Xocalı soyqırımı
bəşəriyyətə və insanlığa qarşı yönəlmiş
ən qəddar cinayətdir
ADPU-da "Xocalı soyqırımını
unutma" adlı tədbir keçirildi
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Xocalı soyqırımının 19-cu ildönümü
ilə bağlı tədbir keçirildi. Xocalı faciəsi zamanı, eləcə də, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və
milli dövlətçiliyi
uğrunda şəhid
olmuş bütün soydaşlarımızın ruhu
bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov Prezident Administrasiyasının rəhbəri,
hörmətli akademik
Ramiz Mehdiyevin "Xocalı soyqırımının
on doqquzuncu ildönümünün keçirilməsinə
dair tədbirlər planı"nı təsdiq etdini vurğuladı. Y.Məmmədov məhz təsdiqlənmiş
tədbirlən planına
uyğun olaraq Xətai rayonunda və Naftalan şəhərində Xocalı
soyqırımı qurbanlarının
xatirəsinə ucaldılmış
abidələrin önünə
əklil qoyulması, Xocalıdan olan məcburi köçkünlərin
dünya dövlətlərinə,
xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, respublikamızın
xarici ölkələrdəki
səfirliklərində, nümayəndəliklərində
və diaspor təşkilatlarında bu
dəhşətli hadisə
ilə bağlı mətbuat konfranslarının,
anım mərasimlərinin
və s. tədbirlərin keçirilməsi,
eləcə də, xarici KİV və teleradio kanallarında Xocalı soyqırımına həsr
olunmuş materialların
hazırlanması və
yayılması nəzərdə
tutulduğunu bildirdi. Professor Y.Məmmədov Xocalı soyqırımının Azərbaycan
xalqına qarşı
ermənilər tərəfindən
törədilmiş birinci
qətliam olmadığını
vurğuladı. Tədbirdə
çıxış edən
"Xocalı Soyqırımını
Tanıtma" İctimai
Birliyinin üzvü Allahyar Xocalı Azərbaycan xalqının
başına son əsrdə gətirilən bəlalardan,
bədnam qonşularımız
olan ermənilər tərəfindən həyata
keçirilən soyqırımı
siyasətindən bəhs
etdi. Bildirdi ki, xalqımız bu qədər müsibətlər və
acılar yaşamasına
baxmayaraq özünün
milli kimliyini həmişə qoruyub saxlayıb və düşmənə qarşı
düşmən hissi
ilə yaşayıb.
Xocalı soyqırımının
19-cu ildönümünə həsr olunmuş tədbirin digər çıxışçıları xalqımıza qarşı
ermənilər tərəfindən
həyata keçirilmiş
soyqırımı siyasətindən
bəhs ediblər. Tədbirdə ADPU-nun tələbələrinin Xocalı
soyqırımına həsr
etdikləri bədii kompozisiya nümayiş olunub.
Tapdıq Qurbanlı
Səs.- 2011.- 26 fevral.- S. 7.