Xocalı soyqırımı əsrin faciəsidir"

 

YAP Ağcabədi rayon təşkilatı gənclər birliyi Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı tədbir keçirib

 

Dünən YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə "Xocalı soyqırımı-əsrin faciəsidir" mövzusunda faciənin 19-cu ildönümü münasibətilə anım tədbiri keçirdi. İlk öncə, tədbir iştirakçıları Azərbaycanın torpaqları uğrunda Xocalı faciəsi zamanı həlak olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra iştirakçılara YAP Ağcabədi rayon təşkilatının gənclər birliyi tərəfindən hazırlanmış "Qan yaddaşı " adlı təqvim təqdim olunub. Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov rayon gənclər idman idarəsinin sədr müavini Eldəniz Qəmbərov çıxış edərək, Xocalı soyqırımının Azərbaycan xalqı üçün ağır nəticələri haqqında danışıblar. Bildirdilər ki, əsrin faciəsi olan Xocalı soyqırımı çox əsrlik tariximizin qanlı səhifələrindən biridir. Bu hadisənin daha dərindən öyrənilərək, dünya ictimaiyyətinə gələcək nəsillərə çatdırılması bilavasitə biz gənclərin üzərinə düşür. Həmçinin, Xocalı faciəsinin başvermə səbəbləri, erməni cinayətkarları tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklər, faciəyə beynəlxalq hüquqi-siyasi qiymətin verilməməsi bu istiqamətdə dövlətimizin apardığı təbliğat kampaniyasından da geniş açıqlama veriblər. Tədbirdə rayon məktəblilər arasında keçirilən "Xocalı soyqırımı əsrin faciəsidir" mövzusunda inşa müsabiqəsinin yekun mərhələsi keçirilib. İki saat vaxt ərzində hər bir məktəbli öz uşaq dünyaları ilə soyqırımı dəhşətlərinə qələmlərindən çıxan yazı ilə üsyan edib, erməni vandalizminə yox deyiblər. İnşa müsabiqəsində fərqlənən məktəblilər YAP Ağcabədi rayon təşkilatının diplomu ilə təltif edilib.

 

 

R.HÜSEYNOVA

 

Səs.- 2011.- 26 fevral.- S. 7.