Xalqın istək və arzularını, yekdil iradəsini əks etdirən partiya
YAP Yasamal rayon təşkilatının
yaranmasının 18 illiyi münasibətilə yubiley
mərasimi keçirildi
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan, Ulu Öndərin rəhbərliyi
ilə Azərbaycan xalqının milli maraqlarının, dövlətçilik
ənənələrinin qorunmasında mütəşəkkil
siyasi qüvvə kimi iştirak edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının
yaranmasından 18 il
ötür. Rayon təşkilatının sədri,
YAP Siyasi Şurasının
üzvü Fikrət İsmayılov çıxış
edərək, öncə
partiyanın yaranma tarixi ilə bağlı fikirlərini bildirdi.
YAP-ın yaradılmasının
o dövrün tələbi olduğunu deyən F.İsmayılov qeyd etdi ki, Ulu
Öndər Heydər
Əliyevin rəhbərliyi
ilə yeni siyasi qüvvənin formalaşması zərurətə
çevrilmişdi: "YAP qısa müddətdə
təşkilatlanaraq ölkənin
ən mütəşəkkil
siyasi qüvvəsinə
çevrildi. 1990-cı illərin
əvvəlində hakimiyyətdə
olanların səriştəsiz
siyasəti nəticəsində
Azərbaycan uçuruma
sürüklənirdi. Ölkəmizdə
iqtisadi-siyasi böhran
dərinləşirdi, xalqın
həyat səviyyəsi
pisləşirdi. Eyni zamanda, Ermənistan bir-birinin ardınca ərazilərimizi işğal
edirdi. Belə bir şəraitdə insanların sabaha inamları qalmamışdı.
Cəmiyyətdə belə
bir rəy formalaşmışdı ki,
Azərbaycanı yalnız
bu bəladan Ümummilli Lider Heydər Əliyev xilas edə bilər. Ona görə də, ölkəmizin nüfuzlu
91 ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət
etdilər".
F.İsmayılov onu
da vurğuladı ki, YAP-ın Azərbaycan, xalq üçün gördüyü
işlərin çəkisini,
sanbalını, nüfuzunu
dərk etmək üçün 1990-cı ilin
əvvəllərində ölkədə
baş verən hadisələri, siyasi oyunları, daxili və xarici çəkişmələr labirintində
çaşıb qalan
xalqa müstəqilliyin
sevincini bəxş edən Ulu Öndərin fədakarlığını xatırlatmaq
yerinə düşər.
İstər Moskvada, istərsə də, Bakıda ermənipərəst
və siyasi cəhətdən sabatsız, vəzifəpərəstlər
tərəfindən edilən
təzyiqlərə baxmayaraq, dəfələrlə
qeyd etdiyi kimi, bütün ömrünü xalqının
azadlığı və Azərbaycanın
qüdrətlənməsi naminə
sərf edən Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən
biri də YAP kimi qüdrətli bir partiyanı yaratması, onu istiqamətləndirməsi oldu.
O, çətin zamanlarda üzərinə
götürdüyü məsuliyyətin
ağırlığına baxmayaraq, daim xalqa güvənən Ulu Öndər insanların istəyinə
uyğun partiyanı yaratmaqla, Azərbycanın
gələcəyini, süverenliyini
düşünmüş, xalqın azad, firavan yaşayışının
təminatı üçün əlindən gələni əsirgəməmiş,
saf əqidəli, vətəninə sədaqətli
insanları ətrafına
toplamaqla bütün çətinliklərin öhdəsindən
ləyaqətlə gələ
bildi.
YAP-nın xalq tərəfindən daim dəstəkləndiyini
qeyd edən F.İsmayılov başçılıq
etdiyi Yasamal rayon təşkilatının
yaranma tarixindən də söz açdı. Bildirdi ki, 9 yanvar 1993-cü ildə Yasamal rayonunuda 17 nəfərdən
ibarət yaranan təşkilatın ilk təsis konfransı 20
fevralda keçirildi. Hazırda Yasamal rayon təşkilatının
25 mindən artıq üzvü, 152 yerli özək təşkilatı var.
Azərbaycanda son
illərdə
dinamik sürətlə
inkişaf edən quruculuq işlərinə,
regionların sosial- iqtisdi inkişafı dövlət proqramlarında
nəzərdə tutulan
islahatların, infrastruktur
layihələrin uğurla
nəticələnməsi, əhalinin məşğulluq
səviyyəsinin artırılması,
yoxsulluğun aşağı
salınması məsələlərinə toxunan
F.İsmayılov bildirdi
ki, Ulu Öndərin
siyasətinə sadiq qalan Yeni Azərbaycan
Partiyasının Sədri,
ölkə Prezidenti İlham Əliyev bütün sahələrdə
Heydər Əliyev ideyalarının həyata
keçirilməsinə çalışır.
YAP-a rəhbərliyə başladığı vaxtdan partiyadakı sağlam mühiti daha da saflaşdıran
cənab İlham Əliyev siyasi hazırlıqlı, cəmiyyətin
ictimai-siyasi həyatında
daha fəal iştirak edən partiya üzvlərinə arxalanır. Ölkədə
keçirilən prezident,
parlament, bələdiyyə
seçkilərində YAP-ın
mütləq qələbə qazanması
milyonların, seçicilərin
Prezident İlham Əliyevə, Onun başçılıq etdiyi partiyaya inamından irəli gəlir.
Çıxış edən
YAP İdarə Heyətinin
üzvü, BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirdi
ki, Azərbaycanın ağır günlərində
yaranmış YAP üzərinə
götürdüyü missiyanı
şərəflə yerinə
yetirdi. Onun sözlərinə görə,
Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib:
"Xoşbəxt o xalqdır ki, onun Ümummilli Lideri var. Çünki
lider xalqı daim irəli aparır. Azərbaycan xalqı da Ulu
Öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi
siyasət nəticəsində
inkişaf və tərəqqi yolundadır.
Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir".
A.Məhərrəmov ötən
18 il ərzində YAP
Yasamal rayon təşkilatının da
səmərəli fəaliyyət
göstərdiyini qeyd
etdi. O, vurğuladı
ki, rəhbərlik etdiyi BDU-da 18 min 500 tələbə,
4500 professor-müəllim heyəti
var. Onların 4 minə qədəri YAP üzvləridir. Azərbaycanın
təhsilinin inkişafına
da toxunan millət vəkili bu sahədə uğurların çox olduğunu söylədi.
A.Məhərrəmov dövlət
başçısının elm və təhsilin
inkişafı ilə
bağlı bir sıra sərəncamlar verdiyini xatırladıb.
YAP Siyasi
Şurasının üzvü
Xeyrəddin Qoca, Azərbaycan İctimai-Siyasi
Universitetinin rektoru Rasim Nəbiyev çıxış edərək,
Yasamal rayon təşkilatının YAP-ın
nümunəvi yerli strukturlarından biri olduğunu vurğulayıblar.
Çıxışlarda qeyd
olunub ki, hazırda cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib.
Tədbirdə, həmçinin,
YAP sıralarına yeni
qoşulmuş şəxsələrə
partiya vəsiqələri
təqdim edilib.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 22 fevral.- S. 6.