Vətəndaş
cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının
rolu
KIVDF
Layihə
“Vətəndaş cəmiyyəti”
müasir politologiyanın əsas anlayışlarından biri,
eyni zamanda, müasir tariximizin reallıqlarındandır. Vətəndaş
cəmiyyəti ilk olaraq əmək vasitəsilə öz fərdlərinin
tələbatlarını təmin edən və müəyyən
inkişaf mərhələsində olan insan birliyinin
formasıdır. Görkəmli alman filosofu F.Hegelin sözləri
ilə desək, “Vətəndaş cəmiyyəti öz tələbatlarını
əmək vasitəsilə başqalarının tələbatlarına uyğunlaşdıran individiumlar
sistemi kimi çıxış edir”. Vətəndaş cəmiyyətinin
təməlini şəxsi mülkiyyət, maraqların birliyi
və vətəndaşların qanunla təsbit olunmuş
formal ümumi bərabərliyi, insanın təsadüflərdən
qorunması təşkil edir.
Ümumilikdə, vətəndaş
cəmiyyəti özündə müxtəlif sosial və
siyasi subyektlərin maraqlarını cəmləşdirir. Vətəndaş
cəmiyyəti - azad insanların özlərinin, onların
könüllü birliklərinin və cəmiyyətlərinin
dövlət hakimiyyətinin müdaxiləsi olmadan
istibdadından uyğun qanunlar tərəfindən qorunan
özünü ifadə etmək sahəsidir. Doğrudur, “Vətəndaş
cəmiyyəti” ifadəsini ilk dəfə, müasir elmdə
qəbul edilmiş şəkildə, Hobbs işlədib, lakin
Hegel inkişaf etdirib. Totalitar rejimlərdə vətəndaş
cəmiyyəti mümkün deyil. Yalnız bazar münasibətləri
məkanında və hüquqi dövlətdə iqtisadi cəhətdən
müstəqil insan kütləsinin mövcudluğunda vətəndaş
təşəbbüsü və özfəaliyyəti
üçün imkan yaradılır. Beləliklə, “Vətəndaş
cəmiyyəti” bir növ sosial məkandır, burada insanlar,
dövlətin birbaşa müdaxiləsi olmadan, fərdlər
olaraq, qarşılıqlı münasibətlər
yaradır.
Ölkəmizdə
vətəndaş cəmiyyəti quruculuğu dövlət
müstəqilliyimizin yetirməsi və
yaşıdıdır
Vətəndaş cəmiyyəti
quruculuğu çoxşaxəli, çoxistiqamətli bir
hadisədir və o, müxtəlif meyarlar və atributlarla səciyyələnir.
Bu anlayışın konseptual, ümumnəzəri prinsiplərini
qəbul etməklə bərabər, onun hər şeydən əvvəl,
hər bir ölkənin öz praktiki tələbatlarından
doğduğunu, öz ölkəsinin reallıqlarına əsaslandığını
və öz ölkəsinin maraqlarına xidmət etdiyini qeyd
etməliyik. Vətəndaş cəmiyyətinin ümumi
prinsipləri hər bir ölkəyə kor-koranə, mexaniki
şəkildə deyil, onun mövcud durumu, reallıqları, ənənələri,
dəyərləri nəzərə alınmaqla tətbiq edilməlidir.
Bu baxımdan hər bir ölkədə vətəndaş cəmiyyəti
quruculuğu prosesi özündə ümumbəşəri,
ümumdemokratik dəyərlərlə milli dəyərlərin
özünəməxsus sintezini ehtiva edir.
Qeyd edək ki, ölkəmizdə
vətəndaş cəmiyyəti quruculuğu dövlət
müstəqilliyimizin yetirməsi və
yaşıdıdır. Təbii ki, cəmi 20 ildən ibarət
olan bu tarix vətəndaş cəmiyyəti quruculuğu
üçün o qədər də böyük bir müddət
deyil. Ancaq buna baxmayaraq ötən vaxt ərzində ölkəmizdə
bu sahədə addım-addım, yüksələn xətlə
quruculuq prosesi gedib və nəticədə bu fenomenal hadisənin
əsas atributları formalaşıb. Bu gün ölkədə
siyasi partiyalar, qeyri-hökumət təşkilatları,
müstəqil media, vətəndaşların təşəbbüs
və fəallığının təzahürü olan
müxtəlif ictimai qurum və təsisatların bütöv
bir şəbəkəsi fəaliyyətdədir. Qısa bir
vaxtda respublikamızın vətəndaş cəmiyyəti
quruculuğu sahəsində əldə etdiyi uğurlar
uzunmüddətli dövlətçilik tarixinə malik
ölkələrin yüz illər ərzində
qazandığı nailiyyətlərə bərabər tutula
bilər. Bu da təsadüfi deyil. Ümummilli Liderimiz Heydər
Əliyev vətəndaş cəmiyyəti
institutlarının və atributlarının
formalaşması və inkişafına həmişə
xüsusi diqqət yetirirdi. Ulu Öndər hər vasitə ilə
bazar iqtisadiyyatı münasibətlərinə keçidə
və özəl sektorun dinamik inkişafına geniş meydan
verirdi ki, bu da ölkədə vətəndaş cəmiyyəti
quruculuğu üçün çox əlverişli
maddi-iqtisadi stimullar yaradırdı.
Vətəndaş cəmiyyəti
quruluşunun əsası öz xüsusi maraqlarını, digər
fərdlərlə qarşılıqlı əlaqələrlə
yanaşı, müstəqil şəkildə həyata
keçirən aktiv şəxsiyyətdir. Vətəndaş
cəmiyyətinin mövcudluğunun vacib forması, bu və
ya digər məqsədlərini həyata keçirmək
üçün, könüllü əsasda insanları birləşdirən,
qeyri-hökumət təşkilatlarının sistemidir. QHT
şəbəkəsi daha çox inkişaf etmiş ölkələrdə
vətəndaş cəmiyyəti daha güclüdür. Onu
da qeyd etmək lazımdır ki, bu təşkilatlar
bütün ölkəni, ya regionu əhatə edir və ya
lokal xarakter daşıya bilir, rəsmi və ya qeyri-formal ola
bilir, uzunmüddətli və ya yaranmış yerli problemin həllinə
yönəlmiş konkret hadisə üçün qurulur.
Alman klassik fəlsəfəsinin görkəmli nümayəndəsi
Hegelin vətəndaş cəmiyyəti haqqındakı
görüşləri də xüsusi maraq kəsb edir. Onun təliminə
görə, vətəndaş cəmiyyəti
dayanıqsız və münaqişəlidir. Cəmiyyətin
ziddiyyətli olması insanların mülkiyyətlərindəki
fərqliliklə və cəmiyyətdəki təbəqələşmə
ilə əlaqədardır. Burada hər bir kəs şəxsi
maraqlarına görə hərəkət edir. Dövlət,
vətəndaş cəmiyyətini məhdudlaşdıraraq
onun azadlığını təmin edə bilər. Hegel
konsepsiyasına görə, cəmiyyət və dövlət,
düşüncə və idrak olaraq əlaqələndirilir.
Cəmiyyətin birliyinə müxtəlif maraqların
uyğunlaşdırılması yolu ilə, yəni ali
hakimiyyət qurumlarında qrupların təmsilçiliyinin nəticəsində
nail olunur. Vətəndaş cəmiyyəti
kifayət qədər mürəkkəb daxili struktura malikdir.
Bu strukturda qeyri-hökumət təşkilatları
mühüm yer tutur və onun vətəndaş cəmiyyətinin
yaranmasında, formalaşmasında və inkişafında rolu
danılmazdır. Əslində, vətəndaş cəmiyyətini
qeyri-hökumət təşkilatları olmadan təsəvvür
etmək də mümkün deyil.
Son illər ölkəmizdə
qeyri-hökumət təşkilatlarının fəallaşması
üçün zəruri qanunvericilik aktları qəbul
edilib, xeyli təşkilati tədbirlər həyata
keçirilib. Qəbul edilən dövlət proqramlarında
“üçüncü sektor” adlandırılan təsisatların
fəaliyyətinin maddi-maliyyə cəhətdən həvəsləndirilməsinə
diqqət yetirilir.
Bakıda və ölkənin
bir çox bölgə mərkəzlərində QHT-lər
üçün təlim-treninq mərkəzlərinin yaradılması,
Azərbaycan Milli QHT Forumunun təşkili və s. təqdirəlayiq
hallardır. Ancaq bununla belə təəssüflə qeyd etməliyik
ki, bir sıra qeyri-hökumət təşkilatlarının fəaliyyətləri
az nəzərə çarpır. İşlərində
peşəkarlıq, işgüzarlıq, fəallıq arzu
olunan səviyyədə deyil. Hər sahədə olduğu
kimi, burada da üstünlük sayda deyil, sanbalda, keyfiyyətdə
olmalıdır. Bu baxımdan, ölkə Prezidenti İlham Əliyevin
vətəndaş cəmiyyətinin inkişafı
üçün verdiyi sərəncam və fərmanlar olduqca
zəruri və vaxtında görülmüş tədbirlərdir.
Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının yaradılması bu sektorda
böyük canlanma yaradıb. Şuranın
yaradılmasından sonra həmin sektorda fəallıq
artıb, QHT-lərin işlərinin səmərəlilik əmsalı
yüksəlib. Onlarla hökumət orqanları arasında
qarşılıqlı anlaşma, dialoq və əməkdaşlıq
münasibətləri qurulmaqdadır.
Qeyd olunmalıdır ki, vətəndaşların
əsas tələbatları və istəkləri əvvəlcə
məhz QHT-lər vasitəsi ilə formalaşmış
görkəm alır. Çünki QHT-lər vətəndaş
cəmiyyəti fəlsəfəsinin, onun ideyalarının həyata
keçirilməsində, reallaşmasında mühüm rol
oynayır. Vətəndaş cəmiyyətinin əsas
atributlarından olan QHT-lərin onun formalaşmasında və
inkişafında rolu, yuxarıda qeyd olunduğu kimi,
böyükdür. QHT-lər vətəndaş cəmiyyətinin
üst təbəqəsini təşkil edən əsas amillərdən
biridir. Vətəndaş cəmiyyətini bir tərkib hssəsi
olaraq QHT-lərin cəmiyyətdə əsas rolu vətəndaşların
tələbatının ödənilməsi istiqamətində
onların öz potensial qüvvələrinin səfərbər
edilməsindən, bu yöndə vətəndaş
şüurunun artırılması və işlək mexanizmlərin
formalaşdırılmasından ibarətdir. Azərbaycanda fəaliyyət
göstərən QHT-lərin də ölkəmizdə vətəndaş
cəmiyyətinin qurulmasında rolu müstəsnadır. QHT-lərin
mənası, funksiyaları, əhəmiyyəti və fəaliyyətləri
barədə əhali geniş məlumatlı olmasa da,
intellektual insanlar və cəmiyyətin ictimai fəalları arasında bu
barədə informasiya kifayət qədərdir.
Respublikamızda fəaliyyət göstərən QHT-lər əsas
etibarilə insan hüquqları və demokratiya, ailə,
qadın və uşaq məsələləri, iqtisadi və
sosial məsələlər, elm, təhsil, mədəniyyət,
ekologiya, gənclər və digər sahələrdə fəaliyyət
göstərir, öz istiqamətlərinə uyğun müxtəlif
layihələr həyata keçirirlər. Onlar insan
hüquqlarının təbliğində, əhalinin müxtəlif
sahələrdə maariflənməsində, vətəndaşların
sosial problemlərinin həllində layihələr həyata
keçirirlər. Müasir dövrümüzdə Azərbaycanda
QHT sektorundakı mövcud vəziyyəti ümumiyyətlə
qənaətbəxş hesab etmək olar. Çünki bu sektorun fəaliyyət göstərməsi
üçün əlverişli şərait və imkanlar
dövlət tərəfindən yaradılıb. QHT-lərlə
bağlı qanunvericilik bazası dövrün tələblərinə
uyğun təkmilləşdirilib.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 12 iyul.- S. 6.