Xocalı XX əsrin ən qanlı faciəsidir
Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon
təşkilatında Xocalı soyqırımına aid
tədbir keçirildi
Dünən Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında
Xocalı soyqırımının
19-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. YAP Kürdəmir
rayon təşkilatının
həyata keçirdiyi
silsilə tədbirlərin
davamı olan həmin tədbirdə partiya fəalları, gənclər, ziyalılar,
ağsaqqallar, ictimai təşkilatların nümayəndələri
iştirak edib. İlk öncə tədbir iştirakçıları
torpaqlarımızın və
ərazi bütövlüyümüzün qorunması
uğrunda canlarından
keçmiş şəhidlərimizin,
Xocalı soyqırımı
qurbanlarının ruhunu
bir dəqiqəlik sükutla yad ediblər. YAP Kürdəmir
rayon təşkilatının
sədri Ağali Kərimli Xocalı soyqırımı haqqında
tədbir iştirakçılarına
məlumat verərək,
ermənilərin zaman-zaman
Azərbaycan xalqının
başına açdığı
müsibətlərdən, 19 il əvvəl ermənilərin Xocalıda
törətdikləri vəhşiliklərdən danışdı. O, 200 il
ərzində erməni
millətçi şovinistləri
tərəfindən davamlı
olaraq azərbaycanlıların
soyqırımı siyasətinə,
etnik təmizləmə
prinsiplərinə məruz
qaldığını, XX əsrin
sonunda baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına
deyil, insanlığa,
bəşəriyyətə qarşı yönəlmiş
ən ağır cinayətlərdən biri
olduğunu bildirdi. A.Kərimli siyasi
- hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş
bu faciə haqqında əsil həqiqətlərin bütün
dünyaya çatdırılması,
dünya dövlətləri
və beynəlxalq təşkilatlar tərəfindən
faciənin soyqırımı
kimi tanınması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən də bəhs etdi. Bu siyasətin uğuru nəticəsində
beynəlxalq miqyasda Xocalı soyqırımı
haqqında obyektiv fikrin formalaşdığını
qeyd edən təşkilat sədri işğal olunmuş ərazilərimizin düşməndən
azad olunacağı günün heç də uzaqda olmadığın bildirdi.
Tədbirdə, həmçinin, Xocalı soyqırımının
şahidi olmuş rayon Ağsaqqallar Şurasının sədr
müavini Vaqif Hacıyev, YAP-ın gənc üzvü Məhəmməd Heydərli,
rayon ziyalıları adından çıxış
edən Oktay Babayev Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciələrindən, bəşər
tarixində ən qanlı olaylardan biri olduğunu qeyd etdilər. Onlar Xocalı faciəsinin mövcud beynəlxalq hüquq normalarına görə birmənalı
şəkildə soyqırım
kimi qəbul edilməli olduğu halda, hələ də bu vəhşiliyin
BMT, ATƏT, Avropa Şurası,
Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar,
eləcə də dünyanın aparıcı
dövlətləri tərəfindən
lazımi qiymətin verilmədiyini diqqətə
çatdırdılar. Çıxışçılar,
eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan dövlətinin apardığı
haqq işinin qalib gələcəyini, beynəlxalq təşkilatların,
dünya dövlətlərinin
ermənilərin vəhşiliyinə siyasi qiymət verəcəyini,
erməni faşistlərinin
beynəlxalq məhkəmə
qarşısında cavab
verəcəyinə əmin
olduqlarını vurğuladılar.
Tapdıq Qurbanlı
Səs.- 2011.- 24 yanvar.- S. 12.