Xocalı soyqırımının
19 ili
Səbail rayonunda bu faciə ilə bağlı
güllə atıcılığı üzrə
yarış keçirilibdir
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin
möhkəmləndirilməsi və ibtidai hərbi hazırlıq səviyyəsinin, vətənin gələcək müdafiəçilərinin
sərrast atıcılıq
bacarıqlarının artırılması
məqsədilə Səbail
rayon gənclər və idman idarəsi,
Azərbaycan Vətən
Müharibəsi Veteranları
Birliyi Səbail rayon şöbəsi və Azərbaycan Respublikası Könüllü
Hərbi Vətənpərvərlik
Texniki İdman Cəmiyyəti ilə birgə Səbail rayon məktəbləri arasında Xocalı soyqırımının on
doqquzuncu ildönümü ilə bağlı ənənəvi
xarakter daşıyan güllə atıcılığı
üzrə yarış
keçirilibdir.
Tədbirin əvvəlində yarış
iştirakçıları və qonaqlar yarışın keçirildiyi
Azərbaycan Vətən
Müharibəsi Veteranları
Birliyi Səbail rayon şöbəsinin
"Şəhidlər Xiyabanı"ndakı qərargahında
Qarabağ Həqiqətlərinin
Beynəlxalq Aləmə
Tanıtma İctimai Birliyinin sədri, keçmiş döyüşçü
Əlövsət Qasımov
tərəfindən təşkil
olunmuş Xocalı soyqırımına həsr
olunmuş foto-sərgi
ilə tanış oldular.
Sonra yarış keçirildi. Yarışda
Səbail rayonunun 15 orta məktəbinin komandası iştirak etdi. Tərkibi 3 nəfərdən - 2 oğlan və 1 qızdan ibarət olan komandaların hər biri növbə
ilə atıcılıq
xəttinə çıxmış
və respublikada, ilk dəfə olaraq, məhz Səbail rayonunda keçirilən bu yarışda müasir kiçik çaplı pnevmatik snayper tüfənglərindən
istifadə etməklə
hər bir üzv 5 güllədən
istifadə etmişlər.
Yarışların gedişini Səbail
rayon gənclər və idman idarəsi,
Respublika Könüllü
Hərbi Vətənpərvərlik
Texniki İdman Cəmiyyəti Respublika Şurası və Azərbaycan Vətən Müharibəsi Veteranları
Birliyi Səbail rayon təşkilatının nümayəndələrindən
təşkil olunmuş münsiflər heyəti diqqətlə izləmiş, komandaların
topladıqları xalları
yoxlayaraq yarışların
yekunlarını müəyyən
etmişlər.
Yarışlara yekun vurulduqdan
sonra Səbail rayonunun Badamdar qəsəbəsində ötən
il Heydər Əliyev Fondu tərəfindən əsaslı
təmir olunmuş 236
saylı orta məktəbdə Daxili Qoşunlar tərəfindən
yaradılmış hərbi
hazırlıq kabinetində
yarışın mükafatlandırma
mərasimi keçirildi.
Mərasimdə çıxış edən Səbail rayon icra hakimiyyətinin
başçısı Asif
Əsgərov və Azərbaycan Respublikası
Könüllü Hərbi
Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri,
general-mayor Novruzəli
Orucov faciənin dəhşətlərindən, bu gün gənclərin
vətənpərvərlik tərbiyəsində belə
tədbirlərin böyük
əhəmiyyəti olduğundan
danışaraq, ölkə
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını, gənclərin
hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirməyin
vacibliyini daim ön plana çəkdiyini
toplaşanların nəzərinə
çatdırdılar.
Səbail rayonunun məktəblərinin
komandalarının yarışına yekun vuran münsiflər heyətinin qərarı ilə 1-ci yerə 91 saylı orta məktəbin, 2-ci yerə
190 saylı orta məktəbin və
3-cü yerə isə
239 saylı orta məktəbin komandaları
layiq görülmüş,
şəxsi yarışlarda
190 saylı orta məktəbin şagirdi Əbülfəz
Hüseynli birinci yeri, 239 saylı orta məktəbin şagirdi Fəridə Mustafayeva ikinci yeri və 132 saylı Təhsil Kompleksinin şagirdi Kəmaləddin Əliyev üçüncü yeri
tutdular.
Yarışda hər üç yerləri tutmuş komandalara və ən sərrast atıcılara müvafiq dərəcəli
diplomlar və qiymətli hədiyyələr
təqdim olundu.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2011.- 23 fevral.- S. 11.