Azərbaycan Qafqazda ən güclü orduya malikdir

 

İlham Əliyev: "Azərbaycan Silahlı Qüvvələri regionda ən qüdrətli, ən peşəkar ən modern orduya çevrilib"

 

Azərbaycanın iqtisadi imkanları genişləndikcə ordu quruculuğu sahəsinə göstərilən diqqət qayğının əhatəsi genişlənir. Ermənistanla müharibə şəraitində yaşayan ölkəmiz üçün bu sahənin dövlət rəhbəri tərəfindən prioritet elan olunması taleyüklü problemlərin həllində, şübhəsiz, mühüm rol oynayacaq.

Ali Baş Komandan İlham Əliyev vurğulayıb ki, "Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduda bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi var. Hərbi hazırlıq yüksək səviyyədədir. Son illər ərzində çoxlu texnika silah-sursat alınıb. Bu proses davam edir bu, bizim təbii haqqımızdır".

Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, Silahlı Qüvvələrimizin bu yöndə əlaqələri genişlənir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Respublikası dünyanın 27 ölkəsi ilə hərbi əlaqələrin normativ hüquqi bazasını təşkil edən saziş memorandumlar, o cümlədən, 2009-cu ildə hərbi sahədə 4 əsas sənəd imzalanıb.

Silahlı Qüvvələrin inkişafı təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət göstəriciləri qeydə alınıb. Bütün bunlar, ilk növbədə, müvafiq tədris ilində birlik birləşmələrdə həyata keçirilən 70-dək komanda-qərargah təliminin uğurlu təşkili nəticəsində mümkün olub. Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələrinin cəlb olunduğu bu təlimlərdə müasir tələblərə cavab verən simulyator kompyuter şəbəkələrindən fəal istifadə olunması görülən işin effektini ikiqat artırıb.

Yeri gəlmişkən, keçirilən əməliyyat-taktiki təlimlərində dağ şəraitində döyüş texnikası silahlarının tətbiq edilməsinin üsul metodları, döyüş hazırlığı prosesində hücum əməliyyatının aparılması s. kimi vacib məsələlər dərindən analiz edilib, şəxsi heyətin bilik bacarığının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Ötən müddət ərzində bütün qoşun növlərində müasir dövrün tələblərinə cavab verən mühüm islahatlar həyata keçirilib. Təkcə onu demək kifayətdir ki, Hərbi-Dəniz Qüvvələrində müasir naviqasiya, rabitə, radar hidroakustik vasitələrin quraşdırılması işləri uğurla yerinə yetirilib.

Hazırda döyüş gəmilərinin mühərriklərinin yeniləri ilə əvəz olunması üçün geniş tədbirlər planı nəzərdə tutulub. Azərbaycan öz daxili resursları hesabına 200 tonluq patrul katerini inşa edib. Bundan başqa, hazırda dəniz sərhədlərimizdə üzən 21 gözətçi gəmi əsaslı təmir olunaraq yeni silah texniki vasitələrlə təchiz edilib.  Bu gün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti imkanları əvvəlki illərlə müqayisədə qat-qat artıb. Yeni silah sistemlərinin alınması quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir.

Hər bir dövlətin əsas təməllərindən biri onun güclü ordusunun olmasıdır. Böyük qürur hissi ilə, demək olar ki, Azərbaycanın yüksək döyüş qabiliyyətinə, nizam-intizama malik ordusu var. Dövlətimizin hökumətimizin diqqəti sayəsində Silahlı Qüvvələrimizin möhkəmləndirilməsindən əsas məqsəd işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, qaçqın məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqdır. Azərbaycan Ordusu artıq bunu reallaşdırmaq qüdrətinə sahibdir.

Beləliklə, Azərbaycan Qafqazda ən güclü orduya malik olmaqla, öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə, problemin sülh yolu ilə həlli daha optimal olduğundan, Azərbaycan bu imkanlarından, hələ ki, istifadə etmir. Lakin hər şeyin bir sonu var. Əgər sülh danışıqları səmərəsiz başa çatarsa, Azərbaycan Ordusunun qüdrətini bütün dünya görəcək.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 26 fevral.- S. 4.