Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində uğurlu
dövlət siyasəti
həyata keçirilir
“Hazırda əsas hədəfimiz Azərbaycanı
yaxın vaxtlarda inkişaf etmiş ölkələr
sırasına çıxarmaqdır”
- Musa müəllim, hazırda ölkəmizdə həyata
keçirilən sosial
siyasətin əhəmiyyəti
haqqında nə deyə bilərsiniz? Sosial siyasətin nəticələri cəmiyyətdə
necə qarşılanır?
- Azərbaycanda əsası
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
sosial siyasət bu gün ölkə
Prezidenti İlham Əliyevin rəhbərlik
etdiyi modern dövlət sisteminin, müasir dövrün tələblərinə uyğun
olaraq yeniləşdirilir
və inkişaf etdirilir. Sosial siyasətin mühüm
bir sahəsi olan əhalinin sosial müdafiəsi məsələsində, konret
olaraq pensiya, sığorta, əlillərin
sosial müdafiəsi,
aztəminatlı insanlara
ünvanlı yardım
verilməsi sahəsində
kifayət qədər
zəngin və möhkəm hüquqi baza yaradılıb. Bu yöndə islahatlar demək olar ki, başa çatdırılıb.
2006-cı ildə əmək
pensiyaları haqda, dövlət müavinətləri
haqda, daha sonra 2007-ci ildə ünvanlı sosial yardım haqda qanunların qəbul edilməsi ilə aztəminatlı insanların
sosial təminatının
hüquqi əsasları
formalaşdırıldı. Bütün bunlar nəticəsində
Azərbaycan uzun illər sovet sistemində tətbiq etdiyi pensiya ödənilməsində həmrəylik
prinsipindən imtina etdi və bazar
iqtisadiyyatına uyğun
olaraq pensiya ödənilməsinin sığorta
sisteminə keçdi.
Görülən bu işlərin hamısı
insanların maraqlarına
xidmət edir və təbii ki, belə olan
təqdirdə də həyata keçirilən
sosial siyasət cəmiyyət tərəfindən
dəstəklənir.
- Pensiyaların
sığorta hissəsi
ilə bağlı aparılan təkmilləşdirmə
işləri hansı
üstünlüklərə malikdir?
- Sığorta sisteminin inkişafı ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edilib. Bu isə
ölkəmizdə sığorta
sisteminin möhkəmlənməsi
istiqamətində mühüm
əhəmiyyətə malik
oldu. Bu sistemin üstünlüyü
ondan ibarətdir ki, hər bir
işçi artıq
işlədiyi müddət
ərzində öz pensiyasını təmin etmiş olur. Yəni, sovet sisteminin əksinə olaraq burada maaşın
həcmi mühüm rola malikdir. Bu baxımdan hər bir kəs
yüksək maaşlı
işdə işləməyə
üstünlük verəcək.
Bu, bir tərəfdən
işçinin öz
üzərində işləməsi,
peşəkarlığını artırması, daha yüksək karyera əldə etmək üçün çalışmasına
yol açır. Digər tərəfdən,
daha yüksək əmək haqqı üçün çalışan
insan öz sosial vəziyyətini də yaxşılaşdırır.
Bununla yanaşı, bu, bizim əmək
bazarında bir sıra neqativ halların da qarşısını almağa
kömək göstərir.
Neqativ hal dedikdə isə ən çox bir sıra sahibkarların
işçilərlə əmək
müqaviləsi bağlamaması
hallarını nəzərdə
tuturam. Bu isə həmin işçinin sonradan pensiya sığortasından
məhrum olmasına gətirib çıxarır.
Artıq əmək müqaviləsinin bağlanması
ilə əlaqədar
Əmək Məcəlləsinə
müvafiq əlavə
və dəyişikliklərin
edilməsi işçinin
daha çox hüquqi əsaslarla işləməyə marağını
artırır. Bu da işçiınin sosial müdafiəsinin gücləndirilməsinə yol
açdı.
- Dövlət
başçısının bu günlərdə imzaladığı "Əmək
pensiyalarının sığorta
hissəsinin indeksləşdirilməsi
haqqında" Sərəncam
da bu baxımdan
əhəmiyyətlidir...
- Qeyd etdiyim kimi
Azərbaycanda əhalinin
sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində
uğurlu dövlət
siyasəti həyata keçirilir. Bu baxımdan pensiya sistemində aparılan islahatlar da böyük əhəmiyyətə malikdir. Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində
pensiyaların artırılması
mexanizminin bazar iqtisadiyyatının tələblərinə
uyğun şəkildə
dəyişdirilməsi mövcud
maliyyə imkanlarının
bütün pensiyaçılar
arasında ədalətli,
şəffaf şəkildə
bölgüsünə imkan
verir. Dövlət Sosial Müdafiə
Fondunun açıqladığı
məlumatlarda da bildirilir ki, sığorta-pensiya sistemində
informasiya kommunikasiya texnologiyalarının uğurlu
tətbiqi nəticəsində
ölkə Prezidentinin
əmək pensiyalarının
istər baza hissəsinin artırılması,
istərsə də sığorta hissəsinin
indeksləşdirilməsi barədə
sərəncamlarının icrası avtomatlaşdırılmış
qaydada həyata keçirilməkdədir. Prezident İlham Əliyevin "Əmək pensiyalarının
sığorta hissəsinin
indeksləşdirilməsi haqqında"
sonuncu Sərəncamı
ilə 617 347 nəfərin
əmək pensiyasının
sığorta hissəsinə
indeksləşdirilmə tətbiq
olunacaq. Ümumilikdə isə artımlar fərqli olacaq, yəni kimin əmək pensiyasının
sığorta hissəsi
daha yüksəkdirsə,
onun pensiyasının
artımı da daha yuxarı olacaq.
- Pensiya sahəsində
aparılan siyasət Avropa Sosial Xartiyasının
tələblərinə nə
dərəcədə cavab
verir?
- Azərbaycanda
pensiyaların ilbəil
artırılmasının şahidi oluruq. Davamlı olaraq pensiyaların baza hissəsi artırılır
və artıq ötən il
bu rəqəm 85 manata çatdı. Azərbaycan Avropa Sosial Xartiyasına
qoşulub və bu xartiyanın tələblərindən biri
də orta aylıq pensiyanın orta məbləğinin ölkə üzrə orta aylıq əmək haqqının
40 faizi həcminə çatdırmaqdan ibarətdir.
Artıq
Azərbaycanda bu rəqəm 34 faizə gəlib çatıb.
Dövlət başçısının
bugünlərdə imzaladığı
sərəncamdan sonra
bu rəqəm bir az da artacaq. Düşünürəm ki, Azərbaycanın sosial-iqtisadi vəziyyəti
xartiyanın tələblərinə
uyğun olaraq pensiyanın orta aylıq əmək haqqının 40 faizinə
çatdırılmasına imkan verir. Bu da Azərbaycanda
həyat səviyyəsinin
yüksəldilməsi indekslərinin
göstəricisi sayıla
bilər. Digər tərəfdən,
pensiyalarla yanaşı
ardıcıl olaraq sosial müavinətlərin
də məbləği
artırılır. Yəqin ki,
biz pensiya indekslərinin
ardınca sosial müavinətlərin indekslərinin
də artırılmasının
şahidi olacayıq.
Digər sosial müdafiə istiqaməti
Azərbaycanda yeni olan və özünü
uğurla təsdiqləmiş
ünvanlı sosial yardımların verilməsidir.
Bu yardım o insanlara verilir
ki, onların aylıq gəliri 75 manatdan aşağı olsun. Qeyd edək
ki, ünvanlı sosial yardım da 75 manat həcmindədir.
Bizim hədəfimiz isə ondan ibarətdir ki, ünvanlı sosial yardım minimum əmək haqqı ilə bərabər olsun. Amma bu da cənab Prezidentin sosial müdafiənin gücləndirilməsi ilə
bağlı müvafiq
icra orqanlarının
qarşısına qoyduğu
son hədd deyil. Ölkə Prezidentinin qarşıya qoyduğu prioritet məsələ ölkəmizdə
yoxsulluğun tam şəkildə aradan qaldırılması ilə
bağlıdır. Cənab
Prezident bir neçə gün öncə bölgələrə
səfəri zamanı
insanlarla keçirdiyi
görüşdə bildirdi
ki, 2001-ci ildən indiyə kimi ölkəmizdə yoxsulluq
həddi 49 faizdən
9 faizə enib. Yəni, dünyada ikinci bir ölkə
yoxdur ki, 10 il ərzində bu qədər yoxsulluq fazinin aşağı düşməsinə
nail olsun. Cənab Prezident bildirdi ki, bizim
son məqsədimiz ölkəmizdə bir nəfər də olsun yoxsul adamın
qalmamasıdır. Onu
da deyim artıq uzun müddətdir ki, Azərbaycanda mütləq
yoxsul yoxdur. BMT-nin müəyyən etdiyi kriteriyaya görə, mütləq yoxsul gündəlik gəliri 2 dollardan aşağı olanlar sayılır. Azərbaycanda
bu gün 75 manat sosial yardım
verilməsi, ölkədə
mütləq yoxsulun olmamasını deməyə
əsas verir. Söhbət yalnız nisbi yoxsulluqdan gedə bilər ki, onu da
artıq tam aradan qaldırmaq üzrəyik. Bu istiqamətdə lazımi işlər görülür və
2003-cü ildən bu yana ölkəmizdə 900
min iş yeri açılıb ki, onun da
700 mindən çoxu
daimidir. Əmək haqları da artırılır və hazırda Azərbaycanda orta aylıq əmək haqqının
məbləği 350 manata
çatıb. Bu, çox böyük bir rəqəm və gösitəricidir. Azərbaycan hökuməti
üçün artıq
Avropa Birliyinə üzvlük məsələsi
hədəf kimi seçilə bilər. Bu, son illərdə
Azərbaycan Prezidentinin
rəhbərliyi altında
uğurlu sosial-iqtisadi
siyasi islahatların əyani bir nəticəsidir. Nəzərə
alsaq ki, Azərbaycanda infilyasiya həddi də bu sosial-iqtisadi artım fonunda o qədər yuxarı deyil və birrəqəmli həddədir, ölkəmizdə
əmək haqqının
artım tempi infilyasiya tempini iki dəfə üstələyir. Bu, bir daha Azərbaycanın
yüksək templə
inkişafını təsdiqləyir.
- Musa müəllim, bəs qarşıdakı hədəflər
nədən ibarətdir?
- Dövlət olaraq bizim başlıca hədəfimiz yaxın vaxtlarda Azərbaycanı artıq inkişaf etmiş ölkələr
sırasına çıxarmaqdır.
Bundan ötrü də bir sıra
vacib tədbirlər görülür. Son vaxtlar
Azərbaycan Prezidentinin
sahibkarlara daha geniş imkanlar yaradılması ilə bağlı, xüsusən
orta və kiçik sahibkarlığın
inkişafı ilə
bağlı verdiyi tapşırıqlar, eləcə
də, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunan iclasında irəli sürdüyü vəzifələrdən
irəli gələn
məsələlərin həlli
gələcək hədəflərin
əsas istiqamətləri
sayıla bilər.
Səs.- 2011.- 22 fevral.- S. 5.