Xocalı soyqırımı
Azərbaycan tarixinin ən qanlı səhifəsidir
"Səs" qəzeti növbəti dəfə
Xocalı faciəsinin 19-cu ildönümü ilə
bağlı dəyirmi masa keçirib
(Əvvəli
ötən sayımızda)
"Səs" qəzeti
ölkəmizin həyatında mühüm əhəmiyyət
kəsb edən, günün aktual və prioritet
mövzuları ətrafında silsilə xarakterli dəyirmi
masalar təşkil edir. Məhz budəfəki dəyirmi
masanın mövzusu Azərbaycan xalqının ən
böyük faciələrindən biri olan Xocalı
soyqırımının 19-cu ildönümünə həsr
olunub. Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Nəsimi
rayon təşkilatının sədri, millət vəkili Məlahət
İbrahimqızı, "Səs" qəzetinin baş
redaktoru Bəhruz Quliyev, Milli Məclisin üzvü Elman Məmmədov,
ADPU-nin professoru, tarix elmləri doktoru Əli Məmmədov,
Xocalı rayon icra hakimiyyətinin nümayəndəsi Xəlil
Vəliyev, Xocalı şəhərinin keçmiş polis rəisi
Sabir Məmmədov iştirak edirdi.
Dəyirmi masada giriş
sözü ilə çıxış edən Bəhruz
Quliyev Prezident Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin Sərəncamı ilə "Xocalı
soyqırımının 19-cu ildönümünün
keçirilməsinə dair tədbirlər
planı"nın təsdiq edildiyini bildirdi. Qeyd etdi ki, bu tədbirlər
planına əsasən soyqırımı qurbanlarının
xatirəsinə ucaldılmış abidələrin
önünə əklil qoyulması, Xocalı sakinlərinin
dünya dövlətlərinə, xalqlarına və beynəlxalq
təşkilatlara müraciətinin yayılması, Azərbaycan
Respublikasının xarici ölkələrdəki səfirliklərində,
nümayəndəliklərində və diaspor təşkilatlarında
bu dəhşətli hadisə ilə bağlı mətbuat
konfranslarının, anma mərasimlərinin və s.
keçirilməsi, xarici KİV və teleradio kanallarında
materialların hazırlanması və yayılması nəzərdə
tutulub. B.Quliyev Xocalı soyqırımının 19-cu
ildönümü ilə bağlı internet məkanında
da, müəyyən tarixi faktların yayılmasının zəruriliyini
bildirdi.
"Ermənistanda hakimiyyətdə olan əli qana
batmış cəlladlar və bu misilsiz cinayətdə
günahı olan şəxslər, hələ də, qanun
qarşısında cavab verməyiblər"
Məlahət İbrahimqızı:
- 1918-ci ilin mart hadisələri
zamanı da Azərbaycan xalqına qarşı soyqırım
hadisəsi olduğu halda ölkəyə rəhbərlik edən
o dövrün nümayəndələri - prosesləri
olduğu kimi, dəyərləndirməyi belə
bacarmadılar. Bu gün də Ermənistanda olan şəxslərin
hər biri ayrı-ayrılıqda Azərbaycana qarşı
böyük qətliamlar törətmiş cinayətkarlardır.
Məhz son əsrin əvvəllərindən başlayaraq, Azərbaycan
xalqına qarşı edilmiş amansız divanlar həyata
keçirilmiş soyqırımı siyasəti nəticədə
yanlış yanaşma və prosesləri düzgün qiymətləndirməməsi
predmeti olaraq meydana çıxmışdır. Çünki
həmin dövrlərdə Azərbaycan dövlətinə
güclü liderlər rəhbərlik etməmişdir. 1991-ci
ildən SSRİ dağılan ərəfədə, eləcə
də, 1992-ci ilin Xocalı soyqırımı ərəfəsində
ölkəyə rəhbərlik edə bilməyən rəhbərlərin
səriştəsizliyi nəticəsində xalqımız
böyük qırğınlara, ağır sosial-iqtisadi
çətinliklərə məruz qalmışdır. İnanırıq
ki, bütün bu çətinliklərə və əziyyətlərə
baxmayaraq, bu gün xalqımız öz inkişafının ən
yüksək mərhələsini yaşayır.
Sabir Məmmədov:
- 1992-ci ilin əvvəllərindən
Xocalıdakı ağır durum daha da kritikləşmişdi.
Amma kənardan prosesləri izləyənlər
Xocalıdakı vəziyyətin normal axarında getdiyini iddia
edirdilər. Hətta Xocalıda çoxlu sayda silah-sursatın
olduğunu da bildirirdilər. Əgər belə bir reallıq
vardısa, niyə biz hadisənin canlı şahidləri əliyalın
düşmən qarşısına çıxırdıq? Demək
olardı ki, fevral ayının əvvəllərindən
başlayaraq, ermənilər Xocalını daim atəş
altında saxlayırdılar. O dövrlər Xocalıda fəaliyyət
göstərən daxili işlər nazirliyinin polis bölməsinin
nümayəndələri könüllülərdən ibarət
dəstələrə böyük köməkliklər
edirdilər. Əhalidən ov tüfənginə qədər
yığılması insanları düşmən
qarşısında əliyalın qoymuşdu. Dəfələrlə
ölkənin ən yüksək dairələrinə silah və
hərbi texnika üçün müraciət edilsə də,
Xocalıya heç bir yardım edilmədi. Məhz bu köməkliyin
edilməməsi nəticəsində Xocalıda böyük
insan qırğını ilə müşahidə edilən
soyqırımı həyata keçirildi və düşmən
ölkəmizin dilbər guşələrindən birini də
işğal etmiş oldu.
Xəlil Vəliyev:
- Burada bildirildiyi kimi,
Xocalının müdafiəsi üçün heç bir kənar
qüvvə iştirak etmirdi. Silah-sursat da əhalidən lap əvvəlcədən
yığılmışdı. Xocalı sakinləri əliyalın
olsalar belə, ancaq öz qeyrətlərinə, vicdanlarına
güvənərək doğmalarının müdafiəsi
üçün canlarını fəda etdilər. Bir məsələni
də qeyd edim ki, xocalılar həmişə öz
ağrıları ilə, itkiləri ilə, bu gün
olduğu kimi dövlətimizə və dövlətçiliyimizə
sadiq olublar. Bu gün bütün ölkə vətəndaşları
kimi xocalılar da Ulu Öndər Heydər Əliyev siyasətinin
ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin
ətrafında sıx birləşib. İnşallah,
böyük ümidlə Qarabağımıza,
Xocalımıza qayıdacağımız günü gözləyirik.
Tapdıq Rəfiqə
Səs.- 2011.- 19 fevral.- S. 9.