Hərbi variant götür-qoy edilir
Aydın Mirzəzadə: "Müharibənin
başlayacağı təqdirdə, beynəlxalq
güclərin də Azərbaycanın tərəfində
olacağını gözləmək olar"
- Aydın müəllim, Dağlıq
Qarabağ münaqişəsinin
həlli istiqamətində
Ermənistanın qeyri-konstruktiv
mövqe sərgiləməsi
Azərbaycanı konkret
hərbi variant üzərində düşünməyə
vadar edə bilərmi?
- Belə problemin həlli istiqamətində
bütün variantlardan,
o cümlədən, hərb variantından istifadə olunur. Bu gün Dağlıq
Qarabağ münaqişəsinin
həll olunması üçün hər iki variant gündəlikdədir.
Yəni, istənilən
an o variantlar
işə düşə
bilər. Bununla belə, Ermənistan bütün hallarda Azərbaycanın təzyiqini
öz üzərində
hiss edir. Azərbaycan Ermənistanla
sərhədləri bağlayıb
və Ermənistanı
regiondakı bütün
layihələrdən kənarda
qoyub. Eyni zamanda, Azərbaycan Ermənistana 1 sm belə torpağını
güzəştə getmək
fikrində deyil. Bu baxımdan, Ermənistanın
qeyri-konstruktiv siyasəti
Dağlıq Qarabağ
münaqişəsinin həllini
uzatsa da, burada bunun daha
böyük zərbəsi
işğalçı Ermənistanın
üzərində durur.
İlk növbədə,
Ermənistan əhalisi
durmadan ölkəni tərk edir. İşğalçı ölkə
müəyyən müddətdən
sonra əhalisiz bir əraziyə çevriləcəkdir. İkinci
tərəfdən isə,
bu gün beynəlxalq təşkilatların
sənədlərində və
xarici ölkələrin
rəsmi dairələrində
Azərbaycanın mövqeyi
qəbul edilir. Bildiyiniz kimi, son vaxtlarda yeni
bir hal meydana
çıxıb ki, xarici dövlətlər öz vətəndaşlarına
tövsiyə edirlər
ki, Ermənistan tərəfindən işğal
olunmuş Azərbaycan
ərazilərinə səfər
etməsinlər. Yəni,
bunun özü göstərir ki, Azərbaycanın apardığı
siyasət dünya ölkələri tərəfindən
qəbul edilir.
- Sizcə, müharibə başlayarsa,
beynəlxalq güclərin
buna reaksiyası necə ola bilər?
- Əlbəttə ki, bütün bunların hamısı Azərbaycan tərəfindən götür-qoy
edilir. Sadəcə olaraq, hərbi
variant döyüşə
başlamaq əmri deyil. Əgər bu gün beynəlxalq
aləm Azərbaycanın
ərazi bütövlüyünü
tanıyırsa və
vətəndaşlarına oraya səfər etməməyi tövsiyə
edirsə, onda müharibənin başlayacağı
təqdirdə, beynəlxalq
güclərin də Azərbaycanın tərəfində olacağını
gözləmək olar.
- Ermənistanla
Rusiya arasında hərbi əməkdaşlığa
dair imzalanan müqavilə Azərbaycanın
apardığı müharibənin
sərhədlərinin Yerevana
qədər davam etməsinin qarşısını
ala bilərmi?
- Bizim Ermənistan torpaqlarında gözümüz
yoxdur. Sadəcə olaraq, tələbimiz Ermənistanın işğal
etdiyi Azərbaycan torpaqlarını azad etməsidir. Burada Rusiya ilə
Ermənistan arasında
bağlanan müqavilədə,
söhbət Ermənistan
ərazisinə təcavüz
olması faktından gedir. Əgər Azərbaycan işğalçı
ölkənin torpağına
təcavüz etməyəcəksə,
əlbəttə ki, həmin müqavilənin də işə düşməsi qeyri-mümkün
olacaqdır.
GÜLYANƏ
Səs.- 2011.- 26 fevral.- S. 5.