Qara qızıl"ı insan kapitalına çeviririk"

 

İlham Əliyev: "Biz idxaldan asılı idik, amma indi özümüzü əsas ərzaq məhsulları ilə təmin etməyə başlayırıq"

 

Ölkəmizin qarşısında duran başlıca vəzifə iqtisadiyyatın bundan sonra da sürətlə inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi ölkənin modernləşdirilməsidir. Son illərdə bu istiqamətdə mühüm işlər görülüb. Ən başlıcası isə, qəbul edilmiş qərarlar qanunlar, nəzərdə tutulan strategiya düzgün aparılır. İlk növbədə, iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorundan asılılığın azaldılması, təhsil, güclü sosial siyasətə diqqət yetirilir- Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsində belə deyib.

Azərbaycanda ən çox diqqət yetirilən sahə, təbii ki, qeyri-neft sektorunun inkişafıdır. Bu kontekstdə regionların inkişafına böyük önəm verilir. 2004-cü ildən regional inkişaf proqramları həyata keçirilir - infrastruktur, sosial infrastruktur yaradılır, yollar, elektrik stansiyaları tikilir.

Bütün sosial proqramlar yerinə yetirilib, yoxsulluğun səviyyəsi 5 dəfə azalaraq 9,3 faizə enib. Azərbaycanın yarım milyondan çox vətəndaşı hər ay dövlətdən sosial yardım alır, orta əməkhaqqı 400 dollardan çoxdur.

Son 7 ildə ölkədə 900 mindən çox yeni yeri yaradılıb. Daha çox yeri bölgələrdə açılıb. Burada regional inkişaf proqramının böyük rolu olub. Dövlət başçısı müsahibəsində bu məsələni xüsusi vurğulayıb: "Regionların inkişaf proqramı nəzərə alınmaqla, ilk növbədə, bu, regional coğrafiyadır. Biz həm ölkəmizin iqlim şəraitinə uyğun olaraq, kənd təsərrüfatını fəal inkişaf etdiririk. Biz kənd təsərrüfatının əsas məhsulları ilə özümüzü, demək olar ki, təmin etməyə başlayırıq, halbuki sovet dövründə heç vaxt belə olmamışdır. Biz idxaldan asılı idik, meyvə, tərəvəz, üzüm, şərab satır, qalan bütün məhsulları isə alırdıq. İndi biz özümüzü, demək olar ki, tamamilə təmin edirik artıq ixracı da nizama salmışıq. Biz diqqətimizi, ilk növbədə, öz təbii ehtiyatlarımız, ya da xammal bazamız olan sahələrdə cəmləşdirmişik".

Lakin bununla belə dövlət başçısı strateji inkişaf konsepsiyasının həyata keçirilməsi üçün çalışır. "Mir"ə müsahibəsində Prezident İlham Əliyev deyib: "Bizim külli miqdarda neft qaz ehtiyatlarımızın olmasına, çoxlu gəlirimizin olmasına baxmayaraq, istəyirik ki, Azərbaycanın davamlı inkişafı neftin qiymətindən yaxud hasilatımızın həcmindən asılı olmasın. "Qara qızıl"ın insan kapitalına çevrilməsi bizim təcrübəmizdə, sadəcə, şüar deyil, real vəziyyətdir.

Qeyd edək ki, qlobal böhrana baxmayaraq, ölkə iqtisadiyyatının sürətlə inkişafı ilə yanaşı, əhalinin rifah halının daha da yaxşılaşması, dövlət tərəfindən sosial öhdəliklərin tam yerinə yetirilməsi, sahibkarlıq subyektlərinin sayının artması, infrastrukturun təkmilləşdirilməsi, yeni yerlərinin yaradılması sayəsində işsizliyin minimuma endirilməsi prosesi davam edir.

Qlobal böhran şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib. BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması buna əyani sübutdur.

Göründüyü kimi, dünya iqtisadi böhranı ölkəmizin iqtisadiyyatına əhalinin gəlirlərinə mənfi təsir etməyib. Azərbaycan Prezidenti ölkənin strateji inkişaf konsepsiyasının ən mühüm detallarına aydınlıq gətirib. Gerçəkdən , son illərdə məhz bu bu konsepsiyanın düzgün həyata keçirilməsi nəticəsində böyük uğurlar əldə olunub.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 23 fevral.- S. 3.