Azərbaycan Dillər Universitetinin
mətbuat xidməti 2
yaşını qeyd etdi
Dünən Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə
əlaqələr və
mətbuat xidmətinin
2 illiyi ilə bağlı tədbir keçirilib. SİA-nın
xəbərinə görə,
tədbirdə millət
vəkilləri, kütləvi
informasiya vasitələrinin
rəhbərləri də
iştirak edib. Tədbirdə çıxış
edən Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov mətbuatın ictimaiyyətdə
roluna toxunub. O, qeyd edib ki,
iki il
ərzində ADU-nun mətbuat
xidməti artıq tanınır və
KİV-lə səmərəli
əməkdaşlıq edir:
"Bu gün Azərbaycan
Dillər Universitetinin
mətbuat xidməti daim olaraq ictimaiyyət
üçün açıqdır.
Mətbuat həyati məna
kəsb etdiyi üçün universitetlərin
də ictimaiyyətlə
əlaqədar şöbəsi
KİV-siz yaşaya bilməz. Biz də bunu özümüzə
prioritet seçmişik.
Biz düz yoldayıq
və işimizi düzgün təşkil
etmişik. Eyni zamanda
mübaliğəsiz bildirmək
istərdim ki, ali təhsil ocaqları içərisində
ADU-nun mətbuat xidməti
öndə gedir".
Daha sonra ADU-nun İctimaiyyətlə əlaqələr
və mətbuat xidmətinin rəhbəri
Zeynəb Kazımova iki il ərzində xidmət tərəfindən görülən
işlər barəsində
geniş məlumat verib. Eyni zamanda Azərbaycan
Dillər Universitetinin
rektoru, millət vəkili Səməd Seyidov Azərbaycan Yazıçılar Birliyinə
üzv qəbul olunub.
Yazıçılar Birliyinin katibi Rəşad Məcid S.Seyidova üzvlük vəsiqəsini təqdim edib. Tədbirin sonunda isə
Azərbaycan Dillər
Universitetinin (ADU) İctimaiyyətlə
əlaqələr və
mətbuat xidməti ilə fəal əməkdaşlıq edən
KİV nümayəndələrinə mükafatların təqdim
edilməsi mərasimi
keçirilib. Həmçinin
təqdimetmə mərasimində
mükafat alan KİV-lərin içərisində
ADU-nun fəaliyyətinin, həyata
keçirilən islahatların
mütəmadi olaraq işıqlandırılmasına və universitetlə davamlı əməkdaşlığa
görə "ADU-nun fəaliyyətini
ən yaxşı işıqlandıran İnformasiya
agentliyi" nominasiyası
üzrə “Səs” İnformasiya Agentliyi,
"ADU-nun fəaliyyətini ən yaxşı işıqlandıran İnformasiya
agentliyi müxbiri"
nominasiyası üzrə
isə “Səs” İnformasiya Agentliyinin əməkdaşı Könül
Cəfərova təltif
edilib.
Səs.- 2011.- 22 fevral.- S. 10.