Xocalı soyqırımı XX əsrin soyqırımıdır

 

YAP Suraxanı rayon təşkilatında bu mövzuda tədbir keçirildi

 

Dünən Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının qərargahında "Xocalı soyqırımı XX əsrin soyqırımıdır" mövzusunda tədbir keçirildi. YAP Suraxanı rayon təşkilatı 208 saylı məktəb ilk partiya təşkilatı ilə birgə Xocalı soyqırımının 19-cu ildönümünə milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva,  Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri Sevinc Fətəliyeva Fərəc Quliyev iştirak edirdi.

Dövlət Himni səsləndikdən, torpaqlarımızın ərazi bütövlüyümüzün uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tarix boyu Azərbaycan xalqının başına gətirilən bəlalardan bəhs etdi. Bildirdi ki, Xocalı soyqırımı da Azərbaycan tarixinə ən dəhşətli faciəli səhifələrdən biri kimi daxil olub. V.Seyidov Azərbaycan xalqının 200 il ərzində erməni millətçi - şovnistlərinin davamlı olaraq soyqırım siyasətinə, etnik təmizləmə prinsiplərinə məruz qaldığını bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqı zaman-zaman öz tarixi torpaqlarından məhz erməni qəsbkarları tərəfindən qovulmuş qaçqın məcburi köçkünə çevrilmişdir. Təşkilat sədri azərbaycanlıların öz tarixi, etnik torpaqlarından ermənilər tərəfindən çıxarılması prosesinin hələ sovet dönəmində baş verdiyini diqqətə çatdırdı. O, 1948-1953-cü illərdə Ermənistandan 150 mindən artıq azərbaycanlının deportasiya olunduğunu, eyni zamanda, 1988-ci ildən başlayaraq, 250 mindən artıq soydaşımızın dədə-baba torpaqlarından məhz ermənilərin məkrli siyasəti nəticəsində köçürüldüyünü vurğuladı. V.Seyidov 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələrin məhz erməni iddialarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir arzunun nəticəsini Azərbaycanın kənd şəhərlərinin on minlərlə günahsız soydaşlarımızın ölümü ilə müşahidə olunduğunu söylədi. Amma bütün bunlara baxmayaraq, beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan Dağlıq Qarabağı özününküləşdirmək kimi yanlış bir niyyətindən əl çəkməyərək, bu yolda cinayət vəhşiliklərə hazır olduğunu nümayiş etdirir deyən təşkilat sədri XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının da bu aqressiv cinayətkar siyasətin nəticəsi olduğunu bildirdi. "XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, insanlığa bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Elə buna görə , Xocalı soyqırımı əsrin Xatın, Xirosimo kimi dəhşətli faciələri ilə bir sırada dayanır" deyən V.Seyidov ermənilərin soydaşlarımızın meyitləri üzərində belə təhqiredici hərəkətlərə yol verməsinin bizlərdə düşmən qarşı nifrət hissini daha da gücləndirdiyini vurğuladı.

Amma bütün bunlara baxmayaraq, bu gün Milli Ordumuzun döyüşkən oğulları, düşməndən ən an qisas almağa pozulmuş ərazi bütövlüyümüzü təmin etməyə qadirdir - deyən V.Seyidov torpaqlarımızın azad olunacağı günün çox da uzaqda olmadığını bildirdi.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun timsalında bu arzuların tezliklə gerçəkləşəcəyini söyləyən V.Seyidov onun qəhrəmanlığının dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Tədbir məktəblilər tərəfindən Xocalı soyqırımına, milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə daha yadda qalan oldu.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 22 fevral.- S. 6.