Sahibkarlığın inkişafı əhalinin sosial vəziyyətini yaxşılaşdırır

 

Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "M-Line" Məhdud Məsuliyyətli Cəmiyyətinin mebel fabrikinin açılışında iştirak edib

 

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "M-Line" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mebel fabrikinin açılışında iştirak edib.

Fabrikin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev fabrikin rəmzi açılışını bildirən lenti kəsdi müəssisə ilə yaxından tanış oldu. Fabrikin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin iqtisadiyyatımızın dinamik inkişafı istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət güşələr yaradılmış videomaterialların göstərildiyi iki böyük ekran quraşdırılıb. Foyenin tavanında Azərbaycanın xüsusi zövqlə hazırlanmış xəritəsi quraşdırılıb.

Bildirildi ki, dövlətin güzəştli krediti şirkətin vəsaiti hesabına inşa olunmuş fabrikin tikintisi 2010-cu ilin yanvarında, avadanlığın quraşdırılması isə bu ilin yanvarında başa çatdırılıb. Fabrikin ümumi dəyəri 7,8 milyon manatdır ki, bunun 55 faizini güzəştli dövlət krediti təşkil edir. Fabrikdə hamısı yerli olmaqla 102 nəfər işləyir ki, yaxın gələcəkdə onların sayının 150-ə çatdırılması nəzərdə tutulub. İşçilərin fabrikə rahat gedib-gəlmələri üçün xüsusi nəqliyyat vasitəsi ayrılıb. Dövlətimizin başçısı müəssisənin əsas istehsal sahəsi olan mebel yığımı sexi ilə tanış oldu hazır mebel dəstlərinə baxdı. Məlumat verildi ki, müəssisədə mebel istehsalı dizaynı sahəsində ən son texnoloji yeniliklər tətbiq edilib. Fabrikdə müştərilərin zövqünə tam cavab verməklə istənilən növdən olan yüksək keyfiyyətli məişət, ofis, muzey, xəstəxana, mehmanxana, təhsil müəssisəsi digər inzibati binalar üçün istehsal edilən mebellər daxili xarici bazar üçün nəzərdə tutulub. Müştərilər mebelləri hazır model cərgəsindən ya fərdi sifariş əsasında seçə bilərlər. "M-Line" mebel fabrikində tətbiq olunan keyfiyyətə nəzarət sistemi mebel istehsalında istifadə edilən materialların hazır məhsulların davamlılığını uzunömürlülüyünü təmin edir.

Sonra Prezident İlham Əliyev fabrikin işə salınmasını bildirən düyməni basdı istehsal prosesi ilə tanış oldu.

Vurğulandı ki, fabrikdə təbii ağacdan, MDF-dən, laminə edilmiş MDF-dən, təbii süni şpondan boyalı laklı mebellərin istehsalı nəzərdə tutulub. Xammal Braziliya, Almaniya, Avstraliya, Kanada digər ölkələrdən gətiriləcək. Fabrikdə quraşdırılan Almaniya İtaliya istehsalı olan avadanlıq mebel istehsalında ən son texnologiyalara əsaslanır. İstehsal sahəsində iki anbar yaradılıb. Böyük anbar ümumi xammal üçün nəzərdə tutulub. Aksessuar anbarı isə avtomatlaşdırılıb. Burada bütün aksessuarlar kompyuter vasitəsilə kodlaşdırılıb. Mebellərin aksessuarları xaricdən gətirilir. Prezident İlham Əliyevə mebel fabrikinin perspektiv inkişaf planı barədə məlumat verildi. Vurğulandı ki, şirkət İSO 9001-2008 Beynəlxalq İdarəetmə Azərbaycan istehsal standartlarına malikdir. Müəssisədə işçilərin rahatlığı üçün hər cür şərait yaradılıb. Fabrikin 80 nəfərlik yeməkxanası tibb məntəqəsi vardır. Burada İtaliyanın "Galletti" firmasının istehsalı olan havalandırma tam avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri quraşdırılıb, 600 kubmetr həcmində yeraltı su anbarı tikilib. Ərazidə əsaslı abadlıq işləri aparılıb.

Taxta emalı sahəsi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, fabrikdə sifarişlərə uyğun olaraq əllə işlənmiş mebellər hazırlanacaq. Burada, həmçinin keyfiyyət nəzarət masası da yaradılıb. Mebellər bazara həm xarici, həm yerli adlarla çıxarılacaq. Fabrikdə boyama işləri xüsusi sahədə həm avtomatik, həm əl ilə aparılacaq. İlk dəfə olaraq, fabrikdə aylıq istehsal gücü 18-20 min kvadratmetr olan poliuretan üzlük materiallarının isteshal xətti quraşdırılıb. Prezident İlham Əliyev poliuretan sexində istehsal olunmuş məhsullara baxdı. Dövlətimizin başçısı fabrikdə yaradılmış şəraitdən istehal prosesindən razılığını bildirdi, tövsiyə tapşırıqlarını verdi.

 

 

Səs.- 2011.- 22 fevral.- S. 2.