"Davamlı inkişaf mədəniyyəti: formalaşma probiemləri və perspektivləri" adlı Beynəlxalq Elmi Konfrans öz işinə başladı

 

Dünən Muzey Mərkəzində "Davamlı inkişaf mədəniyvəti: formalaşma probtemləri və perspektivləri" adlı Beynəlxalq Elmi Konfrans keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakınıtəmin etmək, habelə, ölkədə mədəniyyət təzahürlərinin təhlilinə həsr olunan tədqiqatların dəstəklənməsi məqsədilə keçirildiyini vurğulayıb. Nazir qeyd edib ki, bu cür tədbirlərin təşkili mədəniyyətlərarası sivilizasiyalann inkişaf etdirilməsinə xidmət edir: "Bildiyiniz kimi, nazirliyin nəzdində nəzəri və elmi mərkəzlər mövcuddur. Markəzlərin iştirakı ilə də bir sıra müxtəlif mövzularda tez-tez konfranslar keçiririk, Lakin bu beynəlxalq könfrans davamlı inkişafın mədəniyyətinə həsr olunub".

Nazir onu da bildirib ki, konfransda qloballaşan sosial problemlər, mədəni proseslərin necə və hansı istiqamətə yönəlməsi müzakirə olunacaq. Bugünkü tədbirdə 5 ölkənin nümayəndəsi iştirak edir. Təxmini coğrafiya onu göstərir ki, burada müzakirə olunacaq məsələlər ölkəmizin bütün regionuna xas olan problemlərdir. Sözsüz ki, nəzəriyyəsiz bu mədəni inkişafın təminatı mümkünsüzdür. Elmi konfr'ansda YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva "Davamh inkişafın formalaşmasında YUNESKO proqramlarının rolu" mövzusunda çıxış edib. O bildirib ki, müasir dövrümüzün ən aktual məsələlərindən biri və son dövrlər həyatın ayrı-ayrı sferaları ilə bağlı leksionumuzda ən çox istifadə edilən terminlərdən biri məhz "davamlı inkişaf termini"dir: "Davamlı inkişafın mühüm əhəmiyyət kəsb etməsi, həyatın bütün sferalarını əhatə etməsi, həmçinin, inkişafın davamlılığına nail olunmasında təhsil, elm və mədəniyyətin əhəmiyyətü rol oynaması sözügedən məsələnin YUNESKO-nun daim diqqət mərkəzində olmasına səbəb olub. YUNESKO-nun fəal üzvlərindən biri kimi Azərbaycan da davamlı inkişaf məsələsinə, davamlı inkişaf mədəniyyətinin formalaşdı-rılmasına, eyni zamanda, bu mədəniyyətin təsdiqində böyuk önəm verir".

Konfransda YUNESKO üzrə ekspert Nizami Məmmədov, Sankt-Peterburq Akade-miyasının professoru Sergey Alekseyev, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və başqaları çıxış ediblər.

Elmi konfrans "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı Beynəlxalq Elmi Konfransı sabah da işini davam etdirəcək.

 

 

Zümrüd

 

Səs.- 2011.- 12 iyul.- S. 12.