"Neqativ halların aradan qaldırılması təkcə
dövlətin yox, hər bir insanın
vətəndaşlıq və
mənəvi borcudur"
YAP Siyasi Şurasının üzvü,
iqtisadçı-ekspert Aydın Hüseynovun SİA-ya
müsahibəsi
- Ölkə Prezidenti cənab İlham Əliyev məcburi köçkün
ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.
Bu, həmin kateqoriyadan olan insanların dövlətin
qayğısı ilə
əhatə olunduğunu
deməyə əsas verirmi?
- Bəli, Prezidentin sərəncamı həm
birbaşa əsas verir, həm də bu mənzil-mənzil
şəraitinin yaxşılaşdırılmasının
bariz nümunəsi deməkdir. Bu, məcburi köçkünlərin
sosial və mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı verilən birinci sərəncam deyil. Məcburi köçkün
və qaçqınlar
hər zaman ölkə Prezidentinin diqqət mərkəzində
olub və onların problemlərinin həlli mərhələ-mərhələ
həyata keçirilib.
Hələ 1998-ci ildə
ölkə Prezidenti İlham Əliyev Qaradağ rayonundan millət vəkili olarkən məcburi köçqün və qaçqınlar üçün
həmin ərazidə
Ümid qəsəbəsinin
salınması fikri ilə çıxış
etdi. Onlar üçün ilk dəfə olaraq qəsəbə salındı.
Bildiyiniz kimi, məcburi köçkünlər
əsasən Bakı şəhərində məskunlaşıblar.
Son dövrdə məcburi köçkünlərin
həyat və və mənzil şəraitinin yaxşılaşdırlması
ilə əlaqədar
Dövlət Neft Fondundan xeyli vəsait ayrılıb və onların yaşaması üçün
evlər tikilərək
istifadəyə verilib.
Lakin qaçqın və məcburi köçkünlərin
konkret olaraq həyat şəraitini müasir tərzdə qurulması, onların müəyyən çətinliklərinin
aradan qaldırılması
üçün sərəncamdan
irəli gələn digər məsələlərin
həlli həm Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin
və aidiyyəti qurumlara müvafiq tapşırıqlar
verilib. Bu halların aradan qaldırılması üçün
də sərəncamın
müvafiq bəndlərini
həyata keçirmək
lazımdır.
- Aydın
müəllim, 2010-cu ilin
yekunlarına dair Nazirlər Kabinetində keçirilmiş iclasda və bölgələrdə
dəfələrlə vətəndaşarla
keçirilmiş görüşlərdə
sənab Prezident tərəfindən vurğulanıb
ki, sahibkarlığın
inkişafına şərait
yaradılsın. Müxtəlif dövlət
orqanları tərəfindən
qanunsuz müdaxilə
və bu kimi neqativ hallar
aradan qaldırılmalıdır.
Sizcə, hansı müsbət dəyişikliklər
baş verib?
- İlk növbədə sahibkarlara öz hüquqlarının verilməsi,
eyni zamanda onların fəaliyyətindəki
şəffaflığın qorunması üçün
Prezident sərəncam
imzalayıb və bu may ayından
etibarən tətbiq olunacaq. Bu onların
yoxlanması ilə bağlıdır. Həm
yoxlayan orqanlar, həm də yoxlanan təşkilatların,
sahibkarların fəaliyyəti
reysterdə öz əksini tapacaq. Reysterin fərqləndirici
xüsusiyyəti ondan
ibarətdir ki, o eyni zamanda
dövlətin informasiya
mənbəyi kimi saxlanılır. Bu il də çoxlu
sayda yoxlamalar həyata keçirilib. Artıq lüzumsuz yoxlamaların aradan qaldırılması
reyster xidmətinin vasitəsi ilə tənzimlənəcək. Üç
aydan bir bununla əlaqədar olaraq Ədliyyə Nazirliyində müvafiq məlumatlar toplanılacaq
və bu barədə ölkə başçısına, dövlət
rəsmilərinə mütəmadi
məlumatlar veriləcək.
Burada təkcə yoxlayan qurumların deyil, həm də yoxlanan təşkilatların da məsuliyyət məsələsi
var. Dövlət büdcəsindən ayrılan
vəsaitlərin son təyinatına qədər
məqsədyönlü və
səmərəli xərclənməsi
üçün onların
yoxlanılması və
qeydə alınması
vacibdir.
- Korrupsiya və rüşvətxorluğa
qarşı mübarizə
tədbirlərinin dövlət
siyasətinə çevrilməsi
hansı müsbət
nəticələrini verməkdədir?
- Korrupsiyaya qarşı Milli Strategiya şəklində addımların
atılması ilə
bağlı 2007-ci ildə
prezident tərəfindən
proqram təsdiqlənib.
Bu mərhələ-mərhələ
həyata keçirilib.
Korrupsiyaya qarşı mübarizəni
hər kəs aparmalıdır. Ümumiyyətlə,
bütün dövlətlərdə
olduğu kimi, bizdə də iqtisadiyyatın inkişafı
müəyyən mərhələlərlə
gedir. Əgər iqtisadiyyatda keçid mərhələsi varsa, bu dövrdə istənilən neqativ hallar ortaya çıxır.
Bu prosesin özünün nəticəsi
olaraq neqativ hallar aşkarlanır. Artıq prezidentimiz elan etdi ki,
bizdə iqtisadiyyatdakı
keçid mərhələsi
başa çatıb.
2008-ci ildə dayanıqlı
inkişaf mərhələsinə
qədəm qoymuşuq.
Eyni zamanda, son dövrlər dünyada baş verən qlobal maliyyə böhranı da sübut etdi
ki, Azərbaycandakı
iqtisadi inkişaf dayanıqlıdır və
özünü qorumaq
qabiliyyətinə malikdir.
Artıq bu il ölkəmizin 30 milyard manata yaxın ehtiyatları var. Təkcə dövlət büdcəsinin
xərc hissəsi 12 milyard manat məbləği
əhatə edib. Bu da bir
daha ölkə iqtisadiyyatıın düzgün
şəkildə inkişaf
etdirilməsinin təzahürüdür
və Azərbaycan investisiya qoyulan, digər ölkələrdə
investisiya qoyuluşunu
həyata keçirən
ölkə çevrilib.
Korrupsiya ilə mübarizinin dövlət
siyasətinə çevrilməsi
artıq iqtisadiyyatımızın
keçid mərhələsinin
arxada qaldığını
bir daha sübut etdi. Gələcəkdə dinamik inkişafa
malik olan iqtisadiyyatımızın tələblərindən
irəli gələn məsələdir ki, neqativ hallar olmasın. İnanırıq
ki, ümumiyyətlə
yaxın müddətdə
bu terminin işlənməsinə ehtiyac
qalmayacaq. Azərbaycan
iqtisadiyyatı modernləşən
iqtisadiyyatdır. Azərbaycan
həm informasiyalar, həm də müasir texnologiyaların
tətbiqi baxımından,
eləcə də insanların müasir tərzdə düşünməsi
baxımından inkişaf
etmiş ölkədir.
Bu gün neqativ hallar kütləvi hal almayıb. Belə bir hallar var
idisə, dövlət
proqramına uyğun olaraq aradan qaldırılacaq.
Lakin bu təkcə dövlətin
yox, hər bir vətəndaşın
mənəvi borcudur.
- Yeri gəlmişkən, dövlət
ərzaq məhsullarının
qiymətinin artırılmasının
qarşısını almaq
məqsədli proqramın
hazırlanmasını planlaşdırır.
Bu proqram qiymətlərin süni artımının qarşısını
ala biləcəkmi?
- Qiyməti bazar müəyyənləşdirir. Bizdə də bazar iqtisadiyyatı olduğu üçün
qiymətlər də
burada yer alıb. Lakin bununla yanaşı dövlət ölkə vətəndaşlarının sosial rifah halının
yaxşılaşdırılmasını
və onların sosial hüquqlarının
qorunması baxımından
bazardakı ərzağın
qiymətinin tənzimlənməsi
üçün addımlar
atır. Bununla yanaşı, ərzağın
qiymətinin tənzimlənməsi
üçün baza yaradılmalıdır. O olduğu
bir halda qiymətlər də normal şəkildə olacaq. Buna görə
də birinci növbədə insanların
ərzağa olan tələbatını ödəmək
üçün belə
addımlar atılır.
Xüsusilə kənd
təsərrüfatı sahəsində
mühüm işlər
görülür. Bölgələrdə suvarma sisteminin yaxşılaşdırılması, biznes xidmətinin yüksəldilməsi, torpaqların
melorasiya olunması və digər kənd tsərrüfatı
ilə bağlı görülən işlər
ərzaq proqramını
tərkib hissəsi olaraq ortaya qoyulan
məsələlərdir. Bu da qiymələrin
normal şəkildə
qalmasına yardım göstərəcək.
Səs.- 2011.- 23 fevral.- S. 6.