Ölüm hökmünün ləğv olunması Azərbaycanda insan hüquq və azadlıqlarına necə yüksək dəyər verildiyinin əyani təzahürüdür

 

XX əsrin sonunda dünyada baş verən qlobal siyasi proseslərin tərkib hissəsi kimi sovet dövlətinin süqutu Azərbaycanın öz müstəqilliyini elan etməsinə, həmçinin, beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi dünya birliyinə qoşulmasına imkan verdi. Müstəqilliyimizin yenidən bərpasının ilk illərində bir tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, işğalçılıq siyasətinin genişlənməsi, digər tərəfdən respublikamızda hakimiyyəti ələ keçirmiş səriştəsiz, dövlət idarəçiliyində təcrübəsi olmayan şəxslərin naşılığı, habelə, siyasi səbatsızlığı ölkədə xaos və anarxiyanı getdikcə dərinləşdirdi. Yeni dövrün tələblərinə cavab verən qanunların olmaması, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, hakimiyyətə olan inamsızlıq vəziyyəti getdikcə daha da ağırlaşdırırdı.

1993-cü ildə vətəndaş qarşıdurması, siyasi böhrananarxiya kulminasiya nöqtəsinə çatdı. Yalnız xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən ali siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyinqanunçuluğun bərpası mümkün oldu. Ümummilli Liderin zəngin idarəçilik təcrübəsi, siyasi uzaqgörənliyi və düşünülmüş islahatları sayəsində hüquqi, demokratik dövlət quruculuğu istiqamətində qətiyyətli qərarlar qəbul olundu. Ölkədə vətəndaş sülhününsiyasi sabitliyin təmin olunması məqsədi ilə genişmiqyaslı islahatların həyata keçirilməsi getdikcə öz müsbət təsirini göstərirdi. Ulu Öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasını, azad sözün, müstəqil mətbuatın inkişafını daim diqqətdə saxlayırdı. Azərbaycanın beynəlxalq aləmdə demokratik ölkə kimi tanınması üçün bütün imkanlardan istifadə edən Ulu Öndər Heydər Əliyev respublikada ictimai-siyasi sabitliyin, qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması üçün nüfuzlu beynəlxalq təşkilatlara üzvlük istiqamətində real addımlar atılmasında qətiyyətlik nümayiş etdirirdi.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, onların öz fikirlərini sərbəst ifadə etmələri üçün həyata keçirilən tədbirlər ölkəmizi beynəlxalq aləmə daha sürətlə inteqrasiya edirdi. Ulu Öndər insanların hüquqlarının qorunmasını prioritet vəzifə hesab edirdi. Bu sahədə riskliprinsipial addımlar atmaqdan da çəkinmirdi. Bu baxımdan, 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tam ləğv edilməsini xüsusi qeyd etmək lazımdır. Ölüm cəzasının ləğv edilməsi həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də, Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyada ölüm hökmü cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Bundan başqa, 1996-cı ilin mayında Milli Məclis ölkə Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirildi. Ölüm hökmü tam ləğv olunmazdan əvvəl bu məsələ cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, beynəlxalq təşkilatlarla, xüsusilə də, Avropa Şurası ilə geniş məsləhətləşmələr aparıldı.

Ulu Öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə çıxış etdi. Bununla bağlı Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla, ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləmiş, 1998-ci il fevralın 10-da belə bir tarixi qərar qəbul etmişdir. Beləliklə də, ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Yüksək bəşəri dəyərlərə, humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan bu qərar sivil dəyərləri əxz etmək niyyətindən irəli gəlmişdir. Ümumiyyətlə, insan hüquq və azadlıqlarının qorunması daim Ulu Öndərin diqqət mərkəzində saxladığı zəruri məsələlərdən olub. Humanizm prinsiplərinə əsaslanan Ulu Öndər Heydər Əliyev hələ 1995-ci ildə Azərbaycanda əfv və amnistiya institutunu təsis etdi. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zaman kəsiyində yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi. Ulu Öndər Heydər Əliyev böyük humanistlik göstərərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların bir qismini bağışladı. Ümumiyyətlə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Bu amnistiya aktı 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu Öndər tərəfindən imzalanan əfv fərmanı ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzadan azad edilib.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan humanizm ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səhvindən səmimi peşmançılıq duyan, dövlət başçısına bağışlanılması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən cinayətkarların və məhkumların bağışlanması ilə bağlı Prezident İlham Əliyev bu günədək 17 əfv fərmanı imzalayıb. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev 7 il ərzində 17 əfv fərmanı imzalayıb. Bu fakt bir daha Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Dünyanın tanınmış beynəlxalq təşkilatları, həmçinin nüfuzlu beynəlxalq hüquq müdafiəçiləri də Prezident İlham Əliyevi humanist və insanpərvər dövlət başçısı hesab edərək, onun əfv fərmanları imzalamasını çox yüksək qiymətləndirmişlər.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti mütləq qeyd olunmalıdır

 

Hər bir layihəsi insanlara xeyir verən Heydər Əliyev Fondunun prezidenti , YUNESKO və İSESKO-nun xohməramlı səfiri Mehriban xanım Əliyevanın daha bir nəcib, humanist hərəkəti Milli Məclisdən dəstək aldı. Azərbaycanın birinci xanımı tərəfindən təqdim edilən “Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında” qanun layihəsi yüksək səviyyədə qarşılanaraq yekdilliklə qəbul edildi. 9 min məhbusa şamil edilən bu qanunla 1700-ə yaxın məhbus azadlığa buraxıldı.

Mehriban xanım Əliyeva Milli Məclisdəki çıxışında bu barədə demişdir: “Hər bir amnistiya humanizm ideyasının qələbəsidir. İndi həyat hər şeydən üstündür. Hər bir insan layiqli həyat sürmək hüququna malikdiramnistiya aktını qəbul edərkən biz insanlara öz səhvlərini anlamaqda, cəmiyyətə qayıtmaqda və düzgün yol seçməkdə kömək etmiş oluruq. Mərhəmət, bağışlama və rəhmlilik - ən yüksək insani keyfiyyətlərdir”.

Ölkə Prezidenti İlham Əliyev hər zaman vurğulayır ki, insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Şübhəsiz ki, əfv olunan vətəndaşlarımız bu humanist aktdan düzgün nəticə çıxaracaq, dövlət və cəmiyyət qarşısında öz vətəndaşlıq borclarını dərk edəcək, qanunlara dönmədən əməl edəcək, Azərbaycanın davamlı və sabit inkişafına öz töhfəsini verəcəklər.

Ümumiyyətlə, Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq, siyasi sistemdə təkmilləşmənin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi olarıq. Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi ilə sübut etdiyini təsdiqləyir. Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi, hüquqi dövlətin qurulması sadəcə bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir.

Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir. Konstitusiyamızda əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ən mühüm dəyişikliklərdən biri budur ki, dövlətin ali məqsədi yalnız insan hüquq və azadlıqlarını qorumaq deyil, onların layiqli həyat səviyyəsini təmin etməkdir. Nüfuzlu beynəlxalq təşkilatlar mütəmadi olaraq dünyada demokratiyainsan hüquqları sahəsində mövcud durumla bağlı hesabatını açıqlayır. Daim ölkəmiz həmin hesabatlarda müsbət göstəriciləri ilə yer tutur. Dövlət başçısı İlham Əliyevin imzaladığı əfv fərmanları, amnistiya aktları, insan hüquqlarının müdafiəsinə xidmət edən Proqramın təsdiqlənməsi, eyni zamanda, insan hüquqları gününün təsis edilməsi buna əyani sübut kimi qeyd olunur.

Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.

Bu humanist siyasətin nəticəsində son illərdə ölkədə kriminogen durum xeyli yaxşılaşıb və cinayətlərin sayı xeyli azalıb. Üstəlik, Azərbaycan dünyada sivil bir ölkə olduğunu, ölkədə vətəndaş cəmiyyətinin inkişafına dəstək verildiyini və dövlətin vətəndaşlara qayğısının yüksək səviyyədə olduğunu bir daha sübut etmiş oldu.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 8 iyul.-S. 10.