“Xocalı soyqırımı: beynəlxalq
hüququn məsuliyyəti
kimi" mövzusunda tədbir keçirilib
Dünən Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası
(YAP) Nəsimi rayon təşkilatının və
qurumun Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümü
ilə bağlı
"Xocalı soyqırımı:
beynəlxalq hüququn
məsuliyyəti kimi"
adlı tədbir keçirilib. Milli Məclisin
deputatı, partiyanın
rayon təşkilatının
sədri Məlahət
İbrahimqızı Ermənistanın
törətdiyi Xocalı
soyqırımının təkcə
Azərbaycan xalqına
deyil, bəşəriyyətə
qarşı ən dəhşətli cinayət
olduğunu vurğulamışdır.
M.İbrahimqızı bildirmişdir ki, "Soyqırımı cinayətinin
qarşısının alınması
və cəzalandırılması
haqqında" Konvensiyanın
müddəalarına əsasən
bu sənədə qoşulan dövlətlər
sülh, yaxud müharibə dövründə
törədilməsindən asılı olmayaraq, soyqırımının beynəlxalq
hüquq normalarını
pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması
və səbəbkarlarının
cəzalandırılması üçün tədbirlər
görməyi öhdələrinə
götürmüşlər. Ermənistanın Xocalının
dinc sakinlərinə qarşı törətdiyi
cinayət bu konvensiyada təsbit olunmuş soyqırımı
cinayətini təşkil
edən bütün əməlləri özündə
əks etdirir.
Lakin
təəssüflər olsun ki, beynəlxalq birlik
tərəfindən Xocalı soyqırımına hələ
də siyasi-hüquqi qiymət verilməmişdir. Deputat Flora Qasımova da çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə erməni silahlı birləşmələrinin
keçmiş Sovet ordusunun 366-cı motoatıcı
alayının əsgərləri
ilə birgə Dağlıq Qarabağın
Xocalı şəhərini
büsbütün məhv
edərək insanlığa
silinməz ləkə olan
əsl soyqırımı
aktı törətdiklərini,
cəmi bir neçə saat ərzində 613 nəfər
dinc azərbaycanlının
qəddarcasına öldürüldüyünü,
487 nəfərə ağır
xəsarət yetirildiyini,
1275 sakinin isə girov götürülərək
ağlasığmaz zülmə,
təhqirlərə və
həqarətə məruz
qoyduqlarını qeyd
etmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev
də beynəlxalq qurumların bu faciəni soyqırımı
kimi tanımasının
vacibliyini vurğulamışdır.
Bildirilmişdir ki, dünyanın müxtəlif
ölkələrində fəaliyyət
göstərən Azərbaycan
diaspor təşkilatları
və xaricdə yaşayan azərbaycanlılar
bu istiqamətdə geniş tədbirlər həyata keçirirlər.
Tədbirdə türk
yazıçı-rəssam Handan Kayakökünün
"Soyqırım çocukları"
klipi də təqdim olunmuşdur.
Səs.- 2011.- 25 fevral.- S. 10.