Məcburi köçkünlərin sosial müdafiəsi gücləndirilir

 

İlham Əliyev: "Mən əminəm ki, biz bütün rayonları işğalçılardan azad edəndən sonra hər yerdə böyük quruculuq-abadlıq işləri gedəcək, bütün infrastruktur bərpa olunacaq, evlər, məktəblər tikiləcəkdir"

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncam ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu sərəncamda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin növbəti illərin dövlət büdcəsində ARDNF-nin büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsünlər.

Nazirlər Kabinetinə bu Sərəncamda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülən işlər barədə Azərbaycan Prezidentinə mütəmadi məlumat vermək, həmin Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 "Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə rəhbərinin dünənki Sərəncamı həmin təbəqədən olan insanlar tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Bəxtiyar Əliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat son zamanlar məcburi köçkünlərin kütləvi şəkildə məhkəmələrə cəlb edilməsi hallarının olduğunu vurğulayıb: "19-20 il məskunlaşdıqları yerdən məcburi köçkünləri çıxarmaq istəyən qüvvələr var. Mən hesab edirəm ki, hansısa qüvvələr narazılıq yaratmaq istəyirlər, görülən işlərə kölgə salmaq istəyirlər".

O bildirib ki, Prezidentin sərəncamları, fərmanları var ki, məcburi köçkünlər məskunlaşdıqları yerdən çıxarıla bilməzlər. Millət vəkili qeyd edib ki, bu məsələlərə mütləq diqqət yetirmək lazımdır: "Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı kifayət qədər işlər görülüb. Vaxtilə Milli Məclisdə sərhədyanı bölgələrlə bağlı qanunun qəbulu məsələsi gündəmə gəlmişdi.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərin birinci mərhələsi başa çatıb. Əksər rayonlarda yerləri var. Ancaq regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının ikinci mərhələsində bu məsələlər elə icra olunur ki, sərhədyanı bölgələrə gec gedib çatır. Ona görə bu məsələlərə xüsusi diqqət etmək lazımdır".

 "Sovet dövründə dövlət tərəfindən evlərin verilməsi məsələsi var idi. Amma təbii ki, cəmiyyət, quruluş dəyişdiyi bazar iqtisadiyyatına keçdiyimiz üçün vəziyyət tamamilə dəyişib". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O bildirib ki, bütün bunlarla bərabər bu gün müxtəlif kateqoriyadan olan insanlara dövlətin çox böyük diqqəti var. Onun sözlərinə görə, belə insanlar, hər zaman olduğu kimi, bu gün dövlətin diqqət qayğısını görür.

"Bu, öz yerində bütün bunlara görə dövlətə minnətdarıq. Ancaq bu gün aztəminatlı ailələr, yeni ailə quranlar, gənc mütəxəssislər var ki, onların mənzil problemi günün əsas, vacib məsələləri kimi qarşımızda durur. Daim seçicilərlə keçirdiyimiz görüşlərdə iştirak edən 60 nəfərin yarısı ev problemi haqqında danışır. Amma gəlin etiraf edək ki, bununla bağlı proqram olmazsa, Nazirlər Kabineti buna büdcədən xüsusi vəsait ayırmazsa, bunu büdcədən həyata keçirmək mümkün deyil. Bu haqda Milli Məclis səviyyəsində söhbətlər gedir.

Düşünürük ki, Nazirlər Kabinetinin mart ayındakı hesabatında bu haqda məsələ qaldırılacaq. Biz istərdik ki, bunlar dövlət, hökumət tərəfindən büdcədən maliyyələşdirilsin, daha çox tələbat olan rayonlarda bu qəbildən olan insanlar üçün güzəştli şərtlərlə həyata keçirilsin".

Millət vəkili vurğulayıb ki, 2 il öncə Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov Nazirlər Kabinetinin Milli Məclisdəki hesabatında bununla bağlı məsələ irəli sürmüşdü. Sonrakı illərdə millət vəkilləri tərəfindən bu istiqamətdə fikirlərin səsləndirildiyini deyən J.Əliyeva qeyd edib ki, bu gün o fikirdəyik ki, uzunmüddətli ipoteka ya güzəştli şərtlərlə yeni ailə quranları, aztəminatlı ailələri evlə təmin etmək olar.

Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə edilən təcavüz nəticəsində öz dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımıza dövlət qayğısı, onların sosial müdafiəsinin möhkəmləndirilməsi həmişə önə çəkilib, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılıb, layihələr həyata keçirilib. Prezident İlham Əliyevin imzaladığı qaçqın məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çox uğurla icra edilir.

2003-cü ildə prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev söz vermişdi ki, növbəti 5 ildə Azərbaycanda bir dənə çadır şəhərciyi qalmayacaq. Bu məqsədə 4 il ərzində nail olundu. Artıq 3 ildən çoxdur ki, Azərbaycanda çadır şəhərciyi yoxdur.

Bu siyasət 2000-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən başlamış, ilk qəsəbə 2003-cü ildə Biləsuvar rayonunda salınmışdı. İndiyə qədər isə 100 minə yaxın insan yeni evlərə köçürülmüşdür bu proses davam edir.

Qaçqın məcburi köçkünlərlə bağlı beynəlxalq normalara tam uyğun hüquqi bazanın yaradılması, "Qaçqın məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi, davamlı olaraq onların sosial problemlərinin həlli ilə bağ bir sıra önəmli işlərin həyata keçirilməsi yağı düşmənin ölkəmizin ərazisinə təcavüzü nəticəsində doğma ev-eşiklərindən didərgin düşmüş, ağır həyat şəraitinə, çətin məhrumiyyətlərə düçar olmuş soydaşlarımıza göstərilən qayğının bariz nümunəsidir.

Dörd yüz min kvadratmetr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq bağçası, 2 xəstəxana, 16 tibb məntəqəsi tikilib. O cümlədən, 197 km uzunluğunda asfalt yol, 170 km su xətti, 350 km elektrikötürmə xətti, 133 km irriqasiya su kəməri s. sosial obyektlər istifadəyə verilib. Bununla da, 1330 qaçqın 5081 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırılıb ölkə ərazisində mövcud olan 12 çadır düşərgəsindən 5-i ləğv edilib.

Təqdirəlayiq haldır ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş bütün işləri bu gün Prezident İlham Əliyev davam etdirir. Belə ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, yenə dövlətin onun rəhbərinin diqqət mərkəzindədir. Son 7 il ərzində öz yurd-yuvalarından didərgin düşmüş insanların sosial probleminin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 Fərman Sərəncam imzalanıb, Nazirlər Kabineti isə onların icrası ilə əlaqədar 60-dan artıq qərar Sərəncam qəbul edilib.

 "Mən əminəm ki, biz bütün rayonları işğalçılardan azad edəndən sonra hər yerdə böyük quruculuq-abadlıq işləri gedəcək, bütün infrastruktur bərpa olunacaq, evlər, məktəblər tikiləcək"- deyən ölkə başçısının apardığı məqsədyönlü siyasət, tutduğu prinsipial mövqe nəticəsində, inanırıq ki, qaçqın məcburi köçkünlərimiz tez bir zamanda öz doğma yurd-yuvalarına dönəcəklər. Burada dövlətimiz tərəfindən onlara yaradılan yaxşı şərait , edilən yardımlar da, şübhəsiz ki, müvəqqəti xarakter daşıyır.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 24 fevral.- S. 4.