Ölkə sərhədlərimizin etibarlı formada qorunması üçün zəruri addımlar atılır

 

Dövlət Sərhəd Xidmətində Sahil Mühafizəsinin yaradılmasının 6-cı ildönümü qeyd olunub

 

Dünən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 6-cı ildönümü döyüş sırasına yeni daxil edilən itisürətli qayıqlara baxış keçirilib.

DSX-nin rəisi,  Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev Sahil Mühafizəsinin şəxsi heyəti ilə görüşdükdən sonra itisürətli qayıqların dənizdə manevr elementləri, qəza baxış qruplarının ekipirovka avadanlaqları ilə tanış olub. Dənizdə böyük həvəslə sərhədçilərin həyata keçirdikləri təlim tapşırıqlarında iştirak edən E.Quliyev yekunda şəxsi heyətin hazırlıq səviyyəsindən razılığını bildirib. Mətbuat nümayəndələrinin qatıldığı dənizdə itisürətli qayıqların həyata keçirdiyi təlim tapşırıqları ölkə sərhədlərimizin dərəcədə etibarlı səviyyədə qorunduğunu bir daha açıq şəkildə nümayiş etdirmiş oldu.

Daha sonra DSX-nin Sahil Mühafizəsinin klubunda davam etdirilən tədbirdə Dövlət Himni səsləndikdən sonra ölkə sərhədlərimizin təhlükəsizliyinin ən yüksək standartlara cavab verən avadanlıqlar, texnika silah-sursatla təmin etdirildiyi vurğulandı. DSX Sahil Mühafizəsinin yaradılmasının 6-cı ildönümü münasibəti ilə keçirilən tədbir iştirakçıları qarşısında çıxış edən Sahil Mühafizəsinin rəisi, general-mayor İlham Mehdiyev ölkə sərhədlərimizin etibarlı formada təminatı üçün dövlətimiz tərəfindən atılan addımlardan, qarşıya qoyulan məqsəd tapşırıqlardan bəhs etdi. Bildirdi ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycanın istər quru istərsə , dəniz sərhədlərinin ən etibarlı formada qorunması üçün bütün zəruri texnika, silah-sursat avadanlıqlarla təmin edilib. İ.Mehdiyev sərhədlərimizin etibarlı formada qorunması üçün bundan sonra da bütün vacib addımların atılacağına əminliyini ifadə etdi.

DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-leytenant E.Quliyev Sərhəd Mühafizəsinin yaradılması münasibəti ilə sərhədçilərə təbriklərini çatdırdı. Bildirdi ki, Sərhəd Mühafizəsinin formalaşması, dövlət sərhədlərinin mühafizə sisteminin təşəkkülü, dəniz sərhədlərinin etibarlı qorunması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən çoxsaylı işlər bu gün Onun ən layiqli davamçısı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab Prezident İlham Əliyev tərəfindən böyük əzmlə davam etdirilir. E.Quliyev ölkə rəhbərinin ən yüksək diqqət qayğısı sayəsində Xəzər dənizində güclü sərhəd mühafizə infrastrukturunun yarandığını şəxsi heyətin ən müasir hərbi ləvazimatlarla təmin edildiyini bildirdi. Qeyd etdi ki, DSX-nin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycana mənsub hissəsində dövlət maraqlarının müdafiəsi sərhədlərinin toxunulmazlığını yüksək səviyyədə təmin etməyə qadir hərbi birləşmə kimi formalaşmasının xüsusi əhəmiyyəti var.

DSX-nin Sahil Mühafizəsinin yaranmasının 6-cı ildönümünə həsr edilmiş tədbirdə, həmçinin, xidmətdə fərqlənmiş hərbiçilər təltif edilib. Tədbir DSX-nin Hərbi Orkestrinin maraqlı çıxışı ilə yekunlaşıb.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 19 fevral.- S. 8.