Xocalı soyqırımına həsr olunmuş müsabiqə keçirilib

 

"Ana fəryadı" əsəri Sankt-Peterburqda keçirilən müsabiqədə birinci yerə layiq görülüb

 

Samir Hüseynov 1981-ci ildə Xocalı şəhərində anadan olub. Fevral ayının 25-dən-26-na keçən gecə ailəsi ilə birlikdə məcburiyyət qarşısında öz doğma vətənini Xocalını tərk etmişdir. 11 yaşında olan bu oğlanın qoxusunu doyunca ala bilmədiyi atasını - Hüseynov Bakiri itirəcəyi heç ağlından belə keçməzdi. Bu itki Samir üçün çox ağır olmuşdur. Ona hər zaman dayaq olan atasına ermənilər ona çox gördü. Atasızlıq onu qədər üzsə düşmənlərə olan nifrət, intiqam hissi onu ayaqda dik tutdu. Ermənilərin törətdikləri faciəli hadisədən sonra Ağdama babasıgilə gəlib 1 il burda məktəbdə oxuduqdan sonra 1993-cü ildə ermənilər Ağdamı da işğal etdilər.

Çarəsiz qalan Samir anası və bacısı ilə Bakı şəhərinə üz tutdular. DCK 2 pansiyanatında özlərinə sığınacaq tapdılar. İnternat məktəbində oxuduqdan sonra əmisi - milli qəhrəman adı almış Tofiq Hüseynovun adını daşıyan 2 saylı Xocalı məktəbi açılaraq Samirin dünyaya baxışına bilavasitə kömək olur. S.Hüseynov təhsilini burda bitirdikdən sonra Neft Energetika Kollecinə daxil olur. Vətəninə, dostlarına, ailəsinə bağlı olan bir insan kimi yaşadığı bu həyatda 5 barmağı ilə sarıldığı fırçası ona çox əziz idi. Samir bununla da kifayətlənməyərək, Rəssamlıq Akademiyasında dünyagörüşünü artırır. O vaxtdan etibarən dostları ona "Rəssam Samir" deyə müraciət edirlər. Neçə illər keçməsinə baxmayaraq, o dəhşətli faciə rəssamın yaddaşından silinmirdi. S.Hüseynov "Ana fəryadı" adlı bir əsər işlədi. Elə bir əsər ki, ona baxan hər bir insan gözləri erməni millətinə nifrət edirdi. Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq müsabiqədə 5 ölkə dəvətli idi. Ölkələrdən Ermənistan, Gürcüstan, Ukrayna, Rusiya Azərbaycan iştirak edirdi. Həmin beynəlxalq müsabiqədə Xocalının adını daşıyan Samir Hüseynovun yaratdığı "Ana fəryadı" əsəri 1-ci yerə layiq görülüb.

 

 

ZÜMRÜD

 

Səs.- 2011.- 22 fevral.- S. 11.