Erməni xəstəliyinin son 23
illik tarixi
23 il öncə ermənilər on minlərlə
günahsız insanın qətlə yetirilməsi,
minlərlə kənd və şəhərin
dağılması, hər iki respublikaya yüz milyardlarla
dollar zərər vurulmasına səbəb olan bir prosesi
başlatdılar
1988-ci il fevralın 20-də Azərbaycan SSR-nin
tərkibində muxtar vilayət statusu ilə yaşayan
Dağlıq Qarabağ Muxtar Vilayətindəki
ermənilər Azərbaycan SSR-nin tərkibindən
çıxıb Ermənistan SSR-nin tərkibinə
girməklə bağlı qərar qəbul etdilər. 1991-ci
ildə DQMV erməniləri saxta referendum keçirtməklə
"müstəqillik"lərini elan ediblər. Bədnam
məşhur iqtisadçı akademik A.Aqanbekyan və Fransa
erməniləri bu məsələdə ilkin provokator rolunu
oynadılar.
Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq
Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən
çıxıb, Ermənistan isə SSR-nin tərkibinə
birləşməklə bağlı qərarından 2 gün
sonra Əsgəran rayonu ərazisində Ağdam və
Əsgəran rayon sakinləri dinc nümayiş
keçirdilər.
Ermənilər
atəş açmaqla 2 azərbaycanlı gənci
qətlə yetirdilər. Qarabağ münaqişəsində
ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin
öldürülməsi faktını o zamankı SSRİ-nin
baş prokrorunun birinci müavini F.Katusev Mərkəzi
Televiziyada çıxış edərkən
təsdiqlədi.
İki
azərbaycanlı gəncin erməni və azərbaycanlı
icmalar arasındakı savaşın ilk qurbanı olması
və ilk qətli ermənilərin törətməsi ilə
bağlı mötəbər mənbələr az deyil.
İki
gəncin intiqamını almaqdan ötrü Ağdamdan
Xankəndinə yürüşə gedən, daş və
ağacla silahlanmış ağdamlı gənclərin
qarşısını o zamankı kolxoz sədri, Sosialist
Əməyi Qəhrəmanı Xuraman Abbasova
yaylığını yerə atmaqla alıb.
Fevralın
22-də Dağlıq Qarabağda, Əsgəranda
ermənilərin tökdüyü ilk qan 4 gün sonra
Sumqayıtda onların növbəti fitnəsinə
başlanğıc olub. Belə ki, ermənilər
öncədən planlaşdırdıqları təxribatı
həyata keçiriblər. Bir neçə sumqayıtlı
erməni Ermənistandan xüsusi göndərilən
ermənilər tərəfindən öldürülüb
və bu faktı bütün dünyaya
azərbaycanlıların erməniləri öldürməsi
kimi təqdim ediblər.
Məhz
erməni lobbisinin xaricdən fəal dəstəyi ilə Ermənistanda
və Azərbaycanın Dağlıq Qarabağ Muxtar
Vilayətində yaşayan ermənilər separatçı
hərəkatlara və milli münaqişələrə start
verdilər. Bu proseslər nəticəsində milli
zəmində münaqişələr SSRİ-nin hər
yerinə yayıldı və bu, sonda Sovet
İttifaqının dağılması ilə
nəticələndi.
Getdikcə
Cənubi Qafqazda milli münasibətlər
gərginləşdi. Azərbaycanlılara qarşı
soyqırımı həyata keçirməyə başlayan
ermənilər tarixi torpaqlarımızı işğal
etməyə başladılar. Müharibə bütün
bölgə ölkələrinə ağır zərər
vurdu.
Münqaişənin
səbəblərinə və nəticələrinə
aydınlıq gətirmək üçün 1988-ci ildən
başlayan hadisələrin qısa xronikasına
nəzərə salaq.
25 yanvar 1988-
Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin
kütləvi deportasiyası başlanıb. Azərbaycanlı
qaçqınların ilk dəstəsi respublikamıza
pənah gətirib. (1988-1989-cu illərdə ümumilikdə
230 minə yaxın azərbaycanlı Ermənistan
ərazisindəki tarixi ata-baba yurdlarından zorla qovuldu).
12 fevral-
Azərbaycanın Dağlıq Qarabağ Muxtar
Vilayətində (DQMV) ermənilərin ilk
separatçılıq çıxışları
başlayıb. DQMV-nin mərkəzi Stepanakert (Xankəndi)
şəhərində vilayət partiya komitəsinin binası
qarşısında "miatsum" (Ermənistana
"birləşmə") şüarı altında mitinq
keçirilib.
19
fevral-Azərbaycanlı əhalinin Ermənistandan
deportasiyasına, Ermənistanın Azərbaycana qarşı
ərazi iddialarına, Dağlıq Qarabağda başlanan
separatçılıq hərəkətlərinə etiraz
olaraq Bakıda ilk mitinq- kütləvi çıxış
olub.
20 fevral
1988-Azərbaycan SSR-in DQMV Xalq Deputatları Sovetinin erməni
deputatları qeyri-legitim növbədənkənar sessiya
çağıraraq "Dağlıq Qarabağın
Azərbaycanın tərkibindən çıxarılıb
Ermənistana verilməsi haqqında" qərar qəbul
ediblər. Bu barədə SSRİ Ali Sovetinə
müraciət qəbul olunub.
DQMV-nin Xalq
Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında
bitmişdi və ermənilərin qəbul etdiyi qərar
qeyri-legitim idi.
Bu hadisə
Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı
hesab olunur.
22 fevral-
Dağlıq Qarabağ münaqişəsində ilk qanlı
toqquşma olub. Erməni millətçiləri Əsgəran
qəsəbəsi yaxınlığında Ağdam rayonundan
olan iki azərbaycanlı gənci qətlə yetiriblər.
Rəsmi orqanlar azərbaycanlı əhalinin erməni
şovinistlərinə adekvat cavab verməsinə imkan
vermədilər.
25 fevral-
Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları ilə başlanan Dağlıq Qarabağ
münaqişəsində yeni toqquşma baş verib.
Erməni millətçiləri Əsgəranda daha iki
azərbaycanlını qətlə yetiriblər.
27-28 fevral -
Sumqayıtda erməni ekstremistlərin
təşkilatçılığı və bir qrup kriminal
elementin iştirakı ilə kütləvi təxribat-
erməni əhalinin evlərinə basqınlar
törədilib. Eduard Qriqoryanın başçılıq
etdiyi basqın və iğtişaşlarda, rəsmi
məlumatlara görə, 32 nəfər
öldürülmüşdü. Onların bir
neçəsini Qriqoryan özü qətlə yetirmişdi.
24 mart -
Sov.İKP MK və SSRİ Nazirlər Soveti "1988-1995-ci
illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar
Vilayətinin sosial-iqtisadi inkişafını
sürətləndirmək tədbirləri haqqında"
qərar qəbul edib. Qərara əsasən, Dağlıq
Qarabağın sosial-iqtisadi məsələləri Azərbaycanın
səlahiyyətindən alınaraq ittifaq hökumətinə
verilib.
18 may -
Ermənistandan azərbaycanlı əhalinin zorla
deportasiyasına və ermənilərin Qarabağ
iddialarına etiraz olaraq Bakıda ilk izdihamlı mitinq
keçirilib.
21 may -
SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan
arasında münaqişəni sahmanlamaq üçün
hər iki müttəfiq respublikanın rəhbərlərini
dəyişdirib.
Azərbaycanın
1-ci postuna Ədbürrəhman Vəzirov (1988-1990),
Ermənistanın isə Suren Arutyunyan (1988-1990) seçilib.
15 iyun-
Ermənistanın Ali Soveti "DQMV-nin Ermənistan SSR-in
tərkibinə keçməsi haqqında" qərar
qəbul edib.
İyunun
17-də Azərbaycan SSR Ali Soveti bu etiraz olaraq bəyanat
qəbul edib və SSRİ Ali Sovetindən Ermənistanın
hərəkətinə münasibət bildirməyi xahiş
edib.
18 iyul 1988 -
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq
Qarabağ münaqişəsinə həsr olunmuş geniş
iclası keçirilib. M.Qorbaçovun sədrlik etdiyi iclasda
Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi,
hər iki respublikanın SSRİ Ali Sovetindəki deputatları
iştirak ediblər.
Gərgin
mübahisələrlə keçən iclasda
"Dağlıq Qarabağ barəsində
məsələyə dair" SSRİ Ali Sovetinin
Rəyasət Heyətinin qərarı qəbul olunub.
Sənəddə Ermənistan SSR Ali Sovetinin Dağlıq
Qarabağı ilhaq etmək barədə qərarının
yolverilməz olduğu və onun ləğv edilməsinin
zəruriliyi vurğulansa da, Yerevan bu
çağırışı saya salmadı.
17 sentyabr -
Dağlıq Qarabağın inzibati mərkəzi olan
Stepanakertdə (Xankəndi) erməni dəstələrinin
azərbaycanlı əhalinin evlərinə kütləvi
basqınları başlayıb. Şəhərin
azərbaycanlı məhəlləsində onlarla ev yandırılıb.
Moskvanın və Azərbaycanın o vaxtkı
rəhbərliyi faktiki laqeydliyi fonunda azərbaycanlı
əhaliyə qarşı aşkar etnik təmizləmə
həyata keçirilirdi.
17 noyabr - 4
dekabr- Bakıdakı Lenin (indiki Azadlıq) meydanında
ermənilərin Qarabağ iddialarına və azərbaycanlı
əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq
fasiləsiz mitinqlər keçirilib. Mitinqlərə 1
milyonadək insan toplaşırdı.
Dekabrın 4-də Bakıda fövqəladə
vəziyyət rejimi tətbiq edildi, dekabrın 5-nə
keçən gecə meydana SSRİ DİN-in Daxili Qoşunları
və hərbi texnika yeridildi, aksiya böyük
zorakılıqla dağıdıldı. Yüzlərlə
insan həbs olundu və yaralandı.
Bu, SSRİ-də ən böyük kütləvi
çıxışlar idi və Azərbaycan tarixinə milli
dirçəliş aksiyaları kimi düşdü. İlk
dəfə həmin mitinqlərdə Azərbaycanın
üçrəngli bayrağı
qaldırılmışdı. 1992-ci ildə 17 noyabr "Milli
dirçəliş günü" elan edildi.
24 noyabr -
Azərbaycanlıların Ermənistandan deportasiyası və
ermənilərin Qarabağ iddialarına etiraz olaraq Bakıdan
sonra bölgələrdə də aksiyalar başlanıb.
Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti aksiyaların
qarşısını almaq üçün Bakı,
Gəncə və Naxçıvanda xüsusi vəziyyət
və qadağan saatı tətbiq edib. Buna baxmayaraq Bakıda
mitinqlər dekabrın əvvəlinədək davam etdi.
27-29 noyabr
1988 - Ermənistan SSR-in Quqark, Spitak və Stepanavan
şəhərlərində azərbaycanlıların
deportasiyası terror və qətllərlə
müşayiət olunub. Üç gün ərzində
erməni silahlı dəstələri tərəfindən 33
azərbaycanlı qətlə yetirilib.
Bu
hadisədən sonra Ermənistandakı azərbaycanlı
əhalinin kütləvi köçü son
mərhələyə qədəm qoyub. Dekabrda
Ermənistandan Azərbaycana 100 mindən çox
(ümumilikdə, 230 minədək) soydaşımız
pənah gətirdi.
11 dekabr-
Ermənistandakı zəlzələdən (7 dekabr) sonra bu
ölkəyə ilk yardım edənlərdən biri
Azərbaycan olub. Lakin erməni tərəfi xislətinə sadiq
qalaraq Azərbaycan təyyarəsini qəbul etməyib.
Leninakan (Gümrü) hava limanında dispetçerlər
tərəfindən yanlış istiqamətləndirilən
"İl-76" təyyarəsi dağa dəyərək
partlayıb, 63 nəfər xilasedici (ehtiyatda olan
hərbçi) və 9 ekipaj üzvü həlak olub. Bir
nəfər xilas olsa da, ömürlük şikəst
qalıb.
Buna
rəğmən Azərbaycandan Ermənistana qatarla humanitar
yardım və 150 nəfər inşaatçı
göndərildi. Dağıdıcı zəlzələ (25
minədək adam ölmüşdü) ilə dünyanın
diqqətini özünə cəlb edən Ermənistan
azərbaycanlıların deporatasiyasını başa
çatdırdı, dünya isə bunu
"görmədi". Beləliklə, 23 il
öncə, fevralın 20-dən başlayaraq ermənilər
on minlərlə günahsız insanın qətlə
yetirilməsi, minlərlə kənd və şəhərin dağılması,
on milyardlarla dollar zərər vurulmasına səbəb olan
bir prosesi başlatdılar. Bu gün də bu proses
çox ağır nəticələrə gətirib
çıxarıb. Ermənilər bunu anlasalar bəlkə
nə etdiklərinin fərqində olarlar.
Elçin Bayramlı
Səs.- 2011.- 23 fevral.- S. 12.