Xalqın istək və arzularını reallaşdıran partiya
YAP Qusar rayon təşkilatının
yaranmasının 18 illiyi münasibətilə tədbir
keçirildi
Dünən YAP Qusar rayon təşkilatının
yaranmasının 18 illiyi
ilə əlaqədar
tədbir keçirildi.
Tədbir iştirakçıları
ilk öncə rayon təşkilatının
qərargahının foyesindəki
Ümummilli Liderimiz Heydər Əliyevin büstünün önünə
tər qərənfillər
düzdülər. Qərargahın
akt zalında keçirilən tədbirdə
çıxış edən
rayon təşkilatının
sədri David İbrahimxəlilov yubiley münasibətilə siyasi
həmfikirlərinə səmimi
arzularını çatdırdı.
Bildirdi ki, bu gün
Azərbaycanın hamını
heyrətləndirən iqtisadi
inkişafında fəal
iştirak edən, birlik, həmrəylik, demokratiya uğrunda mübarizədə mətinləşən,
hər zamanın partiyası olduğunu real işi ilə
doğruldan YAP-ın cəmiyyətdə möhkəmlənən
mövqeyi var. Partiyanın yarandığı o çətin anları xatırlayan, tarixə
"91-lər"in xidməti
kimi yazılan, ölkənin tanınmış
ziyalılarının Ulu
Öndərə müraciətini
bugünkü xoşbəxt,
firavan həyatımız
üçün çəkilən
zəhmət adlandıran
D.İbrahimxəlilov qeyd
etdi ki, ermənilər tərəfindən blokadaya alınmış
Naxçıvan MR Ali
Məclisinin sədri işləsə də, tək muxtar respublikanın sosial-iqtisadi
problemlərinin həlli
ilə deyil, ümumilikdə, Azərbaycanın
müstəqilliyinin əbədi
olması naminə tarixi xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin qətiyyəti
ilə yaranan Yeni Azərbaycan Partiyasını təsadüfən
milyonların partiyası
adlandırmırlar.
YAP-ın xalq tərəfindən daim dəstəkləndiyini
qeyd edən D.İbrahimxəlilov Qusar rayon təşkilatının
yaranma tarixindən də söz açdı. Bildirdi ki, 14 fevral 1993-cü ildə Qusar rayonunda 17 nəfərdən
ibarət yaranan təşkilatın ilk təsis konfransı bir aydan sonra
keçirildi. Hazırda
44010 nəfərdən artıq
üzvü, 95 yerli özəyi olan Qusar rayon təşkilatı
üzvlərinin sayı
yarım milyondan çox olan YAP-ın aparıcı rayon təşkilatlarındandır.
Azərbaycanda son illərdə
dinamik sürətlə
inkişaf edən quruculuq işlərinə,
regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramlarında nəzərdə
tutulan islahatların, infrastruktur layihələrin
uğurla nəticələnməsi,
əhalinin məşğulluq
səviyyəsinin artırılması,
yoxsulluğun aşağı
salınması məsələlərinə toxunan D.İbrahimxəlilov
bildirdi ki, xalqımız, o cümlədən, qusarlılar
Ulu Öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının
Sədri, ölkə Prezidenti İlham Əliyev ətrafındı
həmişə sıx
birləşib: "Ölkədə
keçirilən prezident,
parlament, bələdiyyə seçkilərində
YAP-ın mütləq
qələbə qazanması
milyonların, seçicilərin
Prezident İlham Əliyevə, Onun rəhbərlik etdiyi partiyaya inamından irəli gəlir".
Tədbirdə rayon veteranlar
şurasının sədri
Cavanşir Nurməmmədov,
ADPK-nin tələbəsi
Könül Yüzbəyova
və başqaları
çıxış edərək,
Azərbaycanın çiçəklənməsi
və inkişafı yolunda Yeni Azərbaycan
Partiyasının Sədri,
dövlət başçısı
İlham Əliyevin uğurlu siyasəti ətrafında daha sıx birləşəcəklərini
söylədilər.
Görüşdə Milli
Məclisin deputatı
Azər Badamov təşkilatın yaranmasının
18-ci ildə böyük
uğurlara imza atan Yeni Azərbaycan
Partiyasının sıralarının
belə sürətlə
artdığını vurğuladı.
Tədbirin sonunda bir qrup partiya
fəallarına fəxri
fərmanlar, qiymətli
hədiyyələr təqdim
olundu. Həmçinin,
partiya sıralarına
yeni qəbul olunanlara üzvlük vəsiqələri verildi.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 19 fevral.- S. 7.