YAP xalqın istək arzularının tərənnümçüsüdür

 

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının hesabat-seçki yığıncağında bu fikir bir daha öz təsdiqini tapdı

 

Dünən YAP Tərtər rayon təşkilatının qərargahında keçirilən hesabat-seçki konfransında ötən illər ərzində görülən işlər barədə geniş məlumat verildi. Konfransı giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açdı. Təşkilat sədri vurğuladı ki, ötən hesabat- seçki yığıncağından keçən müddət ərzində YAP Tərtər rayon təşkilatı üzvlərinin sayında ilbəil artım müşahidə olunub: "Ötən il ərzində rayon təşkilatının sıraları sürətlə artmışdır. 88 ilk ərazi təşkilatında 4619 nəfərdən 2296 nəfəri qadın, 1357 nəfəri gənclərdən ibarətdir. Partiyamıza inamın təzahürü olan bu artım ölkəmizdə xalqın YAP-a olan məhəbbətindən irəli gəlir. Eyni zamanda, YAP sıralarında beş yüz mindən çox üzvün birləşməsi Ümummilli Lider Heydər Əliyev ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ideyalarına sədaqət məhəbbətin ifadəsidir. Ölkə miqyasında həyata keçirilən ictimai-siyasi hadisələrdə aktivlik nümayiş etdirən partiya üzvlərinin, ənənələrinə sadiq qalaraq, prezident, parlament bələdiyyə seçkilərində fəallıq nümayiş etdirməsi bir daha öz təsdiqini tapmışdır. Onu da qeyd edim ki, beynəlxalq təşkilatların müşahidə etdiyi siyasi kampaniyalarda demokratiyanın təzahürü olan azad, ədalətli şəffaf seçkilərin keçirilməsində yaxından iştirak edən üzvlərimiz, həmçinin, dövlət strukturlarında da layiqincə təmsil olunurlar". Tədbirdə rayon subartezian quyuları istismarı idarəsinin rəisi rüfət Qasımov, rayon partiya təşkilatının üzvlərindən Xeyri Həcər, rayon gənclər təşkilatının sədri Yadigar Səfərov, rayon fəallarından Güloğlan Kərimov, Oqtay Məhərrəmov başqaları çıxış edərək, hesabatın mövcud uğurlarını özündə əks etdirdiyini gələcək uğurlar üçün stimul olduğunu diqqətə çatdırdılar. Bildirdilər ki, ölkənin ictimai-siyasi həyatında əhalinin sosial-rifah halının yaxşılaşmasında partiya üzvləri böyük fəallıq nümayiş etdiriblər. Həmçinin, bildirildi ki, Azərbaycanın dünya dövlətləri arasında böyük nüfuz qazanmasında iqtidar partiyası kimi Yeni Azərbaycan Partiyasının rolu xidmətləri böyükdür. Xüsusilə , partiyanın sıraları gənclərin hesabına artır, möhkəmlənir. Təsadüfi deyildir ki, YAP-ı daim gəncələşən, yeniləşən müasirləşən partiya adlandırırlar. Üzvlərinin 40 faizini gənc nəslin nümayəndələrinin təşkil etdiyi partiyanın belə zəngin sosial bazaya malik olması gənclərin Prezident İlham Əliyevin siyasətinə sadiqliyi onun dəst-xəttini dəstəkləməsi deməkdir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.-  2011.- 19 fevral.- S. 8.