BDU-nun Mətbuat və İnformasiya şöbəsinin yeni saytının tədimatı
keçirilib
Dünən Bakı Dövlət Universitetinin
(BDU) Mətbuat və informasiya şöbəsinin
yeni saytının təqdimatı keçirilib.
SİA-nın xəbərinə görə, tədbirdə
BDU-nun rektoru Abel Məhərrəmov, Mətbuat Şurasının
sədri Əflatun Amaşov, televiziya və media qurumlarının
rəhbərləri, millət
vəkilləri və
digər ictimai-siyasi xadimlər iştirak ediblər. Tədbiri
giriş söz ilə açan universitetin rektoru Abel Məhərrəmov bildirib ki, 1875-ci ildə əsası qoyulan Azərbaycan mətbuatının çox
böyük bir tarixi var. Onun
sözlərinə görə,
ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə
senzura ləğv olunduqdan sonra mətbuat daha da inkişaf etdi: "Təbii ki, bu gün
bütün sahələrdə
olduğu mətbuatda da bəzi problemlər
var. Bu gün
reallıq ondan ibarətdir ki, milli ideologiya güclənməli, qlobal
cəmiyyətə necə
üzv olma məsələləri ortaya
qoyulmaldır. Bəzən
bir çox hallarda milli-mənəvi dəyərlərə xələl
gəlir. Biz çalışmalıyıq ki,
mətbuatımız milli-mənəvi
dəyərlər saxlanmaqla,
yeni bəşəri dəyərlərdən istifadə
etməklə müasir
cəmiyyətə uyğunlaşsın.
Tədbiri keçirməzdən
öncə Azərbaycan
mətbuatında BDU-nun
nə dərəcədə
işıqlandırıldığı ilə maraqlandıq. Bu zaman məlum
oldu ki, mətbuat Bakı Dövlət Universitetinin fəaliyyətinə hər
zaman böyük diqqət və maraq göstərir, daima universitetlə bağlı müxtəlif
məlumatlar dərc edir. Mətbuat tərəfindən göstərilən
bu diqqət və qayğını biz də qiymətləndirmək
qərarına gəldik.
Onların sayı
150-200-dən çox idi.
Ancaq biz onlardan ən
yaxşılarını, bizimlə mütəmadi olaraq
işləyən 50 nəfəri seçib
qiymətləndirəcəyik. Mükafatlandırılanlardan
8 nəfər "Univesitetin
dostu", digərləri
isə bizimlə daim işlədiyinə görə müxtəlif
mükafatlara layiq görülüb”. Tədbirin davamında
Mətbuat Şurasının
sədri Əflatun Amaşov, AZTV QSC-nin sədri Arif Alışanov, ANS Şirkətlər
Qrupunun prezidenti Vahid Mustafayev, AzərTAC-ın baş direktoru Aslan Aslanov, "Azərbaycan"
qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
"525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid və APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı "Universitetin
dostu" mükafatı
ilə təltif olunublar. Bundan sonra universitetin Mətbuat və İnformasiya şöbəsinin
müdiri Pərvanə
İbrahimova yeni sayt barədə ətraflı məlumat verib. O bildirib ki, www.press.bsu.edu.az saytında son 10-12 il ərzində Bakı Dövlət Universiteti haqqında kütləvi informasiya vasitələrində işıq
üzü görmüş
materialların məcmusudur.
Onun sözlərinə
görə, toplanmış
bütün materiallar
aidiyyətı başlıqlar
altında verilib.
Daha sonra BDU-nun
fəaliyyətini işıqlandıran jurnalistlərə
hədiyyələr, rektorun əmri ilə BDU-nun jurnalistika
fakültəsinin bir qrup əməkdaşına isə diplom
və pul mükafatları verilib. Tədbirin sonunda
Mətbuat Şurasının
sədri Əflatun Amaşov, AzərTAc-ın
baş direktoru Aslan Aslanov, "Azərbaycan" qəzetinin
baş redaktoru Bəxtiyar Sadıqov, ANS-in vitse-prezidenti Mirşahin Ağayev çıxış edərək
öz təbriklərini
və təşəkkürlərini
çatdırıblar. Onlar qeyd ediblər
ki, verilən bu mükafatlar universitetin fəaliyyətinə
qarşı məsuliyyəti
daha da artırır.
Çünki Bakı
Dövlət Universiteti
çox qədim və müqəddəs bir məkan, flaqman ali təhsil
ocağıdır. Universitet
ildən-ilə inkişaf
edir və o, artıq beynəlxalq
elm ocaqları arasında mühüm yer tutur. Qeyd
edək ki, mükafatlandırılan jurnalistlər
arasında "Səs"
İnformasiya Agentliyinin
əməkdaşı Könül
Kamilqızı da var.
Səs.- 2011.- 19 fevral.- S. 13.