasında olmuşdur: iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorundan asılılığın azaldılması, təhsil, güclü sosial siyasət. Ona görə parlamentin yeni tərkibinin qarşısında prinsip etibarilə ənənəvi məsələlər durur, sadəcə olaraq, inkişafın yeni mərhələsi, təbii ki, əlavə tədbirlərin görülməsini tələb edir. Yəni mən əminəm ki, yaxın beş ildə parlament yenə uğurla işləyəcək bu fəaliyyətin nəticəsində ölkəmiz daha da möhkəmlənəcəkdir".

 

İşğal altında olan bütün ərazilərimiz azad olunmalıdır

 

Prezident İlham Əliyev ölkə sərhədlərimizin işğal olunmuş ərazilərimiz daxil olmaqla dünya dövlətləri tərəfindən tanınmasını önə çəkərək qeyd edib ki, Dağlıq Qarabağ, praktiki olaraq, Azərbaycan Respublikasının mərkəzində yerləşir bu amil bir daha beynəlxalq aləm tərəfindən xüsusilə nəzərə alınmalıdır: "İndiki halda, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü bütün dünya, bütün ölkələr tərəfindən tanınmışdır. Biz BMT-yə üzv qəbul ediləndə sərhədlərimiz məhz mövcud çərçivədə tanınmışdı. Dağlıq Qarabağ praktik olaraq, bizim ölkənin ortasında yerləşir təbii ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi bu tezisi təsdiq edir. Eləcə digər beynəlxalq təşkilatların qətnamə qərarları. Ona görə erməni tərəfi məsələyə konstruktiv yanaşarsa Dağlıq Qarabağın müstəqilliyinin mümkünsüzlüyü barədə tezisi tamamilə başa düşər qəbul edərsə, biz irəliləyişə nail olacağıq. Lakin əgər bizim qarşımıza məqbul olmayan şərtlər qoyularsa, sessiya haqqında, separatizm haqqında, Dağlıq Qarabağın müstəqilliyinin hüquqi cəhətdən rəsmiləşdirilməsinə Azərbaycanın razılaşması haqqında məsələlər qoyularsa, onda, təbii ki, danışıqların perspektivləri olmayacaqdır."

Danışıqlar prosesinin davamlılığına bu prosesin hazırkı məqamlarına da münasibət bildirən Prezidenti hesab edir ki, yeniləşmiş Madrid prinsipləri Dağlıq Qarabağa qayıdacaq vətəndaşlarımızın özünüidarə hüquqlarının təmin edir: "Danışıqlar prosesinin indiki raundu ya indiki mərhələsi Madrid prinsipləri deyilən prinsiplər, onların yeniləşmiş variantı əsasında aparılır. Bu varianta görə, hazırda Dağlıq Qarabağda yaşayan oraya qayıdacaq insanların özünüidarə hüquqları təmin edilir, Azərbaycanın işğal altındakı bütün ərazilərinin azad olunması, azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə, o cümlədən, Dağlıq Qarabağa qayıtması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin qaydaya salınması, eləcə , təhlükəsizliyə zəmanət təmin edilir. İndi danışıqlar masası üzərindəki format bundan ibarətdir. Əlbəttə, burada müəyyən məqamlar vardır, lakin qlobal mənada söhbət bu prinsiplərdən gedir. Əgər bunlar təmin edilərsə, əlbəttə, lap yaxın vaxtlarda biz irəliləyiş barədə danışa bilərik. Əks halda, regionda vəziyyətin sonrakı inkişafı müxtəlif ssenarilər üzrə gedə bilər."

Azərbaycan Prezidenti sözügedən münaqişənin sülh yolu ilə həllində vasitəçilərin roluna da münasibətini açıqlayıb. Dövlət başçısı Azərbaycan tərəfinin bu məsələyə münasibətinin birmənalı olmadığını vurğulayıb.

 

Azərbaycan iqtisadi artımına görə lider dövlətdir

 

Azərbaycan artıq neçə illərdir ki, inamlı iqtisadi artım nümayiş etdirir müstəqil dövlətimiz MDB ölkələri arasında şəksiz lider olduğunu dəfələrlə sübut edib. Hətta dünya iqtisadi böhranına baxmayaraq, ölkəmizdə iqtisadi artım davam etmişdir. 9,3 faizlik artım bir daha deyilənləri təsdiq etməkdədir. Azərbaycanda orta əməkhaqqı təqribən 400 dollardır. Bunun özü sözügedən artımın ən bariz nümunədir. Digər inkişaf etmiş dövlətlərdən fərqli olaraq, ölkəmizin davamlı inkişafı artıq bütün dünyanın diqqət mərkəzində dayanmaqdadır. Bu, eləcə , strategiyanın düzgün seçilməsi, o cümlədən, bu sahədə konkret proqramların mövcudluğu digər uğurlar tandemidir. Sözügedən müsahibəsində bu mühüm faktorlara münasibət açıqlayab. Prezident İlham Əliyev deyib ki, bu, ilk növbədə, əsrlərin qovuşuğunda Azərbaycanda yaranmış vəziyyətin düzgün qiymətləndirilməsinin nəticəsidir: "Sabitləşdirmə iqtisadi inkişaf sahəsindəki ciddi nailiyyətlərlə yanaşı, çox sahələr vardı ki, səylərimizi iki qat, üç qat artırmaq, strategiyanı düzgün seçməyimiz konkret proqramlar lazım idi bunlar bizə iqtisadiyyatı əhəmiyyətli dərəcədə şaxələndirməyə imkan vermişdir. Sizin dediyiniz 2009-cu ildəki 9,3 faizlik iqtisadi artım mənim üçün əvvəlki illərdəki 25-30 faizdən qat-qat əhəmiyyətlidir, çünki bu artım böhranın ən şiddətli ilində, neftin qiymətinin 4 dəfə aşağı düşdüyü vaxt olmuşdur, bizim iqtisadiyyatımız isə, hər halda, daha çox məhz enerji sektoruna istiqamətlənmişdir. Bu nəticə onu göstərirdi ki, bizim apardığımız islahatlar sayəsində iqtisadiyyatın digər sektorlarında inkişaf başlanmışdır. Son 7 ildə biz 900 mindən çox yeni yeri yaratmışıq, yoxsulluğun səviyyəsi demək olar, 50 faizdən 9 faizə endirilmişdir. Bütün sosial proqramlar yerinə yetirilmişdir. Azərbaycanın yarım milyondan çox vətəndaşı hər ay dövlətdən sosial yardım alır, orta əməkhaqqı 400 dollardan çoxdur bu, əlbəttə, son hədd deyildir."

 

 

RƏFİQƏ KAMALQIZI,

 

RÖVŞƏN RƏSULOV

 

Səs.- 2011.- 23 fevral.- S. 2.