Bakı və Bakıətrafı qəsəbələr inkişaf yolunda

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və eləcə də, Bakı və Bakıətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramında, həmçinin, digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Bu partiyanın icrası qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb.

Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində bölgələrlə yanaşı, Bakı şəhərinin qəsəbələri və kəndləri də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Belə rayonlardan biriNizami rayonudur.

 

Sosial-iqtisadi inkişafın Nizami rayon nümunəsi...

 

Azərbaycan iqtisadiyyatının uğurla və sürətlə inkişaf etdirilməsində, respublikamızın bütün sahələr üzrə böyük nailiyyətlər qazanmasında Nizami rayonunun da öz yeri və payı var. Rayonda istehsal olunan sənaye məhsulunun həcmi 238 milyon manat olubdur ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunan məhsuldan 31,2 faiz çoxdur. İstehsal olunan sənaye məhsulunun 33,7 faizi qeyri-dövlət sektorunun payına düşür. Sənayenin dövlət sektorunda 157,8 milyon manatlıq və ya ümumi istehsalın 63,3 faizi qədər məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrünə nisbətən ət və ət məhsulları istehsalı 26,7 faiz, saflaşdırılmış günəbaxan yağı istehsalı 36,0 faiz, hidrogenləşdirilmiş bitki piyləri, yağları istehsalı 27,3 faiz, marqarin istehsalı 20,7 faiz, kağız və karton istehsalı 3,4 dəfə, polietilen kisələr istehsalı 5,5 dəfə, şərabçılıq məhsulları istehsalı 2,0 faiz, plastmas məmulatların istehsalı 2,6 dəfə, portlandsement istehsalı 69,6 faiz, betondan yığma tikinti konstruksiyalar istehsalı 2,1 dəfə artmışdır.

 

Təhsil və səhiyyədə uğurlar

 

Rayonun bir çox sahələri kimi, təhsil, səhiyyə və mədəniyyət sahəsində bir sıra tədbirlər həyata keçirilib, uğurlu nailiyyətlər əldə olunubdur. Belə ki, Nizami rayonunun ərazisində “Zəngi” liseyi, kimya-biologiya təmayüllü respublika liseyi və “Dədə Qorqudtürk liseyi fəaliyyət göstərir ki, həmin liseylər üzrə ali məktəblərə 291 nəfər sənəd verib, onlardan 183 nəfəri, yəni 62,8 %-i tələbə adına layiq görülübdür. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə respublika səviyyəsində artıq üçüncü dəfə keçirilmiş “Ən yaxşı ümummtəhsil məktəbi” müsabiqəsində 62 saylı məktəb-lisey, “Ən yaxşı müəllim” müsabiqəsində isə 7 pedaqoq adını qazanıbdır.

Qeyd edək ki, Nizami rayonunda ötən il səhiyyə müəssisələri tərəfindən göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi, əhali arasında infeksion, parazitar xəstəliklərin, qida zəhərlənmələrinin qarşısının alınması və ləğv edilməsi istiqamətində işlər davam etdirilibdir. Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən 14 saylı tibbi-sanitariya hissəsinin poliklinika şöbəsi üçün yeni modul tipli qazanxana quraşdırılıb, poliklinikanın binadaxili xətləri əsaslı təmir edilib. Eyni zamanda, tibb müəssisəsinin stasionar şöbəsinin birinci korpusunda istilik sistemi tamamilə yenidən qurulub, yeni daxili xətlər çəkilib. 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri xəstəxanasında əsaslı təmirdən sonra 60 çarpayılıq yeniUşaq Hava-Damcı İnfeksiya” , “Reanimasiya” və “İntensiv terapiya” şöbələri açılıb, həmin şöbələr yerləşən korpusda daxili istilik xətləri yenidən qurulub, yeni qazanxana tikilərək istifadəyə verilib. Xəstəxananın həyətində abadlıq-yaşıllaşdırma işləri görülüb. Rayon ərazisində yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yeni laboratoriyanın açılışı olub.

 

Ötən il 1550 ailə ünvanlı sosial yardım alıbdır

 

Dövlət Proqramının əsas məqsədi əhalinin həyat səviyyəsinin yüksəldilməsidir. Bu baxımdan Nizami rayonunda ötən il əmtəə dövriyyəsi və pullu xidmət göstəriciləri xeyli yüksəlmiş, rayon üzrə pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin real həcmi 27,9 faiz artaraq 685,5 milyon manat olubdur. Rayonda ötən il ərzində pərakəndə ticarət şəbəkələrindən 496,9 milyon manatlıq, iaşə müəssisələrindən 19,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünün səviyyəsindən müvafiq olaraq 36,7 faiz çox əmtəə satılmış və 43,7 faiz çox iaşə xidmətləri göstərilibdir. Eyni zamanda, Nizami Telefon Qovşağı tarif gəliri planı 100,7 faiz yerinə yetirmiş, 7416,0 min manat tarif gəliri planına qarşı faktiki gəlir 7432 min manat gəlir əldə olunmuşdur. Bu da plandan əlavə 16,5 min manat artıq gəlir deməkdir. Ötən il rayonda 16168 yeni yeri açılıbdır ki, onun da 16071-i daimi yerləridir. Həmçinin, 1550 ailə ünvanlı sosial yardım almış, onlardan 1083 ailəyə təkrar təyinat aparılıbdır. Bu ailələrin tərkibini 153 nəfər işləyən, 231 nəfər əmək pensiyası alan, 45 nəfər 18 yaşınadək olan əlillər təşkil edir. Bundan əlavə, 2 nəfər müharibə əlili, 191 nəfər digər səbəbdən əlil və 207 məcburi köçkün ailələri də bu yardımdan bəhrələnirlər.

 

Rayon əhalisinin təbii qazla fasiləsiz təminatı yüksək səviyyədə yerinə yetirilir

 

Respublikamızın hər yerində olduğu kimi, Nizami rayonunda da Dövlət Proqramı uğurla həyata keçirilir. Belə ki, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 63,9 milyon manat həcmində investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş investisiyaların 57,9 milyon manatı və ya 90,6 faizi dövlət, 6,0 milyon manatı və ya 9,4 faizi qeyri-dövlət müəssisələrinə aiddir. İstifadə edilmiş investisiyanın 37,8 milyon manatı və ya 59,2 faizi istehsal təyinatlı obyektlərin tikintisinin davam etdirilməsinə sərf edilib. Həmçinin, rayon qaz istismar sahəsi 170,4 kilometr qaz kəmərinə, 174 ədəd qaz tənzimləyicisinə, 47572 abonentə xidmət göstərir ki, bunlardan da 47478 abonentin mənzilinə qaz sayğacı quraşdırılıbdır. Ödənişdə abonentlərin iştirakı 69 faiz, yığım isə 97,4 faiz olmuşdur. Rayon enerji təchizatı və satışı dairəsinin istismar şöbəsi tərəfindən 117 transformator məntəqəsinə və 140 ədəd kompleks transformator məntəqəsinə xidmət göstərilir. Rayon mənzil-kommunal təsərrüfatı birliyi tərəfindən ötən il 6900 kvadratmetr dam örtüyü təmir edilib, binaların zirzəmisində müxtəlif diametrli 1800 p/m su xətti, 1020 p/m kanalizasiya xətti dəyişdirilib, binaların ümumi istifadə yerlərindəki pəncərələrdə 1680 kvadratmetr şüşələnmə işləri aparılıb. Ümumilikdə, rayonun ərazisində ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının ikinci kompleksi istifadəyə verilib, Dövlət Neft Fondunun inzibati binasının təməli qoyulubdur. Rayon yol polisi şöbəsinin inzibati binası, 4 ünvanda ticarət mərkəzləri tikilib istifadəyə verilib, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Nizami rayon idarəsinin inzibati binasının, 4 nömrəli vərəm dispanserinin həyətində referens laboratoriyası və M.Abbasov küçəsində analoqu olmayan özəl klinikanın tikintisi davam etdirilir.

Həmçinin, rayonun qaz təsərrüfatında əsaslı bərpa və yenidənqurma işləri davam etdirilibdir. “Azəriqaz” İstehsalat Birliyi əhalinin qazla fasiləsiz və təhlükəsiz təminatını bir prioritet kimi dəyərləndirir və bu istiqamətdə ciddi işlər həyata keçirir. Xüsusən, regionlardapaytaxtda əhalinin qaza olan tələbatı nəzərə alınaraq, ölkənin qaz təsərrüfatında yenidənqurma və bərpa işləri sürətlənib.

Bundan başqa, “Nizami-Keşlə” daşıyıcı qaz kəməri də 1956-cı ildə istismara verildiyi üçün köhnələrək, texniki cəhətdən istismara yararsız vəziyyətə düşmüşdür. Bu problemin həlli üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır. Həmçinin, tikinti-quraşdırma idarəsi tərəfindən Keşlə qəsəbəsini qazla təchiz edən “Nizami-Keşlə” daşıyıcı qaz kəmərinin 2395 poqonometr hissəsi yenidən çəkilibdir. LTDQ MMC tikinti təşkilatı tərəfindən isə Keşlə qəsəbəsində paylayıcı qaz kəmərləri həyətlərdən çıxarılaraq müxtəlif diametrli 3685 poqonometr yeni küçə xətləri təzələnibdir. Yaxın zamanlarda qaz xətlərinin çəkilməsi işləri tamamlandıqdan sonra sayğaclar da həyətlərdən çıxarılacaqdır. Eyni zamanda, ötən il ərzində sahə üzrə itki 14,2 faiz təşkil edir. İtki faizini aşağı salmaq üçün əlavə qaz itkilərinə səbəb olan, həmçinin, qaz yanacağından təhlükəsiz istifadə qaydalarını pozaraq, qeydiyyata alınmayan, layihəsiz, özbaşına qazlaşdırılmış, qazdan qeyri-qanuni istifadə edən kommunal, məişət, dövlət və qeyri-dövlət müəssisələri, yaşayış evləri aşkar edilir və dövlətə dəymiş ziyan ödətdirilir. Yaşayış binalarının mənzillərində (xüsusilə, yeni tikilmiş çoxmərtəbəli yaşayış binalarında) ödəniş kartları ilə təchiz olunan elektron qaz sayğaclarının geniş tətbiqinə başlanılmışdır.

Bir sözlə, bütün bu göstərilən uğurlar onu deməyə əsas verir ki, qarşıdakı müddət ərzində də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, yeni yerlərinin yaradılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün Nizami rayon əhalisi bütün qüvvələrini səfərbər edəcəklər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 5 iyul.- S.10.