Mehriban xanım Əliyevanın
daha yaxşı dünya
qurmaq üçün
göstərdiyi fəaliyyət dəyərli qiymətini
alıb
Azərbaycan xalqının tərəqqisi onun elmi, mədəniyyəti,
səhiyyəsi və təhsili ilə sıx
bağlıdır. Bu məfhumların geniş bir şəkildə
cəmiyyətdə tətbiqi və inkişafı dövlətin
sağlam bir formada dünyaya inteqrasiyasını sürətləndirir.
Belə bir missiyanı - humanizm və xeyriyyəçilik
missiyasını üzərinə götürən
böyük anlamla cəmiyyətə töhfələrini verən
Heydər Əliyev Fondu zamanla təmasda xeyli əhəmiyyət kəsb edən
layihələrin icrasına nail olmuşdur. Heydər Əliyevin
ideyalarını təbliğ edən və ondan bəhrələnərək
bir sıra əhəmiyyətli proqram və layihələri həyata
keçirən fond cəmiyyətin tərkib hissəsi olaraq
xalqın böyük etimadını qazanıb. Fondun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı, Azərbaycanın
Birinci Xanımı, millət vəkili Mehriban Əliyeva elm, təhsil,
mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə
xüsusi diqqət ayıraraq yerli əhəmiyyətli və
sosial problemlərin həllinə doğru məqsədyönlü
addımlar atır. Dünya standartlarına uyğun
hazırlanan layihələr həm paytaxtımızda, həm
də bölgələrdə icra olunur. Bu uğurlu addım
fondun başlıca vəzifəsi olaraq davam etdirilir.
Azərbaycan mədəniyyətinin dünya
miqyasında təbliği, sağlam mənəvi dəyərlərin,
gələcək nəslin fiziki cəhətdən sağlam
yetişməsi və digər istiqamətlərdə qətiyyət
və prinsipial mövqeyi qısa bir zaman məsafəsində
Onun Azərbaycan, eləcə də, dünyada xeyriyyəçi,
humanist imicini formalaşdırıb. Bunun nəticəsidir ki,
Mehriban Əliyeva beynəlxalq təşkilat və dövlətlərin
müxtəlif titullarının
daşıyıcısıdır. Qloballaşan dünyaya
inteqrasiyada Azərbaycan dəyərlərini qoruyub saxlayır.
Bütün bunlar Mehriban xanım Əliyevanın fondun
prezidenti olaraq əməli fəaliyyətində təsdiqini
tapmasıdır ki, biri-birinin ardınca uğur
yaşamaqdadır.
Fəaliyyətə başladığı zaman kəsiyindən
etibarən, Mehriban xanım Əliyeva dünyanın bir
sıra nüfuzlu mükafatlarına layiq
görülmüşdür. Fəaliyyət sahəsinin
şaxəliyinin nəticəsi olaraq, dünya ictimaiyyətinin diqqətini cəlb edib. Belə ki,
O, Azərbaycanın şifahi xalq ədəbiyyatının və
musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi
sahəsindəki yorulmaz səylərinə görə
YUNESKO-nun Xoşməramlı Səfiri adına layiq
görülüb. İctimai, mesenatlıq və xeyriyyəçilik
fəaliyyətinə görə, təhsil və mədəniyyət
müəssisələrinin dəstəklənməsinə,
Rusiya və Azərbaycan xalqları arasında dostluğun
möhkəmlənməsinə sanballı töhfələrinə
görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq
Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə,
sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə,
həmçinin, islam aləmində görülən işlərə
böyük dəstəyinə görə İSESKO-nun
Xoşməramlı Səfiri adına layiq görülüb.
Dünya Səhiyyə Təşkilatı İcraiyyə
Komitəsinin Cenevrədə keçirilən 120-ci
sessiyasının yekdil qərarı ilə ana, uşaq və
ailə sağlamlığının qorunması və
möhkəmlənməsi işində müstəsna xidmətlərinə
görə bu beynəlxalq təşkilatın
mükafatının daşıyıcısıdır.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin
ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə
görə “Qızıl ürək” beynəlxalq
mükafatına layiq görülməsi onun dünya
miqyasında əməllərinin, birmənalı olaraq, qiymətləndirilməsini
əyani olaraq təsdiqləyir. Azərbaycanla Polşa
arasında dostluq münasibətlərinin
inkişafındakı xidmətlərinə görə,
Mehriban xanım Əliyeva Polşa Respublikasının “Xidmətlərə
görə” Böyük Komandor Xaçı ordeni ilə təltif
edildi. Fransaya münasibətdə göstərdiyi xidmətlərinə
və nümayiş etdirdiyi sadiqliyinə görə, Fransa Respublikası
Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu”
ordeninin zabit dərəcəsi ilə təltif edildi.
YUNESKO-nun “Qızıl Motsart” medalı Mehriban xanım Əliyevaya
təqdim olundu.
Beynəlxalq təşkilat və dövlətlərlə
yanaşı, Azərbaycanda da Onun əməyi dövlət səviyyəsində
qiymətini alıb. Belə ki, Azərbaycan Prezidenti
İlham Əliyevin Sərəncamı
ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının
ictimai-siyasi və mədəni həyatında səmərəli
fəaliyyətinə görə Heydər Əliyev
mükafatı ilə təltif edilib. Bütün bunlar Mehriban
xanımın Azərbaycan xalqı qarşısında xidmətlərini
əks etdirən mükafat və qiymətdir. Bu
adlarını sadaladığımız mükafatlar Onun fəaliyyəti
dövründə əldə etdiyi nailiyyətlərə
görə təqdim olunub. Demək olar ki, hər bir sahədə
Onun fəaliyyəti öz layiqli qiymətini alıb, Heydər
Əliyev Fonduna qeyri-hökumət təşkilatı olaraq
beynəlxalq aləmdə böyük nüfuz
qazandırıb.
Bütün bu ənənələrin davamı və
əməli fəaliyyətinə verilən qiymətin
davamı olaraq bu günlərdə daha bir uğur Onu
müşayiət edib. Bu, Azərbaycanın Birinci
Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevaya Krans Montana Forumunun Qızıl
Medalının təqdim olunmasıdır. Brüssel şəhərində
təqdim edilən Krans Montana
Forumunun qızıl medalı dünyada öz fəaliyyəti
ilə böyük nüfuz qazanmış xüsusi xidmətləri
olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana
Forumunun qızıl medalına layiq görülməsi onun mədəniyyət,
elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə
həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin
beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini
bir daha təsdiq edir. Krans Montana Forumunun prezidenti Jan Pol Karteron
bildirmişdi ki, biz bu mükafatı Mehriban xanım Əliyevaya
daha yaxşı dünya qurmaq üçün göstərdiyi
dəyərli fəaliyyətinə görə veririk. Mehriban
xanım Əliyeva təhsil, səhiyyə,
mədəniyyət və sosial sahələrdə həyata
keçirdiyi layihələrlə tanınan Heydər Əliyev
Fondu Azərbaycanda gənc nəslin yetişməsində
yaxından iştirak edir. İSESKO-nun tədbirlərinin
keçirilməsinə yüksək diqqət və
qayğı ilə yanaşı, beynəlxalq miqyaslı
festival və müsabiqələrin reallaşmasına nail
olur. Belə bir missiyanın daşıyıcısı olan
Heydər Əliyev Fondunun prezidenti beynəlxalq arenada yüksək
imic qazanıb. Mehriban xanım Əliyeva mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun əldə olunmasına da
töhfə verib. Bu və ya digər missiyaların icrasına
nail olan Azərbaycanın Birinci Xanımı fəaliyyət
dairəsinin genişliyi müqabilində müxtəlif titul və
adları isminin qarşısına həkk etmişdir. Bundan
bir neçə gün əvvəl iyunun əvvəlində
Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi
15-ci “Türk dünyasına xidmət” mükafatını təqdim
etmişdir. 6 ölkəni təmsil edən şəxslərə
və qurumlara verilən bu mükafatın növbəti
daşyıcısı Mehriban xanım Əliyevadır. Azərbaycanın
birinci xanımı TÜRKSAB-ın idarə heyətinin qərarı
ilə bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən
qaçqın və köçkün düşmüş
insanlar üçün Heydər Əliyev Fondunun həyata
keçirdiyi humanitar proqramlar, habelə, türk dünyası
mədəni irsinin zəngin parçası olan Azərbaycan
türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin
qorunması və təbliği sahəsində böyük
xidmətlərinə görə layiq görülüb.
Mehriban xanım Əliyevanın fəaliyyətinin
reallıqlar əsasında qiymətini alması Onun bəşəri
ideyalara xidməti kimi qiymətləndirilir. Xoşməramlı
səfir olaraq qloballaşan dünyaya öz töhfələrini,
ardıcıl olaraq, əzmkarlıqla təqdim edir.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 8 iyul.- S. 5.