Xocalı soyqırımının 19-cu ildönümü Qazaxda da anılıb

 

Dünən Qazax rayon icra hakimiyyətində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Xocalı soyqırımının on doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı"na uyğun olaraq ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının Qazax rayon təşkilatının sədri Həmid Pənahov, rayonun gənclər mədəniyyət idarələrinin nümayəndələri iştirak edib. İlk öncə, tədbir iştirakçıları Xocalı faciəsi zamanı, eləcə , Azərbaycanın suverenliyi, ərazi bütövlüyü milli dövlətçiliyi uğrunda şəhid olmuş bütün soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Qazax rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynov tədbirdə çıxış edərək, xalqımızın başına gətirilən müsibətlər sırasında Xocalı soyqırımının xüsusi amansızlığı qəddarlığı ilə seçildiyini bildirdi. Qeyd etdi ki, Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla yanaşı, həm , Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin əyani təzahürüdür. R.Hüseynov Xocalı soyqırımının bəşəriyyətə insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biri olduğunu, bu faciənin beynəlxalq hüququn norma prinsiplərinə məhəl qoyulmadan həyata keçirilmiş bir vəhşilik aktı olduğunu bildirdi. Tədbirdə Qazax RİH-nin başçısının müavini Gülayə Həsənova geniş məruzə ilə çıxış edərək, Xocalı qətliamının Azərbaycan xalqının mübarizə əzmini qırmaq istəyi ilə həyata keçirilmiş bir cinayət əməli olduğunu vurğuladı. Qeyd etdi ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı əməli tədbirlər məhz xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərimiz Heydər Əliyevin sayəsində mümkün olub. Rayon ziyalıları, gənclər ağsaqallar adından çıxış edənlər , Xocalıda Azərbaycan xalqına, dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırımı siyasətinin erməni xislətinin tərkib hissəsi olduğunu qeyd etdilər.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 26 fevral.- S. 8.