“Heydər Əliyev müasir Azərbaycan
dövlətinin qurucusudur"
Bu mövzuda Yeni Azərbaycan Partiyası Xaçmaz rayon
təşkilatının və rayon təhsil şöbəsinin
ümumtəhsil məktəbləri arasında
keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri
mükafatlandırılıb
Dünən Yeni Azərbaycan
Partiyası Xaçmaz rayon təşkilatı Xaçmaz rayon
təhsil şöbəsi ilə birgə ümumtəhsil məktəbləri
arasında "Heydər Əliyev müasir Azərbaycan
dövlətinin qurucusudur" mövzusunda keçirilmiş
inşa yazı müsabiqəsinin yekun mərhələsi
keçirilmişdir.
Tədbiri giriş
sözü ilə YAP Xaçmaz rayon təşkilatının
sədri Nazim Ağayev açaraq, Ulu Öndər Heydər Əliyevin
Azərbaycan dövlətinin dünəni və bugünü
üçün həyata keçirdiyi daxili və xarici siyasətdən,
apardığı islahatlardan, təhsilə, mədəniyyətə,
səhiyyəyə və digər sosial sahələrə
qayğısından danışmışdır.
Tədbirdə Xaçmaz
rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova,
valideynlər adından Ramazan Mədinov, İ.Qayıbov
adına Xaçmaz şəhər 3 №-li məktəbin
direktoru İslam Zahirov, Xaçmaz rayon təhsil şöbəsi
YAP ilk təşkilatının sədri Məhərrəm
Abasov müsabiqədə birinci yeri tutmuş Akademik Zərifə
Əliyeva adına 8 №-li məktəb liseyin XI sinif şagirdi
Aslanova Günay Arif qızı, III yeri tutmuş
İ.Qayıbov adına 3 №-li məktəbin IX sinif şagirdi
Allahverdiyeva Ayla Elxan qızı çıxış edərək,
YAP Xaçmaz rayon təşkilatının həyata
keçirdiyi bu layihəni alqışlayaraq, öz minnətdarlıq
və təşəkkürlərini bildirməklə rayon gəncləri
arasında Heydər Əliyev irsinin öyrənilməsi
üçün mühüm əhəmiyyət kəsb etdiklərini
söylədilər.
Sonda isə inşa yazı
müsabiqəsinin qalibləri mükafatlandırıldı.
Beləliklə, akademik Zərifə Əliyeva adına
Xaçmaz şəhər 8 №-li məktəb liseyin X1 sinif
şagirdi Aslanova Günay Arif qızı 1-ci yer - 300 manat və
diplom, A.Məmmədov adına Qusarçay kənd tam orta məktəbin
XI sinif şagirdi Məmmədsalahova Şahanə Dostəhməd
qızı 2-ci yer və diplom, İsmət Qayıbov adına
Xaçmaz şəhər 3 №-li tam orta məktəbin IX sinif
şagirdi Allahverdiyeva Ayla Elxan qızı 3-cü yer - 100
manata və diploma layiq
görülmüşlər. Eyni zamanda, müsabiqədə fəal
iştirak etdiklərinə görə, M.Məmmədov
adına Xaçmaz şəhər 4 №-li tam orta məktəbin
IX sinif şagirdi İsmayılova Fəridə Akif
qızı, Müqtədir qəsəbə tam orta məktəbin
IX sinif şagirdi Əhmədova Nərminə Oruc qızı,
C.Cabbarlı adına Xaçmaz şəhər 6 №-li tam orta məktəbin
XI sinif şagirdi Xıdırova Günay Elçin
qızı, N.Nərimanov adına Xudat şəhər 2 №-li
tam orta məktəbin IX sinif şagirdi Novruzova Kafiyə Minhac
qızı, K.Məhərrəmov adına Xudat şəhər
3 №-li tam orta məktəbin IX sinif şagirdi Niftəliyev Azad
İmran oğlu, Qaraçı kənd ümumi orta məktəbin
IX sinif şagirdi Ruhullayeva Mətanət Namiq qızı,
R.İsrafilov adına Qobuqıraq kənd ümumi orta məktəbin
IX sinif şagirdi Mustafayeva Tamilla Faiq qızı, Ə.Fətəliyev
adına Bayoba kənd ümumi orta məktəbin IX sinif
şagirdi Məmmədrzayeva İntizar Təbriz qızı,
M.Qasımov adına Mehrəli qışlaq ümumi orta məktəbin
IX sinif şagirdi Vəliyev İsrafil Fariz oğlu, Müqtədir
qəsəbə tam orta məktəbin VIII sinif şagirdi
Şıxəliyeva Tünzalə Güləhməd
qızı, E.Məmmədov adına Bostançı kənd
tam orta məktəbin X sinif şagirdi Quliyeva Mehri Mehrəli
qızı qiymətli hədiyyə və diplomla təltif
olunublar.
R.KAMALQIZI
Səs.- 2011.- 25 fevral.- S. 10.