Ermənistanın böyük yalanları seriyası" Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi"

 

Bu kitablar Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Yaşar Əliyevin təşəbbüsü ilə tərcümə edilərək, Çin ictimaiyyətinə təqdim edilib

 

Son iki yüz il ərzində Ermənistanın  apardığı soyqırımı siyasəti nəticəsində azərbaycanlıların öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə deportasiya siyasətinə məruz qalmasına səbəb olub. İran Rusiya arasında Gülüstan (1813), Türkmənçay (1828), Rusiya Türkiyə arasında Andrianopol müqaviləsi imzalandıqdan sonra İran Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Torpaqları zəbt olunmuş azərbaycanlılar isə süni şəkildə qaçqın məcburi köçkün vəziyyətinə salınmışlar.

 Ermənilər azərbaycanlılara qarşı məkrli planlarını mərhələ-mərhələ həyata keçirmişlər. 1988-ci ildən başlayaraq isə ermənilər "Böyük Ermənistan" yaratmaq niyyətlərini Azərbaycan torpaqlarını işğal etməklə həyata keçirməyə səylər göstərmişlər. Xarici havadarlarına arxalanan, onlardan hərbi, siyasi dəstək əldə edən Ermənistan Dağlıq Qarabağı ona bitişik 7 rayonu işğal etdilər. 

Artıq 20 ilə yaxındır ki, Dağlıq Qarabağ problemi təkcə dövlətimizi xalqımızı deyil, beynəlxalq qurumları da ciddi narahat etməkdədir. Çünki bu məsələ həll olunmadan Qafqazda əmin-əmanlıq, sülh şəraiti yaratmaq mümkün deyil. Bu da məlumdur ki, son illərdə Qafqazda siyasi iqtisadi təsir dairəsi yaratmaq üçün Amerika, Avropa Rusiya arasında çox ciddi mübarizələr gedir. Amma Dağlıq Qarabağ probleminin həllini superdövlətlərin siyasi maraqlarına qurban vermək olmaz. Ümummilli Liderimiz Heydər Əliyev cənabları həmişə bu siyasi strategiyanı fəaliyyət proqramı kimi həyata keçirib mümkün qədər böyük dövlətlərin, beynəlxalq qurumların bu məsələdə dəstəyini qazanmaq üçün bütün mövcud imkanlardan istifadə edirdi. Onun siyasi varisi, dövlətçilik kursunun layiqli davamçısı İlham Əliyev bu yolla gedir, Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə çalışır.

Bu günlər Yohanes Rayın "Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi" Samiel A.Vilesin müəllifliyi ilə çap edilən "Ermənistanın böyük yalanları seriyasından" 1-ci cildi   kitabları da ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri vəhşilikdən bəhs edilib. Kitab Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Yaşar Əliyevin təşəbbüsü ilə tərcümə edilərək, Çin ictimaiyyətinə təqdim edilib. Hər iki kitabda Dağlıq Qarabağ ətraf yeddi rayonun Ermənistanın birbaşa hərbi müdaxiləsi, siyasi maliyyə dəstəyi nəticəsində işğal edildiyi qeyd olunmuşdur. Bu kitablarda "DQR"-in Ermənistandan xarici ölkələrdəki erməni diasporalarından asılı olduğu da vurğulanılır.  Həmçinin, hər iki kitabda qeyd olunur ki, özünü  müstəqil "dövlət" adlandıran Dağlıq Qarabağ rejimi  bu gün bütünlüklə Ermənistan Respublikasından asılıdır: "Belə olduğu təqdirdə, Dağlıq Qarabağın müstəqil dövlət kimi fəaliyyət göstərməsi haqda söhbət ola bilməz. Hər iki şərt Azərbaycana münaqişənin həllində yalnız ərazi bütövlüyü prinsipini əsas tutmağa əsas verir".

Adları çəkilən kitablarda ən dəyərli cəhətlərdən biri ondan ibarətdir ki, burada Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə mükəmməl məlumat verilir, münaqişənin səbəbləri, xarakteri barədə geniş bəhs olunur.

Ermənistanı monoetnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu bildirən müəlliflər 1988-1992-ci illərdə Ermənistanda minlərlə Azərbaycan toponiminin xəritələrdən silindiyi qeyd edilir. Tarixçi alimlərin, tədqiqatçıların faktlarına istinad edən hər iki kitabın müəllifləri 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq vəhşiliklə həyata keçirildiyini, 250 min azərbaycanlının öz ata-baba yurdlarından qovularaq, qaçqına çevrildiyini vurğulayırlar. Həmçinin, o da qeyd olunur ki,  hələ 1828-30-cu illərdə Rusiyanın köməyi ilə Azərbaycanın mərkəzi hissəsində- Dağlıq Qarabağda məskunlaşdırılan ermənilər dəfələrlə Dağlıq Qarabağı Azərbaycandan ayırmağa cəhd göstərmişlər. 1988-ci ildə öz havadarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini ortaya atmışlar. 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə . ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan Kəlbəcər) ərazisi işğal olunmuş, bir milyona yaxın insan qaçqın məcburi köçkün vəziyyətinə düşmüşdür: "O, dövrdə XX əsrin ən faciəli hadisələrindən olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən sovet qoşunlarının köməyi ilə bir gecədə darmadağın edildi, 613 nəfər dinc əhali vəhşicəsinə, qəddarlıqla qətlə yetirildi, 150 nəfər itkin düşdü. Bu qanlı faciədə 1000 nəfər dinc sakin müxtəlif dərəcədə şikəst oldu, 1275 nəfər qoca, qadın uşaqlar isə əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə həqarətə məruz qaldı. BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Lakin Ermənistan bu qərarların heç birinə əməl etmir".

Beləliklə, bütün bu tarixi faktlarla ərsəyə gələn bu kitablar, nəinki Çin ictimaiyyəti üçün, eləcə , Yaxın Şərq ölkələri üçün Azərbaycan həqiqətlərinin bir daha çatdırılması baxımından önəmli dəyərli əsər hesab oluna bilər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 26 fevral.- S. 6.