Xocalı soyqırımı
bəşəriyyətə qarşı törədilmiş
cinayətdir
Gəncə Şəhər İcra Hakimiyyəti
və YAP Gəncə şəhər təşkilatı
soyqırımın 19-cu ildönümü ilə
əlaqədar silsilə tədbirlər keçirib
Gəncə Şəhər
İcra Hakimiyyəti
YAP Gəncə şəhər
təşkilatı ilə
birgə, ənənəvi
olaraq, Xocalı soyqırımının 19-cu ildönümü
ilə əlaqədar
silsilə anım tədbirlərinin həyata
keçirilməsi davam
etdirilir. Bu tədbirlər sırasında
Heydər Əliyev Universitetində seminarlar, dəyirmi masalar, əbədi-bədii kompozisiyalar
geniş yer tutur. "Xocalı soyqırımı bütün
bəşəriyyətə qarşı törədilmiş
tarixi bir cinayətdir" mövzusunda
reallaşan belə tədbirlərdən biri də dünən YAP Gəncə şəhər
təşkilatının qərargahında
keçirildi. Tədbirdə
şəhər təşkilatının
idarə heyəti və şura üzvləri, ziyalılar,
ictimaiyyət nümayəndələri
və gənc fəallar iştirak etmişlər. Tədbirdən
əvvəl şəhər
23 saylı orta məktəb şagirdlərinin
hazırladığı "Qanlı örpək" adlı ədəbi-bədii
kompozisiyası nümayiş
olunmuşdur. Sonra tədbirin rəsmi hissəsi başlamışdır.
Tədbiri şəhər təşkilatının
sədri, professor İsrafil İsmayılov açmış və Xocalı qurbanlarının,
eləcə də, Vətənimizin müstəqilliyi
uğrunda şəhid
olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. İ.İsrafilov
sözünə davam
edərək bildirmişdir
ki, Xocalı faciəsinin beynəlxalq cinayət kimi qiymətləndirilməsi
üçün hüquqi
əsaslar və sənədlər vardır.
Bunlar BMT Baş
Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə
qəbul edilmiş soyqırımı cinayətinin
qarşısının alınması və
cəzalandırılması Konvensiyası, Nürenberq
Hərbi Tribunalının, Yuqoslaviya Beynəlxalq Cinayət
Tribunalının, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsi və Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycanlıların soyqırımı
haqqında" 26 mart 1998-ci il tarixli Fərmanından
ibarətdir:"Beynəlxalq hüquqa görə,
soyqırımı sülh və bəşəriyyət
əleyhinə yönələn əməldir və ən
ağır beynəlxalq cinayət sayılır. Bu işğalçı ölkənin terrorçuluq
siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü
qarşısında baş
verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in prinsiplərinə
görə, dövlətin
sərhədlərinin toxunulmazlığına
hörmət edilməlidir.
Ərazi bütövlüyünün
və suverenliyin pozulması yolverilməzdir.
BMT Təhlükəsizlik Şurası Azərbaycanın
işğal olunan torpaqlarının qeyd-şərtsiz
azad olunması haqqında qəbul etdiyi 1993-cü il 822, 853,
874 və 884 nömrəli
qərarları ilə
Ernənistanı təcavüzkarlığa
məhkum edib, Azərbaycan torpaqlarından
dərhal çıxmasını
tələb etsə də, bu qərarların həyata keçməsi üçün
ciddi tədbir görülməmişdir". Daha sonra xatırladıldı
ki, "Xocalıya ədalət" kampaniyasına
2009-cu ilin fevralında
start verilib və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün
iştirakı ilə
davam etdirilməkdədir.
Xocalı
soyqırımının adı İsveçdə
yaradılmış və virtual aləmdə geniş
vüsət almış mükəmməl "Beynəlxalq
müharibə qurbanları memorialı" arxiv
layihəsinə daxil edilib və Xocalı
soyqırımının adı Srebrenitsa, Xolokost kimi başqa
yerlərdə törədilmiş soyqırımları
və qətliamlarla bir sırada çəkilir. Xocalı faciəsini beynəlxalq aləmdə tanıtmaq istiqamətində
Yeni Azərbaycan Partiyası da ötən illər ərzində genişmiqyaslı
fəaliyyət göstərmişdir.
Partiya ATƏT, AŞ, BMT kimi
beynəlxalq qurumlara ünvanladığı müraciət,
məktub və sənədlərdə Xocalı
faciəsinə birmənalı
yanaşmamağı və
hadisəyə "soyqırımı"
adı verilməsini tələb etmiş, dünya ölkələrini
faciəyə münasibət
bildirməyə çağırmışdır.
Tədbirin sonunda tədbir iştirakçıları
tərəfindən beynəlxalq
ictimai təşkilatlara
müraciət qəbul
olundu.
RÖVŞƏN RƏSULOV
Səs.- 2011.- 26 fevral.- S. 8.