Xocalı soyqırımı
bəşəriyyət əleyhinə cinayətdir
Erməni-daşnak millətçiləri və
onların havadarları, az qala, bir əsrə yaxındır
ki, hər il uydurma "erməni genosidi" gününün
bütün dünyada qeyd olunması üçün
dəridən-qabıqdan çıxır, öz
yalanlarını bəşəriyyətə
sırımağa çalışırlar. Bu
yaxınlarda ABŞ-da Amerika yazıçısı Samuel
Viimsin "Ermənistan: terrorçu xristian dövlətinin
sirləri" kitabı işıq üzü
görmüşdür. Uzun illər Londonda, Parisdə, Romada,
İstanbulda, Moskvada və Vaşinqtonda aparılan
tədqiqatların nəticəsi olan, faktlara və
sənədlərə istinadən ərsəyə
gələn bu kitab 400
səhifədən ibarətdir. Müəllif
kitabında qeyd edir ki, mən erməni mənşəli
amerikalıların 150 yaşlı "qədim"
vətənlərini mükafatlandırmaq üçün
türklərdən, eləcə də, Amerika
xristianlarından böyük məbləğdə pul
vəsaiti qoparmaq məqsədilə soyqırımı və
qətllərlə bağlı uydurma və yalanlar
yaydığını subut edən faktlar aşkar
etmişəm.
Dinar xristian
olan Samuel Viims kitabında yazır ki, 1918-ci ildə kiçik
bir ərazidə erməni dövlətinin yarandığı
vaxtdan o, qonşuları Gürcüstana, Osmanlı imperiyasına
və Azərbaycana qarşı torpaq iddiaları irəli
sürməyə başlamışdır. Kitabda eləcə
də tanınmış tarixçi alim Oqust Karyerin fikri
verilir. O, ermənilərin yalnız Nuh
peyğəmbərin gəmisinin qalıqlarının Ararat
dağında tapıldığına görə guya
ermənilər Nuh peyğəmbərin nəslindən olan
Haykın törəmələri, Şərqi Anadolunun isə
başdan-başa erməni torpaqları olması barədə
iddialarını rədd edir. Beləliklə,
ermənilərin mənşəyi barədə məlumatlar
uydurmalara, daha dəqiq desək, ağ yalana əsaslanır.
Amerika alimi kitabında Qarabağ problemi ilə
bağlı qeyd edir ki, 1800-cü ildə Qafqaz regionunda
çox az sayda erməni tapmaq olardı. Rusiya
mənbələrinə istinad edilərsə, Qafqaz
bölgəsinin Rusiyaya birləşdirildiyi dövrdə
Qarabağda 90 min nəfər yaşayırdı. Orada
böyük şəhər və 600 kənd var idi.
Onların 150-də ermənilər yaşayırdılar. Ancaq dağlılar zorla
köçürüldükdən sonra ermənilər burada
üstünlük təşkil etdi. 1907-1912-ci illərdə
Rusiya çarizmi yarım milyondan çox ermənini
İrandan və Osmanlı dövlətindən, əsasən
müsəlman azərbaycanlılarının
yaşadığı Qars, İrəvan və Yelizavetpola
(Gəncə) köçməsinə kömək etdi.
Başqa sözlə, geosiyasi mənafelər naminə Qafqazda
demokratik dəiyşikliklər edildi. XX əsrin
əvvəllərində Qarabağdan çıxan bircə
yol var idi. O da, Bakıya
gedirdi. Ermənistana isə heç bir yol yox
idi. Təkcə bu fakt çox
şeydən xəbər verirdi. Bəlkə,
elə buna görə hətta bolşeviklər də etiraf
etmişdilər ki, Qarabağ həmişə Azərbaycan
torpağı olmuşdur.
1918-ci il
mayın 28-də yaradılmış Azərbaycan Xalq
Cümhuriyyətinin ilk addımlarından biri
İrəvanın, (
Hazırda
"soyqırımı" haqqında car çəkən
ermənilər de-fakto vətəndaşı
olmadıqları - çünki Vətən xainləri
ölkə vətəndaşları sayıla bilməzlər,
- de-yurə vətəndaşı hesab etdikləri Osmanlı
imperiyasına qarşı öz qeyri-loyal və
xəyanətkar münasibətləri barədə bir
kəlmə də danışmırlar. Halbuki o vaxt
Osmanlı imperiyasının özünü müdafiə
etmək məqsədilə erməniləri cəbhə
xəttindən uzağa köçürməyə qanuni
haqqı var idi. Onlar açıq
şəkildə hərbi əməliyyatlarda rus orduları
tərəfində döyüşürdülər.
ABŞ da bu hüquqa əsaslanaraq, İkinci Dünya
müharibəsi illərində ölkənin yapon mənşəli
bütün vətəndaşlarını ölkənin
qərb sahillərindən köçürmüşdü. Stalin bu hüquqdan istifadə edərək, Sovet
dövlətinin təhlükəsizliyini qorumaq
üçün Volqaboyunda yaşayan almanları Qazaxıstana
və Orta Asiyaya köçürmüşdü. Tarixdə belə nümunələr çox
olmuşdur. Böyük Britaniyanın 1916-1922-ci
illərdə baş naziri işləmiş Devid Lloyd Corcun
qeyd etdiyinə görə, 1915-ci ildə Osmanlı
imperiyasında baş verən faciəli hadisələrin
təqsirkarları Türkiyədə beşinci dəstəni
maliyyələşdirən Rusiya, eləcə də
rusları Osmanlı torpaqlarını tərk etməyə
məcbur edən Britaniya imperiyasıdır. Həmin
dövrdə sayca qat-qat çox türk, azərbaycanlı,
yəhudi və Qafqazın digər xalqlarının
numayəndələrini qətlə yetirmiş erməni quldur
dəstələrinin əməllərini də
nəzərdən qaçırmaq olmaz.
Kiçik
Ermənistan dünyanın hər yerinə
səpələnmiş həmtayfalarından istifadə
edərək, uzun illər xristian aləmini islama və
müsəlmanlara qarşı qaldırmağa
çalışmışdır. Samuel Viimsin
fikrincə, müsəlman aləmində Amerikaya
"nifrətin" səbəblərindən biri də budur.
"Ermənistan:
terrorçu xristian dövlətinin sirləri"
sənədli tədqiqat əsərinin üz
qabığında oxuculara tövsiyə edilir. "Bu
kitabı hər bir xristian və Amerikada hər bir vergi
ödəyicisi oxumalıdır". Biz
isə deyə bilərik ki, dünyanın həqiqəti
əziz tutan hər bir vətəndaşı
oxumalıdır. Erməni
millətçiləri tarix boyu xalqımıza qarşı
görünməmiş qətllər və
vəhşiliklər etmişlər.
Tarixi Azərbaycan torpağı olan
Zəngəzur, Göyçə və digər
ərazilər sovet rəhbərliyinin əli ilə
Ermənistana verildi. Dağlıq Qarabağ
erməniləri muxtariyyət qazandı və onların
gələcəkdə qanunsuz ərazi iddiaları
üçün zəmin hazırlandı. Erməni daşnakları təkcə XX əsrdə
dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-ci
illərdə) azərbaycanlıları indiki ermənilərin
məskən saldığı Ermənistan ərazisindən,
tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya
etmişlər. "Türksüz Ermənistan"
adı altında mübarizəyə qalxan erməni
millətçiləri, eləcə də yaxın və uzaq
xaricdə yaşayan havadarları, etnik təmizləmə
işini 1991-ci il avqustun 8-də başa
çatdırdılar. Meğri rayonunun son
məntəqəsi Nüvədidə yaşayan
azərbaycanlılar soyqırıma məruz qalaraq tarixi-etnik
torpaqlarından deportasiya olundular. Belə
demək olar ki, indi Ermənistan adlanan Qərbi Azərbaycanda
bir nəfər də olsun azərbaycanlı
qalmamışdır.
1988-1991-ci
illərdə Sovetlər Birliyi dövlətinin
başçılarının köməyi sayəsində
Ermənistan hökuməti Qərbi Azərbaycan - indiki
Ermənistan torpaqlarından 250 mindən artıq
azərbaycanlını ata-baba yurdlarından deportasiya etdi. XX
əsrdə 2 milyondan çox azərbaycanlı indiki bu
ərazidə soyqırıma, deportasiyaya məruz qaldı.
1935-1991-ci
illərdə Ermənistanda Azərbaycan yer adlarına
qarşı qərəzli siyasət nəticəsində
minlərlə toponimlər xəritədən silinib
erməniləşdirildi. Azərbaycanın
tərkib hissəsi olan Qarabağın Ermənistana
birləşdirilməsi məqsədilə 1988-ci ildən
başlanan separatçılıq hərəkatı,
işğalçılıq müharibəsi, etnik
təmizləmə Azərbaycana qarşı cinayətkar
siyasətin yeni mərhələsidir. Hazırda
Azərbaycan torpaqlarının 20 faizi erməni
işğalı altındadır. 1
milyondan çox insan öz yurdundan didərgin salınıb.
18 min azərbaycanlı qətlə yetirilib, 20 mindən
çox dinc sakin yaralanıb, 5 mindən çox adam əlil olub, 4 mindən çox insan
əsir və itkin düşüb, 877 şəhər,
kənd qarət edilib, dağıdılıb.
Erməni birləşmiş
dəstələri Rusiyanın Xankəndidəki 366-cı
mexanikləşdirilmiş atıcı alayı ilə
birlikdə XX əsrin Xatın faciəsini arxada qoyan Xocalı
soyqırımını təşkil etdilər. O vaxtkı respublika
rəhbərliyinin cinayətkar əməlləri
nəticəsində şəhərin müdafiə
işləri pis təşkil olunmuşdu. 80
nəfərlik Xocalı özünümüdafiə taburu
heç bir zirehli texnika ilə təchiz olunmamışdı.
Onlara əsas briqadanın 11-ci taburu isə 20
nəfərdən ibarət minaatanlar batalyonu kömək
edirdi. 60 nəfərlik milis
dəstələri isə təyyarə meydanını
müdafiə edirdi.
1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni
daşnak hərbi birləşmələri və
keçmiş SSRİ-yə məxsus 366-cı alay
(üç batalyondan ikisi tam tərkibdə, biri isə
qismən), eləcə də, xarici dövlətlərdən
gətirilmiş muzdur quldur dəstələri Xocalıya
hücum etdilər. Onlar ilk həmləni hava
limanına endirdilər. Şəhərin
müdafiəsinə qalxanlar azsaylı və pis
silahlanmış olsalar da, qəhrəmanlıqla
döyüşmüşdülər. Xüsusi
təyinatlı milis dəstəsinin komandiri, milis mayoru
Əlif Hacıyev döyüş meydançasında
qəhrəmanlıq göstərdi. Onun
başçılığı altında olan 22
nəfərlik dəstə erməni-daşnak
birləşmələrinin hücumlarını üç
dəfə uğurla dəf etdi. Döyüşdə
qüvvələr bərabər deyildi. Mayor
Əlif Hacıyev vəziyyətin mürəkkəb
olduğunu görəndə, limanın dispetçer
məntəqəsini partladaraq erməni birləşmiş
qüvvələrinin əlinə düşməsinə imkan
vermədi. Döyüşlərdə
qorxmaz komandir ağır yaralandı və
qəhrəmancasına həlak oldu. Ölümündən
sonra Əlif Hacıyevə Azərbaycanın Milli
Qəhrəmanı adı verildi. Düşmən
tankları, zirehli maşınlarının artilleriya
hazırlığından sonra Mehdikənd, Daşbulaq
istiqamətində Xocalıya daxil oldu və şəhər
içərisində döyüşlər başlandı.
366-cı alayın mayor Ohanyanın komandası
altında ikinci, mayor Nabodxinin komandası altında
üçüncü motoatıcı taburları eləcə
də topçu diviziyası, öz qəddarlığı,
vəhşiliyi ilə fərqlənirdi.
Tofiq
Hüseynovun başçılıq etdiyi ərazi
özünümüdafiə taburunun
döyüşçüləri çox qüvvətli,
yırtıcı düşmənlə qəhrəmancasına
ləyaqətlə döyüşürdülər. Tofiq son
nəfəsinədək vuruşdu, düşmən
əsgərlərini azdırıb, çoxlu insanın
mühasirədən çıxmasına imkan yaratdı.
Son anda özü mühasirəyə
düşdü. O, düşmənə təslim
olmayaraq son gülləni özünə vurdu. Ölümündən
sonra Tofiq Hüseynova Azərbaycanın Milli
Qəhrəmanı adı verildi. Ağdam-Əsgəran
istiqamətində yığılmış hissələr
arasında əlaqə və ümumi rəhbərlik
olmaması üzündən onlar erməni
işğalçılarına qarşı hücum qura
bilmədilər.
Erməni
vandalları Xocalı şəhərində soyqırım
törətdilər. Şəhərə od vurub
yandırdılar. Sağ qalanların bir hissəsi,
əsasən qadınlar, qocalar, uşaqlar şəhərin qərb
istiqamətində iki yolla Ağdama tərəf
qaçmağa başladılar. Qarlı-şaxtalı
gündə ayaqyalın meşədə qalan
qaçqınların çoxunu şaxta vurdu,
yaralıların bir hissəsi öldü. Səhərisi gün sağ qalanların bir
hissəsi Xocalıdan 6-7 kilometr aralı Qaraqaya adlanan yerdə
meşədən çıxarkən, pusquda dayanmış
erməni faşist dəstələri tərəfindən
gülləbaran oldular. Xilas olaraq
Abdal-Gülablı kəndinə getməyə səy
göstərənlər düşmən
mühasirəsinə düşüb, atəşə
tutuldular. Erməni daşnakları
yaralılara aman vermir, meyitləri eybəcər hala salır,
qadın və qızları təhqir edirdilər.
Nüfüzlu
beynəlxalq qurumların, dünya birliyi ölkələrinin
ikili standartlardan yanaşmalarının nəticəsidir ki, bu
dəhşətli faciə - Xocalı soyqırımı ilə
əlaqədar heç kəs məsuliyyətə cəlb
edilməmiş, cinayətkarlar hələ də
cəzasız qalmışlar.
Firudin CÜMŞÜDLÜ
Səs.- 2011.- 25 fevral.- S. 12.